Nida.az
Ziyafət Əsgərov: ATƏT-in Minsk qrupu ölü qrupdur
ATƏT-in Minsk qrupunun işi səmərə vermir. Bu qrup ölü qrupdur.
Trend xəbər verir ki, bunu Milli Məclis sədrinin 1-ci müavini
Ziyafət Əsgərov bu gün Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən
Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı keçirilən tədbirdə
bildirib.
Z.Əsgərov Xocalı soyqırımına beynəlxalq səviyyədə qiymət
verilməsinin vacibliyini vurğulayıb. Lakin onun fikrincə,
beynəlxalq diplomatiya tarixində heç vaxt ədalət olmayıb və bu gün
də reallıq belədir. Ona görə də, vitse-spikerin fikrincə, Dağlıq
Qarabağ probleminin həllinin yaxınlaşması Azərbaycanın hərtərəfli
güclənməsindən asılıdır: "Dağlıq Qarabağ probleminin həllini nə
qədər yaxınlaşdırsaq, Xocalı soyqırımının da tanınmasını
tezləşdirəcəyik. Bu isə Azərbaycan rəhbərliyinin siyasi
iradəsindən, iqtisadi inkişafımızdan və ordunun güclənməsindən
keçir".
Z.Əsgərov problemin həllində vasitəçilik missiyasını üzərinə
götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyətini də tənqid edərək onu
ölü qrup adlandırıb: "Bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğuldur.
İndi biz 20 il də gözləməliyik ki, problem nə zaman həll olunacaq?
Bu qrupun işi səmərə vermir. Bu qrup ölü qrupdur".
O həmçinin, Rusiyanın bu problemin həllində birbaşa məsuliyyət daşıdığını, BMT-nin fəaliyyətinin isə çox zəif olduğunu bəyan edib.
-
Sağlamlıq06:46
Bir dəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Dünya05:15
"Titanik"dəki ən varlı adamın saatı rekord qiymətə satıldı - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"