Nida.az
Dağlıq Qarabağ icması qondarma “parlament seçkilərinə” etiraz etdi – BƏYANAT
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi mayın 3-da Ermənistan tərəfindən işğal altında saxlanan Dağlıq Qarabağda qondarma “parlament seçkiləri”nə etiraz edib.
Publika.az xəbər verir ki, İctimai Birlik bununla bağlı bəyanat
verib.
“Azərbaycanın Ermənistan silahlı qüvvələrinin işğalı
altında olan Dağlıq Qarabağ bölgəsində mayın 3-də qondarma
“parlament seckiləri”nin keçirilməsi nəzərdə tutulub. Dağlıq
Qarabağ bölgəsinin azərbaycanlı icması bəyan edir ki, bu “seçkilər”
Azərbaycan Konstitusiyasını, beynəlxalq hüququn norma və
prinsiplərini kobud şəkildə pozur və Dağlıq Qarabağda tarixən
yaşamış azərbaycanlıların seçki hüquqlarını nəzərə almır.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim
seçkilər yalnız Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş
ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin
öz doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və
erməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra
keçirilə bilər”, - deyə bəyanatda qeyd olunur.
Bəyanatda bildirilir ki, Ermənistan Respublikası beynəlxalq hüquq
normalarına, BMT-nin Nizamnaməsinə zidd olaraq və Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət
verməyərək artıq neçənci dəfədir ki, Azərbaycan Respublikasının
işğal altındakı ərazilərində belə “seçkilər” təşkil edir:
“Ermənistan Respublikası öz qanunsuz hərəkətləri ilə Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində
aparılan sülh danışıqlarına, beynəlxalq birliyin regionda sülh və
əməkdaşlıq yaratmaq təşəbbüslərinə və icmalar arasındakı dialoq
imkanlarına köklü zərbə vurur. Bütün dünyaya bəllidir ki,
Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış qanunsuz rejim
azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan
tərəfindən təşkil olunmuş cinayətkar qurumdur. Məhz buna görə
beynəlxalq təşkilatlar və dünya ölkələri də Ermənistanın öz
işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə Dağlıq Qarabağda
əvvəllər keçirdiyi bu cür qondarma “seçkilər”i heç vaxt tanımayıb.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ümidvar olduğunu
bildirir ki, Ermənistanın qeyri-konstruktiv hərəkətləri beynəlxalq
birlik tərəfindən bir daha kəskin şəkildə qınanılacaq, bu ölkənin
işğalçı siyasətinə son qoyulması üçün ən təsirli tədbirlər
görüləcək”.
Bəyanatda diqqətə çatdırılır ki, münaqişəsinin tezliklə həlli üçün,
ilk növbədə, işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən məcburən
köçkün düşmüş 75 mindən çox azərbaycanlı əhalisinin öz doğma
torpaqlarına geri qayıtması zəruridir: “Bölgənin erməni və
azərbaycanlı icmaları arasında qarşılıqlı etimada əsaslanan
münasibətlərin formalaşdırılması Dağlıq Qarabağ münaqişəsinin
həllinə öz müsbət töhfəsini verə bilər. Bu səbəbdən icmalar
arasında görüşlərin keçirilməsini də zəruri hesab edirik.
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icması” İctimai Birliyi bu qondarma “parlament seçkiləri”nin
keçirilməsinə etirazımızı bildirərək qeyd edir ki,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması istiqamətində bütün beynəlxalq təşkilatların, xüsusilə
BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən
Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi
bütövlüyü, müstəqilliyi və suverenliyi təsdiq olunub.
Eyni zamanda, adı çəkilən nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həllinin öz əksini tapmıası göstərilib. Güc tətbiqi ilə ərazi qazanılması və əldə edilmiş ərazilərdə xalqların öz müqəddəratını təyin etmək hüququ adı altında hakimiyyətin qanuniləşdirilməsi beynəlxalq hüquq prinsiplərinə ziddir. Hesab edirik ki, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayına və münaqişə ədalətli həll edilməyənə qədər regionda uzunmüddətli sülhün və əməkdaşlığın bərqərar olması mümkün deyil. Biz inanırıq ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tapacaq, azərbaycanlı əhali öz doğma torpaqlarına qayıdacaq və bölgənin iki icması arasında dinc yaşayış təmin olunacaq”.
Asif Nərimanlı
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı