“Təqsirli olan hər kəs öz cəzasını alacaq” – YAP-dan AÇIQLAMA
Bizi izləyin

Nida.az

“Təqsirli olan hər kəs öz cəzasını alacaq” – YAP-dan AÇIQLAMA

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov ötən gün paytaxtın Binəqədi rayonunda yerləşən hündür mərtəbəli binanın yanması nəticəsində evsiz qalmış sakinlərə operativ olaraq lazımi yardımların göstərilməsinə münasibət bildirib.

YAP-çı deputat Publika.az-a açıqlamasında deyib ki, hadisə zaman zərər çəkmiş insanlara dövlət tərəfindən bütün yardımlar ediləcək: “Bilirsiniz ki, ötən gün Prezident İlham Əliyev baş vermiş hadisə ilə bağlı müvafiq komissiya yaradılması üçün Sərəncam imzalayıb. Həmin komissiya yanğın zamanı bütün dəymiş ziyanı hesablayacaq və ödəyəcək. Amma çox təəssüf ki, insan ölümləri ilə bağlı zərəri ödəmək heç cür mümkün deyil. Mən yalnız həmin insanların yaxınlarına və ailələrinə Allahdan böyük səbir diləyirəm.

Çox təəssüf ki, belə bir xoşagəlməz hadisə baş verib. Allah ölənlərə rəhmət etsin, həyatda qalanlara isə Allahdan səbir və şəfa diləyirəm. Bununla bağlı Azərbaycan dövləti bütün lazımi addımları atıb. Bu bir faciədir, bu cür hadisələr dünyanın hər yerində baş verir. Təbii ki, bu hadisədə təqsirli olan hər kəs öz cəzasını alacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm