Rəsul Quliyevlə Rüstəm İbrahimbəyov arasında 300 min dollar söhbəti – SENSASİYA
Bizi izləyin

Nida.az

Rəsul Quliyevlə Rüstəm İbrahimbəyov arasında 300 min dollar söhbəti – SENSASİYA

Eks-spiker Rəsul Quliyev Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovdan 300 min dollar pul istəyib.


Publika.az xəbər verir ki, bu iddia ilə Avropada yaşayan siyasi fəal Qabil Rzayev çıxış edib.


Q. Rzayev 2013-cü ilin iyun ayında Rüstəm İbrahimbəyovla Rəsul Quliyev arasındakı telefon danışığını açıqlayıb.


“2013-cü ilin iyul ayında dostum İlqar Rzayevlə Moskvaya gedib Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizədliyi üçün fəaliyyət göstərirdik. Həmin ərəfədə bir neçə yoldaşla birlikdə Rüstəm İbrahimbəyovla söhbət edirdik. Elə bu an İbrahimbəyova bir telefon zəngi gəldi. Rüstəm müəllim telefonu götürdü və mikrofonda Rəsul Quliyevlə danışdı. Biz açıq eşidirdik. Rəsul Quliyev deyirdi: “Rüstəm müəllim, siz mənə təcili 300 min dollar təşkil edin, mən də sizə ən qısa zamanda bir-iki milyon göndərəcəm”. Telefonun bu tərəfində Rüstəm müəllim müxtəlif əl və qaş-göz hərəkətləri ilə Rəsul Quliyevlə məzələnməyə başladı və ona rədd cavabı verdi. Bu səhnəyə baxanda “O olmasın, bu olsun” filmində Məşədi İbadla Qoçu Əsgərin dialoqu yadıma düşdü. Oradan ayrılarkən yanımdakılara dedim ki, nə qədər bu xalq bu parazitlərdən xilas olmayıb, Azərbaycanda müxalifət hakimiyyətə gələ bilməyəcək”, - deyə o bildirib.


R. Quliyev isə məsələyə münasibət bildirməkdən imtina edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm