Nida.az
Ağsaqqallar Şurası Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş konfrans keçirib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Respublika Ağsaqqallar Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş “Respublikanın ictimai-siyasi həyatında Azərbaycan Milli Elmlər Akademiyası, Respublika Ağsaqqallar Şurası və gənc alimlərin rolu” mövzusunda toplantı keçirilib.
Publika.az-ın məlumatına görə, AMEA-nın prezidenti Akif Əlizadə ulu
öndərin Azərbaycanın dövlətçilik ənənələrinin qurulmasında,
müstəqilliyinin və iqtisadi-siyasi əsaslarının
möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq birliyin bərabərhüquqlu
üzvünə çevrilməsində, demokratik imicinin yüksəldilməsində müstəsna
xidmətləri olduğunu xatırladıb.
Sonra Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir. İctimai-siyasi həyatda respublika ağsaqqallarının rolu” mövzusunda cıxış edib, dahi şəxsiyyətin zəngin və çoxşaxəli fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Azərbaycan xalqının milli dəyərlərindən irəli gələrək tarix boyu ağsaqqallar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar.
Ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolunun daha da artdığını deyən F.Heydərov məhz Heydər Əliyevin sayəsində ağsaqqalların ölkənin ictimai-siyasi həyatında fəal iştirakının təmin edildiyini vurğulayıb. Millət vəkili onu da qeyd edib ki, bu gün Respublika Ağsaqqallar Şurası milli-mənəvi dəyərlərimizin qorunması, saflıq, ədalətlilik kimi yüksək insani keyfiyyətlərin cəmiyyətdə geniş yayılmasını özünün əsas vəzifələrindən hesab edir. Eyni zamanda gənc nəslin mənəvi və fiziki sağlamlığına diqqət yetirən ağsaqqallar bu istiqamətdə də əzmkarlıq göstərirlər.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında Milli Elmlər Akademiyasının rolu” mövzusunda çıxış edib. Daha sonra tədbirdə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edib.
Sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika
üzrə fəlsəfə doktoru Famin Salmanov respublikanın ictimai-siyasi
həyatında gənc alimlərin rolundan danışıb.
Daha sonra tədbirdə çıxış edənlər dahi rəhbər Heydər Əliyev
haqqında öz fikir və mülahizələrini bölüşüb, onun əsasını qoyduğu
məqsədyönlü siyasətin və ənənələrini uğurla davam edəcəyinə
əminliyini ifadə edib.
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar