Nida.az
Qubad İbadoğlunun Müsavatdan çıxarılması müzakirə olunub - ABŞ-da
ABŞ-da Qubad İbadoğludan Müsavat Partiyasından çıxarılma səbəbi haqda soruşublar”.
Bunu Publika.az-a açıqlamasında Müsavat Məclisinin
üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Ali
Məclisinin katibi Arifə Hüseynli deyib.
Onun sözlərinə görə, Q. İbadoğlunun çıxarılması haqda ABŞ Müsavat
Partiyasına sorğu göndərməyib: “Müsavat Partiyasına heç bir sorğu
göndərilməyib. Müsavat Partiyası iqtidar deyil ki, ona sorğu
göndərilsin və ya nəsə tələb edilsin. Lakin Müsavat Partiyasında
verilən qərarlarla bağlı dəyərləndirmələr aparılır və imic məsələsi
gündəmə gəlir. Buna baxmayaraq, Müsavat rəhbərliyi münasibət
bildirməli idi. Mən belə düşünürəm”.
A. Hüseynli Suraxanı rayon təşkilatının Şura iclasının parlament
seçkilərində Vurğun Əyyubun namizədliyinin irəli sürülməsi haqda
qəbul etdiyi qərarın Müsavat Mərkəzi Nəzarət-Təftiş Komissiyası
(MNTK) tərəfindən ləğvinə də münasibətini bildirib. Onun sözlərinə
görə, Müsavatda rayon təşkilatları öz Şura iclaslarını hər ay
keçirir: “Keçən iclas martın 27-də olub. Aprel ayında keçiriləcək
növbəti Şura iclasında təşkilati məsələlərə baxarkən, parlament
seçkilərinə namizədlərin yenidən sürülməsi məsələsinə də baxıla
bilər. Amma yenə də eyni şəxslərin namizədliyini irəli sürəcəyik.
Başqa Şura üzvləri də öz namizədini və namizədliyini irəli sürə
bilər. Amma son qərar səsvermədən asılı olacaq”.
A. Hüseynli seçkilərdə özünün namizəd olmayacağını açıqlayıb.
“Müsavat Partiyası Suraxanı rayon təşkilatı öz ərazisini əhatə edən
dairələrdən namizədlərini müəyyən edib. O iclasda mən öz
namizədliyimi irəli sürmədim, mənim namizədliyimi də irəli sürmək
istəyənlərə təşəkkürümü bildirdim. Seçki kampaniyası dövrü vəziyyət
necə olacaq, şərtlər nəyi deyəcəksə, o zaman qərarıma yenidən baxa
bilərəm. Amma namizədliyi irəli sürülən dostlarımıza bütün gücümlə
kömək edəcəyəm”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ