Nida.az
Azərbaycan bu məsələdə ABŞ-ı qabaqlayıb – ETİRAF
ABŞ-ın Nevada ştatında mayın 28-si “Azərbaycanın Milli Günü” elan edilib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Publika.az-a
verilən məlumata görə, bununla bağlı ştatın qubernatoru Brayan
Sandoval və dövlət katibi Barbara Çegavski tərəfindən müvafiq
bəyannamə imzalanıb.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilmiş
bəyannamədə bildirilir ki, Azərbaycan 1918-ci ilin 28 may tarixində
öz müstəqilliyini elan edərək, demokratik respublika təsis edib və
İslam dünyasında ilk dünyəvi parlamentar dövlət qurub.
Qeyd olunur ki, müstəqilliyini elan etdikdən sonra Azərbaycan qısa
müddət ərzində dini etiqadından, cinsindən, irqindən və etnik
kimliyindən asılı olmayaraq bütün vətəndaşlarına seçki hüququ
verib, hətta qadınlara seçki hüququnun verilməsi məsələsində ABŞ-ı
bir il qabaqlayıb.
Həmçinin, 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra
Azərbaycanın öz müstəqilliyini və suverenliyini möhkəmləndirdiyi
vurğulanaraq, hər il ABŞ da daxil olmaqla, dünyanın müxtəlif
ölkələrində yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini
Milli Gün olaraq qeyd etdiyi bildirilir.
Asif Nərimanlı
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO