Nida.az
Səxavət Əlisoy: “Arif Hacılı özünü raykom katibi kimi aparır”
“Arif Hacılı özünü kommunist dönəmindəki raykom katibi kimi aparır”.
Bunu Publika.az-a açıqlamasında hazırda Almaniyada
səfərdə olan ADR sədrinin özəl institutlar və sahibkarlarla iş üzrə
müavini Səxavət Əlisoy deyib.
Onun sözlərinə görə, Müsavat Məclisinin deputatlığa namizədlərlə
bağlı qəbul etdiyi anormal təlimat əslində partiyanı rəhbərliyinin
zehniyyətində problem olduğunu sübut edir: “Orda avtoritar bir
üsul-idarə formalaşmaqdadır. Arif Hacılı özünü tərtəmiz kommunist
dönəmindəki raykom katibi kimi aparır. Ətrafındakılar isə ADR
Hərəkatına düşmən mövqe sərgilədiklərindən rasional düşünmədən
məhrum olublar. Bu yolla hara qədər gedəcəklər? Bunu çox yaxın
zamanda görəcəyik”.
S. Əlisoy Almaniya səfərinin şəxsi işlərlə bağlı olduğunu desə də,
ADR-in Avropa qolunun yaradılması haqda deyilənləri təkzib
etməyib.
“Məhz bu məqsədlə London, Hollandiya və Almaniyada görüşlərim oldu.
Türkiyədə də ADR Hərəkatına qoşulmaq istəyən çox sayda soydaşımız
var. Düşünürəm ki, həm Avropada, həm də qardaş Türkiyədə ADR
Hərəkatının güclü qolları yaranacaq”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri