Soros: “Yeni dünya müharibəsi bu ölkələr arasında başlayacaq” - ŞOK
Bizi izləyin

Nida.az

Soros: “Yeni dünya müharibəsi bu ölkələr arasında başlayacaq” - ŞOK

Məşhur yəhudi əsilli amerikalı maliyyəçi, “Soros” Fondunun rəhbəri Corc Soros yeni dünya müharibəsinin başlanacağı barədə anons verib.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, milyarder ABŞ-ın Çinə “böyük güzəştə” getməli olduğunu və Beynəlxalq Valyuta Fondunun valyuta səbətinə yuanın daxil edilməli olduğunu deyib.

Onun sözlərinə görə, əks təqdirdə, Pekin Moskva ilə daha da yaxınlaşacaq. Soros hesab edir ki, bu, ABŞ üçün çox xoşagəlməz alternativdir. Amerikalı milyarder qeyd edib ki, yeni dünya müharibəsinin əsasını Çin və ABŞ arasındakı münaqişə qoyacaq.

Soros yeni dünya müharibəsi barədə fikrini belə əsaslandırır ki, Çinin iqtisadiyyatı daxili tələbat deyil, ixrac üzərində qurulub. Milyarderin fikrincə, ixrac üzərindəki hakimiyyətini saxlamaq üçün Çinə münaqişə lazım olacaq.

“Əgər Çin və ABŞ arasında toqquşma olacaqsa, o halda ABŞ-ın hərbi müttəfiqi Yaponiya deməyəcək ki, biz üçüncü dünya müharibəsindən kənarda dayanacağıq. Bundan qaçmaq üçün ABŞ Çinə böyük güzəştə getməli, yuanın Beynəlxalq Valyuta Fondunun valyuta səbətinin bir hissəsi olmasına icazə verməlidir. Çin valyutası bu halda dollarla ciddi rəqabətə girə bilər. Əks təqdirdə, Çin və Rusiya arasında siyasi və hərbi ittifaq yaranacaq. Bu halda isə yeni dünya müharibəsi təhlükəsi real olacaq”, - Soros vurğulayıb.

Corc Soros bir sıra ölkələrdə baş verən dövlət çevrilişlərində dəfələrlə ittiham olunub. Sorosun pulu 2004 və 2013-cü illərdə Ukraynada Maydan hadisələrində mühüm rol oynayıb. Milyarder inqilabi hadisələrdə iştirakını özü də inkar etmir. O, 2014-cü ilin mayında bildirib ki, onun fondu sözügedən hadisələrdə mühüm rol oynayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm