Nida.az
"Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə məsləhətləşmələr davam edəcək" -Amerikalı həmsədr
ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə məsləhətləşmələri davam etdirəcəklər. Trend-in məlumatına görə, bunu Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Armenpress"ə müsahibəsində deyib.
Onun sözlərinə görə, yaxın 2 həftə ərzində Minsk qrupunun həmsədrləri iki ölkənin XİN rəhbərləri ilə məsləhətləşmələri davam etdirəcək, yaxın gələcəkdə isə regiona səfər edəcəklər.
Bu yaxınlarda Türkiyəyə səfəri çərçivəsində keçirdiyi görüş və müzakirələr barədə danışan C.Uorlik qeyd edib ki, Türkiyə ABŞ-ın strateji tərəfdaşıdır və bu ölkə ilə bir çox məsələlər müzakirə olunur: "Regionda qonşu və Minsk qrupunun üzvü olan Türkiyənin rəsmi şəxslərinin regional məsələlər və Dağlıq Qarabağ məsələsi üzrə fikirlərini eşitmək maraq doğurur".
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün həyata keçirilməli olan tədbirlərə toxunan C.Uorlik Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Fransa və Rusiya) prezidentlərinin 2013-cü ildə münaqişə tərəflərinə çağırışını, yəni onların Helsinki prinsiplərinə sadiq qalmalarını təsdiq etməsini təkrarlayıb.
Amerikalı həmsədr bildirib: "Son aylar bir sıra müsbət addımların şahidi olduq. Onlar arasında ən əhəmiyyətlisi prezidentlərin görüşü oldu. Lakin sual yaranır, bu münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün tərəflərin həqiqətən də siyasi iradəsi varmı? İrəliyə doğru yolu tərəflərin özləri müəyyənləşdirməlidirlər, ABŞ isə bu işdə gücü çatdığı qədər onlara yardım etməyə hazırdır".
O, həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin tezliklə görüşəcəyinə ümid etdiyini bildirib, lakin həmin görüşün mümkün tarixini açıqlamayıb.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO
-
Sosial30 Aprel 22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
-
Magazin130 Aprel 21:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO
-
Sosial30 Aprel 21:12
Azərbaycanlı general vəfat etdi - FOTO
-
Magazin130 Aprel 21:00
Əməkdar artist Cəlilabadda məscid tikdirdi - VİDEO