Nida.az
“Dünyada böhran olsa da ..” -Belarus səfiri Publika.Az –a danışdı
Ötən gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Mədəniyyət Mərkəzində Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar!” devizi altında təntənəli mərasim keçirilib.
Publika.Az-ın məlumatına görə, tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdən sonra Belarusiyanın Azərbaycandakl səfiri Nikolay Paskeviç Publika.Az –a, Belarusiya və Azərbaycan arasında iqtisadi inkişafdan danışıb. “Ölkələrimiz arasında münasibətlər sürətlə inkişaf edir. Son 10 ildə, hər il ticarət dövriyyəsinin artımı müşahidə olunur. Dünyada böhran olsa da, bizim əməkdaşlığımızda böhran heç olmayıb. Hətta ildən - ilə humanitar sahəmizdə olan dostluğumuz, əməkdaşlığımız artır və güclənir. Bu artımın güclənməsi bizim bir - birimizə olan inamı, etibarı inkişaf etdirir və hətta bu məsələ iqtisadi ticarətdə olan əməkdaşlığımıza da kömək olur. Əməkdaşlığımızda hər bir sahənin aktiv olması ticarət dövriyyəsinin artımına kömək olur və bu, Azərbaycan və Belarusiya xalqlarının, dövlətlərinin xeyirinə olur”.
Odər Qəni
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR