Nida.az
Sabiq baş prokuror: “Danışmağı özümə ar bilirəm...”
“Xocalı faciəsindən indi elə adamlar danışır ki, onların bu məsələ
haqqında ümumiyyətlə təsəvvürü yoxdur”.
Bu barədə 1992-ci ildə Xocalı soyqırımını araşdırmaq üçün parlamentdə yaradılmış istintaq-deputat komissiyasının katibi, sabiq baş prokuror Əli Ömərov Publika.Az -a açıqlamasında deyib.
Ə. Ömərov qeyd edib ki, indi danışanlar özlərini qəhrəman hesab edirlər: “Hamı çıxıb danışır, hamısı da özünü qəhrəman kimi göstərirlər. O deyir mən deyən düzdür, bu deyir, yox, mən deyən düzdür. Halbuki bu adamların əksəriyyətinin faciə ilə bağlı təsəvvürü yoxdur. Elə adamlar televiziyada, mətbuatda çıxış edir ki, onlara baxanda mən, ümumiyyətlə, danışmağı özümə ar bilirəm. Buna görə də danışmaq istəmirəm. Hər şey deputat-istintaq komissiyasının rəyində ətraflı göstərilib”.
Sabiq baş prokuror bildirib ki, komissiyanın rəyi o zaman Ali
Sovetə təqdim edilib. Onun sözlərinə görə, həmin rəy indi
parlamentdə və respublika prokurorluğunda var.
“Mən o zaman düz 3 saat məruzə etmişəm bununla bağlı. İndi dəqiq
yadımda deyil, amma orda kimlərin hansı cinayətləri törətdiyi
ətraflı göstərilib. Kimisinə maddi, kimisinə cinayət məsuliyyəti
qaldırılıb, kimlər nə edib, kimin hansı təqsirləri var hamısı həmin
rəydə var. Rəydə Rusiyanın 366-cı moto-atıcı alayı və hadisəni
törədən ermənilərin adları bir-bir göstərilib. Onların telefon
danışıqları, yazışmaları, kim hansı göstərişi verib, detallı olaraq
bunlar komissiyanın rəyində əksini tapıb. Ən yaxşısı həmin rəyi
qaldırıb araşdırmaq lazımdır”-deyə Əli Ömərov vurğulayıb.
Asif
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?