Nida.az
İlham Əliyev Qarabağda fateh olacaq – İrəvan qorxu içində
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya səfəri və Lavrovla Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələri erməniləri qorxuya salıb.
Publika.az xəbər verir ki, Ermənistanın “Yerkir”
saytı Rusiyanın erməniləri aldatdığını və Avropa Oyunlarından sonra
Qarabağın Azərbaycana qaytarılması istiqamətində ciddi planların
olduğunu yazıb.
Ermənilərin fikrincə, Rusiya münaqişəni durduğu yerdən tərpətmək
arzusunu mütləq şəkildə ifadə edib: “Ermənistan tərəfindən
Azərbaycan torpaqlarının işğal edilməsi bizə Gömrük Şurasına
qoşulmağa icazə vermir. Əgər Ermənistan öz qoşunlarını çıxarsa
sərhədlər açılacaqsa, vəziyyət normallaşacaqsa, hər şey ola
bilər”.
E. Məmədyarovun sözlərindən sitat gətirən sayt yazır ki, Rusiyanın
hədəfi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll
edərək, Bakının öz orbitinə çəkməkdir.
“Bu, İrəvan üçün ciddi nəticələrdən xəbər verir. Eyni zamanda, Qərb
də hərəkətə keçib. Belə ki, Məmmədyarovun Moskva səfərindən sonra
ATƏT-in Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Anji Kaspşik
Moskvaya getdi. O, Rusiyanın “münaqişənin həll olunmasının vaxtı
çatıb” sözlərinin arxasındakı məqamları dəqiqləşdirəcək. Göründüyü
kimi, Moskva və Bakı razılaşdı. Qərb də burda öz maraqlarını təmin
edərək razılıq verəcək. Avropa Oyunlarından sonra ciddi addımlar
atılacaq və bunun Ermənistan üçün ağır nəticələri olacaq”, - deyə
sayt İrəvan üçün qorxulu proqnoz verir.
Daha sonra qeyd edir ki, Rusiyanın Ermənistanın təhlükəsizliyinin
qoruyucusu maskası cırılır: “Bakı güclü manevrlərini işə salıb və
göründüyü kimi, İlham Əliyev Dağlıq Qarabağı geri qaytarmaqla fateh
olacaq”.
Son proseslər rəsmi Bakının öz ədalətli savaşında uğurlu addımlar
atdığını göstərir. Bu isə ermənilərin ciddi narahatlığına səbəb
olub.
Asif Nərimanlı
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO