Nida.az
“Natural Gas Europe”: “Azərbaycan Avropa üçün ən real mənbə olaraq qalır”
“Azərbaycan Avropanın qaz təchizatında yeganə mənbə olaraq qalır”.
Publika.az xəbər verir ki, bu barədə “Natural Gas
Europe” nəşri yazıb.
Nəşr qeyd edir ki, Azərbaycan qazını Avropaya daşıyacaq Cənub Qaz
Dəhlizi Türkiyədən keçir: “Bu, Türkiyənin yeganə tranzit olması
deməkdir. Artıq TANAP-ın tikintisi başlanıb. Bu kəmərlə qaz
türk-yunan sərhədinə qədər aparılacaq. Bundan başqa, Yunanıstan və
Bolqarıstana qazın çatdırılması haqda müqavilələr imzalanıb.
2019-cu ilə qədər 10 milyard kubmetr Azərbaycan qazı Avropa
bazarına hərəkət edəcək. Lakin bu həcm Avropanı təmin etməyəcək. Bu
baxımdan, Türkmənistan qazının da bu kəmərə qoşulma perspektivi
var. Türkmən qazının yolundakı əngəl isə Xəzər regionu ilə bağlı
fikir ayrılığıdır. İran və Rusiya bütün vasitələrlə buna qarşı
çıxır. Buna görə də Aşqabadın Çin bazarına çıxması daha realdır,
nəinki Avropa bazarına”.
“Natural Gas Europe” Avropa bazarına qazın çatdırılmasında digər
iddiaçı kimi İranı göstərir.
“Lakin bu, şübhəli görünür. Hətta sanksiyalar yaxın günlərdə
tamamilə ləğv olunsa belə, İran öncə daxili vəziyyətini düzəltməyə
çalışacaq. İrandan başqa mənbə olaraq İraq da gündəmdədir. İraq
hökuməti yaxın günlərdə elan etdi ki, Şimal bölgəsində qaz
ehtiyatlarının həcmi 3 trilyondan 6 trilyon kubmetrə qədərdir.
Lakin regionun geosiyasi vəziyyəti İraqın alternativ olma
şanslarını zəiflədir. İsrail də Avropa bazarına talib olan
mənbələrdəndir. Bu ölkənin 1 trilyon kubmetrdən çox qaz
ehtiyatlarının olduğu deyilir. Lakin çoxsaylı investisiya
qalmaqalları, həmçinin, ölkənin az inkişaf etmiş qaz infrastrukturu
İsrailə Avropanın enerji təhlükəsizliyinin zamini olmağa imkan
vermir. Beləliklə, bu gün Azərbaycan Avropanın enerji təchizatında
ən real mənbə olaraq qalır”, - deyə nəşr qeyd edir.
Asif Nərimanlı
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri