AKP-çi deputat: “Türkiyə və Azərbaycana qarşı kampaniya başlayıb” – ÖZƏL
Bizi izləyin

Nida.az

AKP-çi deputat: “Türkiyə və Azərbaycana qarşı kampaniya başlayıb” – ÖZƏL

“Qərbdəki xristian dünyası tərəfindən Türkiyə və Azərbaycana qarşı xaos yaratmaq kampaniyası başladılıb. Bu, böyük təəssüf hissi doğurur”.

Bu sözləri Publika.az-a eksklüziv açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ankaradan seçilmiş deputatı, tarixçi alim Seyid Sərtçəlik bildirib.

Onun sözlərinə görə, xristian dünyasının Türkiyəyə qarşı başlatdığı “soyuq müharibədə” Azərbaycana qarşı da müxtəlif kampaniyalar yer alır.

AKP-çi deputat deyib ki, hazırda 1 milyondan çox azərbaycanlı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qaçın vəziyyətinə düşüb: “Ancaq nədənsə xristian dünyası bunu görmək istəmir. Hazırda xristian dünyası Türkiyə və Azərbaycanın uğurlarına görə çox narahatdır. Onlar Azərbaycan və Türkiyənin inkişaf etməsini zərrə qədər istəmirlər, ona görə də ölkələrimizə qarşı təzyiqlər aparılır. Qərb Türkiyə və Azərbaycandan nə istədiyini heç özü də bilmir. Rusiya ilə münasibətlər qurduğuna görə Azərbaycana təzyiq göstərilir. Ancaq işğalçı Ermənistan açıq şəkildə Rusiyanın təşəbbüsü ilə yaradılan Avrasiya İttifaqına üzv olur, Azərbaycan isə bitərəfliyini qoruyur. Ancaq Qərb yenə də Ermənistan əvəzinə Azərbaycanı günahkar görür. Qərb Azərbaycanı Rusiyadan müdafiə etmək əvəzinə, əksinə, ona qarşı təzyiqlər edir. Bütün bunlar isə bizə yalnız bir nəticəni çıxarmağa əsas verir: xristian dünyası müsəlmanları müdafiə etmir, onlara qarşı çıxır”.

S.Sərtçəlik əlavə edib ki, indi dünyada qütbləşmə formalaşıb və müsəlmanlar bu qütbləşmədə öz mövqeyini doğru seçməlidir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm