Nida.az
Avropa Oyunları Afrika mediasında
Efiopiyanın “The Ethiopian Herald” qəzetində “Bakı 2015” Avropa Oyunlarına həsr olunmuş məqalə dərc edilib.
Publika.az-ın məlumatına görə, məqalədə “Bakı 2015” Avropa Oyunlarının başlamasına az bir müddət qaldığı qeyd olunur və Azərbaycanın qədim Atəşgah Məbədində xüsusi mərasim zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məşəlin yandırılmasının Avropa Oyunlarının ən yüksək hazırlıq həddinə çatdığının göstəricisi olduğu bildirilir.
Məqalə müəllifi 6000 idmançını bir araya toplayacaq bu möhtəşəm oyunları izləmək üçün dünyanın müxtəlif yerlərindən insanların Bakıya axışacağını vurğulayır.
Məqalədə Azərbaycanın Efiopiyadakı səfiri və Afrika İttifaqı yanındakı Daimi nümayəndəsi Elman Abdullayev “Bakı 2015” Avropa Oyunlarının bütün dünya üçün möhtəşəm və əzəmətli bir tədbir olacağını bildirir. O, Avropa Oyunları keçirilməsi üçün Azərbaycanın ən müasir idman infrastrukturuna malik olduğunu oxucuların diqqətinə çatdırır. Məqalədə Azərbaycan səfiri Afrika oxucularına məşəlin Azərbaycanın bölgələrinə səfər etdiyi barəsində məlumat verir.
Məqalədə eləcə də Olimpiya Stadionu və keçirilməsi nəzərdə tutulan tədbirlər barəsində ətraflı məlumat verilir.
Vasif Həsənli
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ