Nida.az
“I Avropa Oyunları Azərbaycanın dünyada təqdimatıdır”
“I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycana verilən yüksək qiymətin göstəricisidir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin üzvü Leyla
Abdullayeva deyib.
Onun sözlərinə görə, bu oyunlar bütövlükdə Azərbaycan dövlətinin
bir təqdimatıdır: “Çünki belə beynəlxalq və nüfuzlu idman yarışına
ev sahibliyi etmək hər ölkəyə nəsib olmur. Beynəlxalq toplantılara,
konfranslara ev sahibliyi edən Azərbaycan 44 gündən sonra bir daha
dünyanın diqqət mərkəzinə çevriləcək və möhtəşəm idman bayramı
tariximizə qızıl hərflərlə yazılacaq. I Avropa Oyunlarının yüksək
səviyyədə keçiriləcəyi heç kimdə şübhə doğurmur. Çünki Azərbaycanın
bu sahədə böyük təcrübəsi var. Buna qədər ölkəmizdə dəfələrlə
Avropa çempionatları keçirilib. Azərbaycan “Eurovision” mahnı
müsabiqəsinə ev sahibliyi edərkən dünyaya göstərdiyi təşkilatçılıq
nümunəsini Avropa Oyunları ilə bir daha ortaya qoyacaq".
L. Abdullayeva qeyd edib ki, Azərbaycanın uğurları, beynəlxalq aləmdə artan nüfuzu dost ölkələri sevindirsə də, bəzi anti-Azərbaycan şəbəkələrini, bəzi beynəlxalq təşkilatları “narahat” edir. Onun sözlərinə görə, “Demokratiya çətiri” altında pərdələnənlər idmandan da siyasi alət kimi istifadə etməyə çalışırlar. Əslində onlar üçün heç nəyin fərqi yoxdur, təki Azərbaycan əleyhinə mövzu olsun. Onların qarayaxma planları yeni bir proses deyil. Amma ölkəmizi gözdən salmaq istəyən şər qüvvələr dəridən-qabıqdan çıxsalar da, heç bir uğur əldə edə bilmirlər. Bu qüvvələrin və onların ölkəmizdəki əlaltılarının çirkin əməlləri daim bumeranq effekti verib”.
Asif Nərimanlı
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI