Nida.az
Taliban Xəzərdə neft layihələrini təhdid edir – ŞOK
“Taliban Xəzərdə neft layihələrinə təhlükə törədir”.
Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Asiya
və Orta Şərq üzrə ekspert Aleksandr Knyazev deyib.
Onun sözlərinə görə, hazırda əsas təhlükə
Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) layihəsinədir:
“Əfqanıstanda qərarlaşan Taliban bu layihə üçün həmişə təhdid
doğurur. İndiki situasiyada bu layihənin uzandığı marşrut boyunca
yerləşən ərazilər taliblərin nəzarətinə keçə bilər. Bura
Əfqanıstanın Şimal-Qərb əyalətləri – Faryab, Badqis, Saripul və
Heratın bir hissəsidir”.
Ekspert hesab edir ki, bu layihəni təhdid edən Taliban gələcəkdə
Türkmənistanın digər enerji layihələrinə də təhlükə yarada
bilər.
“Hazırda Transxəzər layihəsi üzərində düşünülür. Türkmənistan qazı
bununla Azərbaycana, oradan da Avropaya çıxa bilər. Bu, Aşqabad
üçün çox önəmlidir. Xəzərdə nəzarətin ciddi olduğu faktı var, lakin
heç kim zəmanət verə bilməz ki, TAPİ-ni təhdid edən Taliban
“Transxəzər”ə, yaxud digər layihələrə hücum etməyəcək. Çünki
Taliban Türkmənistanın müəyyən ərazilərinə nəzarət etmək
iddiasındadır. Qruplaşmanın tərkibində türkmənlərin olması faktı da
ciddi siqnaldır. Bu baxımdan, Aşqabad üçün önəmli olan layihələrə
Taliban təhlükəsinin sıçrayacağı ehtimalı mümkündür”, - deyə A.
Knyazev bildirib.
Asif Nərimanlı
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO
-
Sosial30 Aprel 22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
-
Magazin130 Aprel 21:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO
-
Sosial30 Aprel 21:12
Azərbaycanlı general vəfat etdi - FOTO
-
Magazin130 Aprel 21:00
Əməkdar artist Cəlilabadda məscid tikdirdi - VİDEO