Nida.az
Millət vəkilindən Avropa Oyunları açıqlaması: “Qoy hər bir avropalı görsün ki...”
“I Avropa Oyunları idman və müstəqillik tariximizin qürurverici səhifələrindən biri olacaq”.
Publika.az xəbər verir ki, bu barədə Milli
Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti
Adil Əliyev deyib.
Onun sözlərinə görə, 38 gün sonra Azərbaycanda böyük idman bayramı
gerçəkləşəcək: “I Avropa Oyunları Azərbaycanda baş tutacaq. Belə
nəhəng idman tədbirinin ölkəmizdə reallaşması hər bir
azərbaycanlını sevindirdiyi kimi, məni də qürurlandırır. Bu,
əslində böyük tarixi hadisədir. Çünki Azərbaycanın müstəqilliyini
bərpa etdikdən sonra belə böyük idman tədbirinə ev sahibliyi
etməsini heç kim görməyib. Bilirsiniz ki, Avropa Oyunları bu qitəni
təmsil edən ən say-seçmə idmançıların yarışı olacaq. Əvvəlcə
özümüzə sula verməliyik ki, niyə məhz bizim ölkədə bu keçirilir?
Bunun bir sıra səbəbləri var. Niyə düşmən ölkə olan Ermənistan bu
tipli beynəlxalq səviyyəli tədbirlərdən, yarışlardan kənarda
qalıbdır? Əlbəttə, bunu düşünmək lazımdır. Bu gün ölkəmizin
iqtisadi inkişafı, siyasi nüfuzunun genişlənməsi, idman uğurlarının
artması Azərbaycana etimadı gücləndirib. Bizim xalqın tolerantlığı,
alicənablığı dövlət siyasətimizdə də əksini tapıbdır”.
A. Əliyev qeyd edib ki, ilk Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi əslində heç kimi təəccübləndirməməlidir: “Çünki biz bu
münasibətə, hörmətə layiq olduğumuzu hər zaman sübut etmişik.
Düşmən Ermənistan isə öz radikal, işğalçı, təcavüzkar siyasəti ilə
özünü təcrid edibdir. Bu oyunlar həm də Azərbaycanın öz milli adət
və ənənələrini, tarixi həqiqətlərini gələn qonaqlara çatdırmağımız
üçün gözəl imkandır. Biz bu imkanı maksimum dəyərləndirməliyik. Hər
bir gənc bu məsələdə aktiv olmalıdır. Qoy hər bir avropalı görsün
ki, Azərbaycan ermənilərin və onların dəyirmanına su tökən
qüvvələrin təqdim etdikləri kimi deyil. Əksinə, Azərbaycan bütün
parametrlər üzrə çox ölkələri üstələyən göstəricilərə malikdir. Bir
vacib məqamı qeyd etmək istəyirəm.
Avropa Oyunlarının və bundan əvvəlki tədbirlərin Azərbaycanda təşkil edilməsinin xronoloji ardıcıllığına nəzər salsanız, Azərbaycandan fərqli olaraq bəzi dövlətlərin belə məsuliyyətli tədbirlərin təşkilini öz üzərilərinə götürməyə risk etmədiklərini görərsiniz. Bu, açıq-aşkar ölkəmizin güclü dövlət olmasına dəlalət edir. Ulu öndər Heydər Əliyev Azərbaycanda idmanın inkişafına böyük qayğı göstərirdi. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminəm ki, I Avropa Oyunlarında idmançılarımızın qazandığı yüksək nəticələr xalqımızı sevindirəcək. Bu oyunlar nəinki idman, həm də müstəqillik tariximizin qürurverici səhifələrindən biri olacaq”.
Asif Nərimanlı
-
Kriminal21:29
Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı
-
İdman20:48
Estoniya - Azərbaycan görüşündə üçüncü qol - CANLI/YENİLENDİ
-
Nida Xəbər 20:20
Oqtay Şirəliyev cərimələndi - Nə baş verib?
-
Magazin120:10
Emin Ağalarovun "SeaBreeze”də kimə ev verəcəyi bilindi - FOTO
-
Nəqliyyat18:35
Metroda qatarlar gecikdi - SƏBƏB
-
Sosial17:43
Arutyunyan və Babayanın həbs müddəti uzadıldı
-
Sosial17:16
Bu icra başçıları çətin durumda - Qanunsuz sənədlər aşkarlandı
-
İdman16:47
Olimpiadaya getmək istəyən cazibədar idmançı: Görün hansı yolla pul qazanır - FOTOLAR