Həmkarından reaksiya: “Aydın Abbasovun ölkədən getməsi boş söhbətdir”
Bizi izləyin

Nida.az

Həmkarından reaksiya: “Aydın Abbasovun ölkədən getməsi boş söhbətdir”

“Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu, deputat Aydın Abbasov Türkiyəyə köçüb”.


Publika.az xəbər verir ki, bu iddia ilə “Azadlıq” qəzeti çıxış edib.


Qəzet iddia edir ki, Aydın Abbasov bir müddət əvvəl ailəsi ilə qardaş ölkəyə gedib.


“Onun geri qayıtmaq niyyəti yoxdur. Aydın Abbasovun hansısa səbəbdən ölkədən getməsi barədə dəqiq bilgimiz yoxdur”, - deyə qəzet yazıb.


Məsələ ilə bağlı Aydın Abbasovla əlaqə saxlamaq cəhdlərimiz alınmadı.

Amma adının açıqlanmasını istəməyən deputat həmkarlarından biri xəbəri təkzib edib.


“Milli Məclisin sonuncu iclasında Aydın Abbasov iştirak edirdi. Çıxış etməsə də, iclasın gedişini izlədi. İki gün öncə keçirilən bir tədbirdə də iştirak edirdi. Belə xəbərlər çox primitiv yanaşmadır. Ona görə də buna baş qoşmaq lazı deyil”, - deyə Aydın Abbasovun deputat həmkarı qeyd edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm