Nida.az
33 siyasi partiya MSK-ya hesabat verməyib
Azərbaycanda 33 siyasi partiya 2014-cü il üçün maliyyə
hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim
etməyib.
Publika.az-ın məlumatına görə, bu barədə MSK-nın katibi Arifə
Muxtarova deyib. Onun sözlərinə görə, aprelin 1-dək 55 siyasi
partiyadan yalnız 22-si illik maliyyə hesabatlarını MSK-ya təqdim
edib.
MSK sədrinin müavini Natiq Məmmədov “Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliyə əsasən, bu ildən etibarən siyasi partiyaların illik hesabatlarının təqdim olunması ilə bağlı MSK-nın Katibliyinin strukturunda dəyişiklik edildiyini deyib.
“Bununla əlaqədar MSK-nın Katibliyində yeni sektor yaradılacaq”, -
Məmmədov əlavə edib.
Həmçinin bildirilib ki, Seçki Məcəlləsinin tələblərinə əsasən
dairə seçki komissiyaları müvafiq seçki dairələri üzrə ilkin seçici
siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təhvil
veriblər.
MSK vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini
həyata keçirəcək. Bu prosesə ən gec may ayının sonuna qədər yekun
vurulacaq və ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər
siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdirilərək
ictimailəşdiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası üzrə vahid seçicilər
siyahısının tərtib olunması prosesinə yanvar ayının əvvəllərindən
başlanıb. Seçki qanunvericiliyinə görə, vahid seçicilər siyahısının
tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən
aparılır. Bu proses məntəqə seçki komissiyaları tərəfindən qanunla
nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata
keçirilir. Seçki Məcəlləsinin tələblərinə əsasən məntəqə seçki
komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını
fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına
təqdim ediblər.
Asif
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri