Nida.az
İtaliyanın bir qrup dövlət xadimi Azərbaycana gələcək
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin aprelin 28-29-da Bakıda təşkil etdiyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda İtaliyanın dövlət xadimləri və siyasətçilərdən ibarət nümayəndə heyəti iştirak edəcək.
Publika.az-ın məlumatına görə, nümayəndə heyətinin tərkibinə İtaliya parlamentinin vitse-spikeri Linda Lanzelotte, İtaliyanın sabiq Baş naziri Massimo D`Alema və ölkənin keçmiş xarici işlər naziri Franko Frattini daxildir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Franko Frattini Forum çərçivəsində radikallaşma mövzusunda keçirilən paneldə müzakirələrdə moderatorluq edəcək.
Qeyd edək ki, “Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunan Forumda dünyanın ən nüfuzlu siyasətçiləri yeni dünyanın başlıca problemləri, radikallaşma meyillərinin artması, Avropa Birliyi və qonşuluq siyasəti, enerji təhlükəsizliyi, etimadın yaradılmasında dinlərarası dialoqun rolu, təhlükəsizliyin təminatında regional təşkilatların əhəmiyyəti kimi məsələlərə dair fikir mübadiləsi aparacaq.
Anar Tağıyev
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi