Nida.az
Atəşkəsdən keçən 21 il: “Alternativ həll yolu müharibədir”
“Dağlıq Qarabağ münaqişəsinin alternativ həll yolu müharibədir və burda üstün mövqeyə malik olan Azərbaycan münaqişənin həllinə qadirdir”.
Bunu Publika.az-a açıqlamasında keçmiş
təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin eksperti
Arzu Nağıyev atəşkəsin 21-ci ildönümü haqda danışarkən deyib.
Onun sözlərinə görə, ümumiyyətlə hər cür müharibədən, şəhid
verməkdən, anaların, bacıların ah-naləsindən sülh min dəfə
önəmlidir: “Əlbəttə, qələbə sülhü daha inamverici, daha
möhtəşəmdir. Bu gün atəşkəsdən, daha doğrusu, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı Bişkek protokolunun imzalanmasından 21 il
ötür. Bu, bəlkə də, müharibə dövründə atılan addımlardan ən
düzgünlərdən biri idi. Çünki həmin ərəfədə öz havadarları
vasitəsilə ermənilər, daha doğrusu, müxtəlif dövlətlərdən gətirilən
muzdurlar işğal siyasəti seçmiş şəxslər idi. Əgər müasir zamanda
müasir ordumuzla və onun silahlandığı hərbi texnika və
avadanlıqlarla atəşkəsə gedilsə idi, bu, səhv addım olardı. Bu
illər ərzində Azərbaycan ordusu modernləşib, müharibə şəraitinə
uyğun səfərbər olunub. Hətta müharibə qaçılmaz olsa belə, öz gücünü
göstərməyə qadirdir və bunun son zamanlar şahidi oluruq. Eyni
zamanda, atəşkəs elan olunsa da, erməni təxribatı hər gün davam
edir”.
A. Nağıyev qeyd edib ki, atəşkəsin bundan sonra nə qədər davam
etməsi ATƏT-in Minsk qrupunun və onun təmsil etdiyi dövlətlərin
fəaliyyətindən asılıdır.
“Madrid prinsiplərinə riayət olunsa, atəşkəs yolu ilə də
münaqişənin həlli mümkündür. Təəssüf ki, ermənilər və onların
havadarları bu yolu seçmək fikrindən uzaqdırlar. Başqa variant isə
bu gün hərb yoludur. Düşünürəm ki, burada Azərbaycan üstün
mövqedədir və münaqişənin həllinə qadirdir”, - deyə o bildirib.
Qeyd edək ki, 1994-cü il mayın 8-də atəşkəsin əldə edilməsi barədə
imzalanmış “Bişkeş protokolu” həmin il mayın 12-də qüvvəyə minib.
Müqaviləyə əsasən cəbhə bölgəsində aktiv münaqişə səngiyib. Sənədi
ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun
iştirakı ilə Azərbaycan tərəfdən Milli Məclisin o vaxtkı sədri
Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri
Nizami Bəhmənov imzalayıb. Rusiyanın layihəsinə görə, Ermənistan və
Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca
hazırlanacaq “Böyük sülh sazişi”nə imza atmalı idilər. Lakin
Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə “Böyük sülh” indiyə
qədər hələ də əldə edilməyib.
Asif Nərimanlı
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq