Nida.az
Prezident ümrə ziyarətində namaz qıldı – VİDEO,FOTOLAR
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri İslam dünyasının
əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində
olublar.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və
ailə üzvləri xüsusi libas geyinərək Əl-Həram məscidinə
gəldilər.
Bir neçə mərtəbəli və doqquz minarəli məscid öz gözəlliyi və
əzəməti ilə insanı heyran edir.
Ziyarətgahın rəhbərləri dövlətimizin başçısını mehribanlıqla
qarşıladılar.
Azərbaycan Prezidenti İlham Əliyev və onu müşayiət edən şəxslər
Kəbənin ətrafına dolandılar, məsciddə namaz qıldılar.
Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlandı. Azərbaycan
Prezidenti və ailə üzvləri bu iki təpə arasındakı məsafəni yeddi
dəfə qət etdilər.
Həzrəti Məhəmməd (s) bu torpaqda doğulub, peyğəmbərliyə çatıb,
İslam dini Məkkədə yaranıb. Məkkədəki Allah evi Kəbə həzrəti
Məhəmməd Peyğəmbərin (s) dövründən başlayaraq bütün dünya
müsəlmanlarının ən əsas müqəddəs ziyarətgahına çevrilib. Sonralar
Kəəbə və müqəddəs “Zəmzəm” çeşməsi, Səfa və Mərvə təpələri arasında
əzəmətli məscid tikilib. Hər il həcc ziyarəti zamanı dünyanın ən
müxtəlif guşələrindən gələn milyonlarla müsəlman Kəbənin ətrafına
dolanır, müqəddəs Qara daşı öpür, məsciddə namaz qılır.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri
Kəbəyə daxil oldular, burada namaz qıldılar.
Ayə və hədislərdən də bəlli olduğu kimi, Kəbə Yer üzündə
insanlar üçün məbəd olaraq tikilən ilk evdir. Aləmlərə uğur,
bərəkət və hidayət qaynağı olaraq qurulan Kəbə haqqında Allah-Təala
“Qurani Kərim”in “Al İmran” surəsində belə buyurur: “Həqiqətən,
aləmlərdən ötrü bərəkət və doğru yol göstəricisi kimi, insanlar
üçün ilk qurulan ev Məkkədədir. Orada aydın nişanələr-İbrahimın
məqamı var. Oraya daxil olanın təhlükəsizliyi təmin
olunar...”.Tarix boyu bir çox dəyişikliklərə məruz qalan Kəbə
müxtəlif dövrlərdə qismən, ya da tamamilə yenidən inşa olunub və
bugünkü möhtəşəmliyinə çatıb.
Ümrə ziyarəti başa çatdıqdan sonra dövlətimizin başçısı Əl-Həram
məscidini seyr etdi.
Azərbaycan Prezidentinə məscid haqqında ətraflı məlumat verildi.
AZƏRTAC
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR