Nida.az
İranın TANAP-a qoşulması yeni ittifaqa səbəb olacaqmı? – ŞƏRH
“Ukrayna böhranından sonra Avropanın enerji təhlükəsizliyində yaranan problem fonunda İran enerjisi xüsusi çəkiyə malik ola bilər. Bunun Bakı və Ankaranın birgə layihəsi olan Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirilməsi ən real variantdır”.
Bunu Publika.az-a açıqlamasında TOBB İqtisadiyyat
və Texnologiya Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin
professoru, politoloq Toğrul İsmayıl deyib.
Onun sözlərinə görə, hazırda Avropa enerji təhlükəsizliyinin təmini
üçün alternativ yollar axtarır: “Bu məsələ Sofiyada keçirilən
toplantıda, eləcə də Bakıdakı iclasda da dilə gətirilir. Bu
nöqteyi-nəzərdən İran enerjisi Rusiya enerjisinə qarşı
alternativlərdən biridir. Lakin hələlik konkret nəticələrdən
danışmaq tezdir. Çünki tərəflər tam razılaşmayıb, anlaşma üzərində
müzakirələr gedir. Ortada razılığın olması məsələlərin bir anda
çözülməsi demək deyil. Bir qədər zamana ehtiyac var”.
T. İsmayıl əlavə edib ki, İran təbii qazının Türkiyə üzərindən
Avropaya çıxarılması məsələsi lap əvvəldən olub.
“Bu məsələdə Türkiyə çox maraqlıdır. Çünki bu ölkədə enerji qıtlığı
yaşanır. Bu qıtlığı aradan qaldırmaq üçün hökumət bütün
vasitələrdən istifadə edir. Bu baxımdan, İran qazının Türkiyədən
keçməsində təkcə Avropa deyil, Ankara da maraqlıdır”, - deyə o
vurğulayıb.
Politoloq İran qazının Bakı və Ankaranın müəllifi olduğu layihəyə
qoşulması ilə yeni ittifaqın yaranması ehtimallarını da şərh edib.
Onun sözlərinə görə, belə ittifaqdan danışmaq bir qədər utopiyadır:
“Bakı və Ankara onsuz da yeni geopolitik ittifaqın təməllərini
atıb. İran isə bölgədə ayrıca güc olmağa çalışır. Xüsusilə Yaxın
Şərqdə baş verənləri nəzərə alsaq, Tehranın müstəqil güc olmaq
istəklərini aydın şəkildə görə bilərik. Bu baxımdan, Bakı və
Ankaranın siyasi ittifaqına Tehranın da qoşulacağını demək
çətindir. Sadəcə olaraq, ortada ölkələri birləşdirən enerji amili
var və nə qədər siyasi anlaşılmazlıq olsa da, bu məqam xüsusi rol
oynayır. Misal üçün, bu gün Rusiya və Türkiyə bir sıra siyasi
amillərə görə fikir ayrılığı yaşayır.
Lakin hər iki ölkə ciddi işbirliyindədir. Hətta mətbuatda, siyasi çevrələrdə bunu strateji müttəfiqlik olaraq qiymətləndirənlər də var. İranla olan işbirliyi də yeni ittifaq yox, enerji əməkdaşlığı ola bilər. İqtisadi mənfəətlər burada ön plana çıxır. Lakin buna rəğmən, siyasi qarşıdurmaların davam etməsi ehtimalı böyükdür. Çünki İranın siyasi sistemi fərqlidir. Tehran bölgədə güc olmaq və genişlənməyi hədəfləyir. Hazırda yalnız Türkiyə-Azərbaycan ittifaqı real görünür. İranla olan münasibətlər zamanla dəqiqləşəcək. Ola bilsin ki, gələcəkdə yeni situasiya yaransın. İllərlə rəqib olan dövlətlərin sonradan müttəfiq olması təcrübəsi geniş yayılıb. Siyasətdə daimi dost və düşmən yoxdur. Sadəcə, siyasi çıxarlar var”.
Asif Nərimanlı
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”