Nida.az
Müsavat Partiyasının dövlət qeydiyyatı ləğv oluna bilər – ŞOK
Müsavat Divanının qərarı ilə partiyadan çıxarılan narazılar Ədliyyə Nazirliyinə şikayət etməyə hazırlaşır.
Bunu Publika.az-a açıqlamasında dünən partiyadan xaric olunan
Suraxanı rayon təşkilatının keçmiş sədri Rövşən Dəmirli deyib.
Onun sözlərinə görə, Müsavat qurultaydan sonra avtoritar üsulla
idarə olunmağa başladı: “Arif Hacılı guya hamıya qucaq açmaqla
bağlı müraciət etmişdi. Əslində bunun görüntü olduğunu hər kəs
bilirdi. Partiyada elə də böyük nüfuzu olmayan şəxsləri başına
toplayaraq narazıları döymək tapşırığı verildi. Mən rayon
təşkilatının şura iclasında bu məsələni onun nəzərinə çatdırdım,
lakin nəticə olmadı. Çünki tapşırıq özündən gəlirdi. Partiyada
fərqli fikir söyləyən adamları kənarlaşdırmaq xətti Nizamnamə
pozuntusudur. Buna görə də partiya rəhbərliyini məhkəməyə vermək
niyyətindəyəm. Hətta pozuntularla bağlı Ədliyyə Nazirliyinə də
şikayət etməyi düşünürük. Qoy onlar partiyadan çıxarılanların
nizamnamənin hansı maddələrini pozduqlarını sübut etsinlər”.
R. Dəmirli qeyd edib ki, Ədliyyə Nazirliyi obyektiv araşdırma
aparsa, Müsavat Partiyasının dövlət qeydiyyatı ləğv olunmalıdır:
“Çünki bu rəhbərlik ağına-bozuna baxmadan hər addımda Nizamnamə
tələblərini pozub. Hazırda Ədliyyə Nazirliyinə müraciət üçün
ərizələr toplanır, iş aparılır. Bununla bağlı sənəd hazırlanır.
Yaxın günlərdə nazirliyə müraciət olunacaq”.
R. Dəmirli Divanın toplantısına qatıla bilməməyindən də
danışıb.
“Mən həmin gün rayondaydım. Xaric olunan Əli Qasımbəylinin əmisi
qızı rəhmətə getmişdi. Rahib Mirələmov isə iş növbəsindəydi. Mən
vaxtı dəyişməklə bağlı xahiş etdim. Lakin məhəl qoyulmadı. Çünki
partiyanın qeyri-rəsmi olaraq hazırkı başqanı İsa Qəmbərdən
göstəriş almışdılar”, - deyə o diqqətə çatdırıb.
Asif Nərimanlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ