Nida.az
Rasim Musabəyov: “Soyqırımı” qərarları elə 2015-ci ildə də qalacaq”
“İrəvan qondarma “soyqırımın” tanınmasına, onun qınanmasına dünyanın müxtəlif yerlərində nail olmaqla maksimum divident əldə etməyə çalışır. Lakin hesab edirəm ki, bu, daha çox 2015-ci ilin siyasi prosesləri olaraq qalacaq. Avropa Parlamentinin tutduğu mövqe hüquqi baxımdan o qədər də təsirli olmayacaq”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin
Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin
üzvü, politoloq Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, Roma Papasının bəyanatı da hüquqi qiymətə
malik deyil: “Mənəvi tərəfinə gəlincə, ümumi mənada bunu xristian
birliyinin müsəlman dünyasına qarşı növbəti “səlib yürüşü”
adlandırmaq olar. Eyni zamanda, burda xırda şəxsi maraqlar da önəm
daşıyır. Bu gün Ermənistan parlamenti də öz təbirincə Türkiyəyə
təzyiq etmək cəhdləri edir. Onlar nə qədər gülünc olsa da, dünyada
bütün soyqırımıların tanınması təklifini irəli sürürlər. Misal
üçün, Osmanlı imperiyasında “Ponti yunanlarının və asurilərin
soyqırımı” kimi absurd iddialar irəli sürür, Kamboca, Ruanda,
Darfure kimi yerlərdə soyqırımılar olduğunu gündəmə gətirir və
bütün bunların qəbul olunmasını istəyirlər. Halbuki bu hadisələrdə
haqda beynəlxalq tribunalın qərarları var”.
R. Musabəyov hesab edir ki, ermənilərin “soyqırımı” canfəşanlığının
arxasında başqa amillər də dayanır.
“Bu beynəlxalq aləmdə xüsusi dividentlər gətirmir. Sadəcə olaraq,
İrəvan rejimi aclıq çəkən bir ölkədə yoxsul insanları
“qəhrəmanlığa” qonaq edir. Yəni Ermənistan hakimiyyətini 100 il
öncə baş verənlər az maraqlandırır. Digər tərəfdən, dünya nə qədər
absurd qərarlar çıxarsa da, bunun perspektivi yoxdur. İndiyə qədər
olan təcrübə də göstərir ki, bu tipli siyasi gedişlər müvəqqəti
olur”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO