Nida.az
“Ukraynada baş verənlərdən Azərbaycan vətəndaşı nəticə çıxarmalıdır”
Fevralın 24-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə
Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən
Publika.Az -a verilən məlumata görə, iclasda
qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum müzakirə
edilib.
BAXCP İdarə Heyətində Ukraynadakı son olaylar da geniş müzakirə olunub.BAXCP Azərbaycanın strateji tərəfdaşı olan Ukraynada baş verənləri dərin narahatlıqla izləyir və ümid edir ki, davam etməkdə olan siyasi böhran tezliklə aradan qalxacaq, sivil dövlət quruculuğu prosesi sürətlənəcək, ölkənin bütövlüyü qorunacaq. Böhranın tezliklə aradan qalxmasına Azərbaycan hökuməti də öz töhfəsini verməli, yeni qurulmuş hökumətə və Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə etməlidir.
BAXCP hesab edir ki, Ukraynada baş verənlərdən hər bir
Azərbaycan vətəndaşı nəticə çıxarmalı, Azərbaycanın modernləşməsi
prosesi islahatlar yolu ilə sürətləndirilməli, ölkədəki siyasi
sabitliyin davamlı olması üçün hər kəs öz məsuliyyətini dərk
etməlidir.
Asif
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir