Nida.az
Elmar Məmmədyarov Liviyanın xarici işlər naziri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Liviyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Məhəmməd Əl-Həd Miftəh Əl-Dairi ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Liviya xalqları arasında ənənəvi dostluq əlaqələri və ölkələrimiz arasında siyasi, iqtisadi və enerji kimi sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğu qeyd olunub.
E.Məmmədyarov Azərbaycanın Liviyada tezliklə sülh və sabitliyin bərqərar olmasını arzuladığını diqqətə çatdırıb. O, İslam dünyasında həmrəyliyin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Məhəmməd Əl-Dairi Azərbaycanda olmasından məmnunluğunu ifadə edərək, III Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edib.
O, Azərbaycanın təcrübəsinin daha yaxından öyrənilməsinin vacibliyini qeyd edərək, ölkəmizdə həyata keçirilən iqtisadi, sosial, infrastruktur və digər layihələrin xalqın həyat şəraitini daha da yaxşılaşmasına xidmət etdiyini bildirib. Azərbaycanın neft tədrisi sahəsində zəngin təcrübəsinin Liviya üçün maraqlı olduğunu deyib.
Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Sağlamlıq06:46
Bir dəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Dünya05:15
"Titanik"dəki ən varlı adamın saatı rekord qiymətə satıldı - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"