Nida.az
“The National İnterest”: “Azərbaycan erməni ordusunu darmadağın edəcək”
ABŞ-ın “The National İnterest” jurnalı Azərbaycanla Ermənistan arasında “gələcək müharibə” haqda geniş məqalə dərc edib.
Publika.az xəbər verir ki, “Harvey&Company”
şirkətinin analitiki Cek Malkeyin müəllifi olduğu məqalədə cəbhə
xəttində son insidentlərə diqqət çəkilir.
“Bu gün dünyanın bir çox yerində münaqişələr alovlanıb. Ukraynada
savaş davam edir və bir çox yerlərdə müharibə şəraiti qızışır.
Lakin mənim fikrimcə, 2015-ci ilin ən qaynar nöqtəsi Dağlıq Qarabağ
olacaq. Cənubi Qafqazda bu qeyri-müəyyən anklav zonası uğrunda
Ermənistan və Azərbaycan arasında hərbi konflikt gərginləşir.
Dağlıq Qarabağ Azərbaycanın qərb torpaqlarıdır. 1990-cı illərin
əvvəllərində xristian ermənilərlə müsəlman azərbaycanlılar arasında
etnik qarşıdurma baş verdi və burdan yüz minlərlə azərbaycanlı
köçürüldü. Ermənilər nəticədə qalib elan olundular. Lakin daha
sonra hər iki ölkə müstəqilliyini möhkəmləndirdi. Bakı öz
torpaqlarını geri istəyir. Hazırda bu ərazi ermənilərin
nəzarətindədir və oradakı əhali Ermənistanın dəstəyi ilə yaradılan
“DQR” tərəfindən idarə olunur. Baxmayaraq ki, atəşkəsə Rusiya
vasitəçilik edir, müharibə heç vaxt rəsmən qurtarmayıb. Azərbaycan
Dağlıq Qarabağın geri qaytarılması üçün mübarizə aparır və hazırkı
status-kvonu qəbul etmir”, - deyə məqalədə bildirilir.
Müəllif “Dağlıq Qarabağı xüsusilə nə təhlükəli edir?” deyə qeyd
edib: “İki tərəf arasında kompromis faktiki olaraq yoxdur.
Ermənistan Azərbaycan tərkibində Dağlıq Qarabağın qismən
müstəqilliyini qəbul etmir və bütün əraziyə nəzarəti əldən vermək
istəmir. Bütün hallarda, Azərbaycanın öz torpaqlarının kiçik bir
hissəsini güzəştə gedəcəyini təsəvvür etmək çətindir. Azərbaycan
Prezidenti İlham Əliyev qətiyyətlə öz ölkəsinin haqlı mövqeyini
tələb edir. Ermənistan üçün isə Qarabağ münaqişəsi sıfır məbləğlə
oynamaqdır. Dağlıq Qarabağın ərazisi dənizə çıxışı olmayan
Ermənistanın üçdə bir hissəsi qədərdir. Bununla yanaşı, münaqişə
son dövrlər daha çox hərbiləşmiş formada davam edir və ciddi
təhlükə yaradır.
Hər iki tərəf öz ordusunu təkmilləşdirib. Erməni qüvvələri Dağlıq Qarabağın ətrafında 100 kilometrdən çox möhkəmləndirilmiş müdafiə xətti qurub. Tərəflərin səngərlər, bunkerlər və artilleriya mövqeləri ilə möhkəmləndirilmiş müdafiə xətləri bir-birindən cəmi bir neçə yüz metr məsafədədir. Ötən ilin yayından başlayaraq təmas xəttində toqquşmalar intensivləşib. Hər iki tərəf yaxın bir neçə il ərzində hərbi əməliyyatlara başlamaq üçün güclü stimullara malikdir.
Müqayisədə Azərbaycan ordusu öz üstünlükləri ilə xeyli öyünə bilər. Hansı ki, rəsmi Bakı ordunu gücləndirmək üçün milyardlarla vəsait xərcləyir. Bu gün Azərbaycan ordusu malik olduğu texnika ilə erməni piyada qoşununu ərazidən asanlıqla çıxara bilər. Azərbaycan müasir hərbi aviasiyaya malikdir və bu işdə İsraillə əməkdaşlıq edir. Azərbaycanın İsraildən aldığı pilotsuz təyyarəsi Ermənistan artilleriyasının məhv etmək üçün əvəzsiz texnikadır. Azərbaycan bu yaxınlarda Rusiyadan ağır termobarik raketlər atan dəhşətli “Tos-1A Buratino” odsaçan sistemlərini alıb. Əgər bu sistemlərin hamısı birdən işə salınsa, onlardan açılan yaylım atəşi Ermənistanın əsasən Ağdam kimi düzənlik ərazidə yerləşdirilmiş müdafiə xəttini darmadağın etmək üçün kifayətdir. Ermənistanın isə vəziyyəti çətindir. Bu ölkə və Qarabağdakı qondarma erməni rejimi Azərbaycanla müqayisəyə gəlməz dərəcədə zəifdir. Onlar zəif iqtisadi inkişaf fonunda ordunu gücləndirə bilmir. Buna görə də Ermənistan müharibədən qorxur”.
Müəllif Ermənistanın müttəfiqi olduğu Rusiyaya arxalandığını qeyd
edir.
“Ermənistanın üstünlüyü coğrafi landşaftın mürəkkəb olmasıdır. Belə
ki, Azərbaycan ordusu Qarabağa hücum etmək üçün sərt dağlıq
əraziləri keçməlidir. Düzənlik istiqamət yalnız Ağdam hesab olunur.
Əgər Azərbaycan qüvvələri bu istiqamətdən ermənilərin müdafiə
xəttini yarıb Əsgərana çıxsa, o zaman Qarabağın əsas şəhəri olan
Xankəndinə birbaşa çıxış əldə edəcək. Azərbaycan Prezidenti İlham
Əliyev Dağlıq Qarabağı qaytaracağını zaman-zaman dilə gətirir və
göründüyü kimi, rəsmi Bakı bu mövqeyindən geri çəkilməyəcək.
Müharibə üçün hər iki tərəfdə stimullar var. Lakin Ermənistanın
Azərbaycanla müqayisədə zəif olan ordusu ilə yalnız müdafiə olunmaq
seçimi var”, - deyə Cek Malkey qeyd edir.
Asif Nərimanlı
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı