Nida.az
Rasim Musabəyov: “Kerri ermənipərəstdir, lakin Pentaqonda Azərbaycanın mövqeyi daha güclüdür”

“Dövlət katibi Con Kerrinin aparatı Azərbaycana qarşı kifayət qədər neqativ münasibət bəsləyir və o, ölkəmizi müxtəlif bəhanələrlə “cəzalandırmaq” niyyətini gizlətmir”.
Publika.az xəbər verir ki, bu barədə Milli
Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, Kerrinin Azərbaycan və Türkiyə haqda əvvəldən
yaranmış mənfi rəyi və ermənipərəst mövqeyi var: “Hələ 90-cı
illərdə onun müəllifliyi ilə Konqresin qəbul etdiyi “907-ci
düzəlişi” hər kəs xatırlayır. Qondarma “erməni soyqırımı”nın ABŞ-da
tanınması üçün fəal lobbiçilik edir. Bu baxımdan, onun ofisindən
aparılan anti-Azərbaycan kampaniyası qıcıq doğursa da, təəccüblü
deyil”.
Lakin R. Musabəyov hesab edir ki, bircə Kerriyə görə ABŞ-ı
Azərbaycana düşmən etmək lazım deyil.
“Bəli, ənənəvi erməni lobbisi Dövlət Departamentində və Kapitoli
təpəsində güclüdür. Lakin fakt budur ki, ABŞ-ın energetika
nazirliyində, Pentaqonda, kəşfiyyat strukturlarında Azərbaycan və
Türkiyənin mövqeləri qədər güclü deyil. Adətən, Dövlət
Departamentinin və Konqresin mövqeyi, Azərbaycan və Türkiyəyə təsir
edən ABŞ-ın hökumət müəssisələri, adətən, məxfi hərəkət edirlər.
Lakin onlar böyük təsirə malik deyillər. Əsas odur ki, bu gün ABŞ
və Azərbaycanın milli maraqları toqquşmur, əksinə, üst-üstə düşür.
Bizim münasibətlərə süni əngəllərin yaradılması hər iki tərəf üçün
ziyandır. Amerika hökumətinə qərəzli adamlar gəlir və gedirlər. ABŞ
isə super dövlət olaraq qalır və bu, iqtisadi inkişafa nail olmaq
və təhlükəsizliklə bağlı yaranan mürəkkəb problemləri həll etmək
istəyən ölkələr üçün əhəmiyyətlidir”, - deyə R. Musabəyov
bildirib.
Asif Nərimanlı

-
Hadisə16:37
Bakıda üç rəfiqə itkin düşdü - DİN-dən AÇIQLAMA
-
Region14:57
İmamoğludan yeni mesaj: xalqa səslənərək elan etdi
-
Region14:19
Ədalət dəyənəyi ilə İmamoğluya hücum edirlər - Özgür Özəl
-
Hadisə13:59
Əli Kərimlinin mühafizəçisi saxlanıldı
-
Dünya13:22
İstanbulda etirazçılar bələdiyyə binasına girdilər - ANBAAN VİDEO
-
Avropa11:20
Leyen uğursuzluğa düçar oldu: ABŞ onun çıxışlarına məhəl qoymur
-
Dünya10:20
Papadan xəbər var: müqəddəs taxt-tacdan imtina...
-
Sosial09:55
Tanışınız, dostunuzun nömrəsindən mesaj gələ bilər... - DİN-dən xəbərdarlıq