“Azərbaycan müxalifəti 20 ildir ki…” – YAP rəsmisi
Bizi izləyin

Nida.az

“Azərbaycan müxalifəti 20 ildir ki…” – YAP rəsmisi

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Ukraynada baş verən son hadisələrə münasibət bildirib.

YAP-çı deputat M.Qurbanlı Publika.Az-a açıqlamasında Ukraynada əmin-amanlığın bərqərar olmasına tərəfdar olduğunu söyləyib: “Biz Ukraynada sabitliyin və əmin-amanlığın bərpa edilməsini istəyirik. Hazırda da Ukraynada bütün diqqət bu məsələyə yönəlib”.

Ukraynadakı hadisələrin Azərbaycanda baş vermə ehtimalı ilə bağlı müxalifətin söylədiyi fikirləri də şərh edən M.Qurbanlı deyib: “Hər bir ölkənin öz inkişaf yolu var. Azərbaycan özünəməxsus inkişaf yolu ilə gedən ölkədir. Ona görə də hər hansı bir ölkədə baş verən hadisənin başqa bir ölkədə təkrar eyni formada baş verməsini düşənənlər siyasətdən bixəbər adamlardır. Azərbaycan müxalifəti 20 ildir ki, harada nə baş verirsə, onun Azərbaycanda baş verəcəyi ümidilə yaşayır. Həyat göstərir ki, bu adamlar heç doğru təhlil apara və proqnoz da verə bilmirlər. Bütün bunların arxasında yalnız onların bu cür cəfəng fikirləri olur. Ona görə də müxalifətin dediklərinin arxasında heç bir dəlil dayanmır. Onlar mənasız danışıb xəyala qapılırlar”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm