Dinləmə şousu: Avroparlament özünü necə ifşa etdi?
Bizi izləyin

Nida.az

Dinləmə şousu: Avroparlament özünü necə ifşa etdi?

İyunun 10-da Avropa Parlamentinin Azərbaycana dair dinləmələri keçirildi. Lakin dinləmənin gedişində Avroparlamentin prezidenti Martin Şults və vitse-prezident, Avstriya yaşıllarının lideri Ulrike Lunaçekin, ümumilikdə anti-Azərbaycan şəbəkəsinin planlarının iflasa uğradığı aydın oldu. Özləri əsassız şəkildə eyni şeyləri təkrar edib, özləri də qulaq asdı.

I Avropa Oyunlarının açılış tarixinə iki gün qalmış belə dinləmələrin keçirilməsi anti-Azərbaycan şəbəkəsinin hansı maraqları güddüyünə dair suallar yaradır. Amma əvvəlcə dinləmələrin gedişi haqda.

Avroparlament öncə müzakirəyə ilin hadisəsinə çevrilən FİFA-da rüşvət qalmaqalını çıxardı. Maraqlı idi, çünki son günlər Qərb strukturları mütəmadi olaraq FİFA məsələsinə toxunmuşdu. Bəs Avropparlament nə üçün məsələni yenidən gündəmə gətirmək qərarını verdi?


Azadlıqda olan insan niyə “siyasi məhbus” adlanır?

İclasın gedişində FİFA və qurumun keçmiş baş katibi Blatter “çarmıxa çəkilərkən”, dərhal Azərbaycana keçid edildi. Qalmaqallı seksual təklifləri ilə gündəmə gələn Lunaçek və komandası Azərbaycanda insan haqlarının pozulduğuna dair iddialar irəli sürdü və ardınca I Avropa Oyunları kimi beynəlxalq idman yarışının əhəmiyyətini azaltmağa çalışan fikirlər səsləndirdi. Beləcə, FİFA unuduldu, gündəmə Azərbaycan gətirildi. Göründüyü kimi, Avroparlamentin dinləmə şousunun məqsədi heç də Blatterin fəaliyyəti yox, Azərbaycana qarşı hücumların edilməsi idi. FİFA-nın müzakirəsi sadəcə Bakıda keçiriləcək I Avropa Oyunlarını hədəfə almaq zərurətini yaratmaq gedişi idi.

Dinləmələrin gedişində Azərbaycana qarşı ittihamları irəli sürən deputat qrupunun bu ölkə haqda konkret təsəvvürünün belə olmadığı aydın oldu. Misal üçün, Ulrike Lunaçek və Mari-Kristian Verjia Azərbaycanda “siyasi məhbusların” olduğunu iddia edərək, bir neçə nəfərin adını sadaladı. Onların iddia etdiyi siyahıda Bəşir Süleymanovun da adı çəkilir. Lakin B. Süleymanov bu ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. Bu şəxs artıq 4 aydır azadlıqda olsa da, Lunaçekə görə “siyasi məhbusdur”.

Daha çox ad, daha çox ittiham

Buradan bir sıra versiya ortaya çıxır. Birincisi, anti-Azərbaycan şəbəkəsi bilərəkdən azadlıqda olan şəxslərin də adını siyahıya salaraq, çevrəni genişləndirir. İkincisi, bu qrupların ümumiyyətlə Azərbaycanla bağlı təsəvvürü yoxdur. Sadəcə olaraq, “pulu verən belə sifariş edir”. Üçüncüsü, onlara ölkə daxilindən məlumat ötürən “5-ci kolon” siyahını belə təqdim edir. Hər üç versiya bir-biri ilə zəncirvari şəkildə bağlıdır.

Burada daha bir məqam da qeyd olunmalıdır: Milli Şuranın mayın 30-da keçirdiyi mitinqdə “siyasi məhbus afişası” xüsusilə diqqət çəkirdi. Belə ki, müxtəlif şəxslərin adları və fotosu olan afişada ötən ilin dekabr ayında dövlət başçısının əfvi ilə azadlığa çıxan Qurban Məmmədovun və Əvəz Zeynallının da fotosu var idi. Halbuki, adıçəkilən şəxslərin azadlıqda olduğu müddət az qala bir ilə yaxındır. Müqayisə Avroparlamentin dinləmə şousunun pərdəarxası nüanslarını aydın şəkildə göstərir.

Üç il öncə - “Eurovision-2012” Bakıda keçirilərkən eyni hücum taktikalarının şahidi olmuşduq. Belə ki, “5-ci kolon” ölkə daxilində vəziyyəti bacardıqca “acınacaqlı” şəkildə göstərən informasiyalarla əcnəbi şeflərini təmin edir. İkincilər də bu informasiyaları bir qədər də bəzəyib dövriyyəyə buraxırlar. I Avropa Oyunları ərəfəsindəki mənzərə də üç il öncəki mənzərə ilə eynidir.

İflasa uğrayan Azərbaycanla bağlı dinləmə şousunun fiqurları Martin Şults və Ulrike Lunaçek kimdir? Azərbaycan insanı bu şəxslərin ölkəmizə qarşı piar kampaniyası ilə tanışdır. Lakin bu şəxslər haqda daha detalları məlumatlar bəzi nüanslara da aydınlıq gətirir.

Korrupsioner, Avropa siyasətinin “daydayı”, yaxud Şultsun missiyası nədir?

Martin Şults: Qərb mediasının yazdığına görə, içki düşkünü olan bu qərbli siyasətçi Avropa Parlamentinə 2012-ci ildən rəhbərlik edir. Avropalılar onu “çirkli siyasətçi” olaraq xarakterizə edir. Şultsun adı Avroparlamentə rəhbərliyə başladığı dövrdən həmişə vəzifə səlahiyyətlərini aşma, korrupsiya, yaxud kimlərəsə “daydaylıq” etmədə çəkilir.

Misal üçün, o, Avroparlamentin büdcəsindən 110 min avronu cibinə transfer edib və buna görə tənqid də edilib. Bununla yanaşı, Şults öz kabinetinin 5 üzvünə, loru dillə desək, “daydaylıq” edərək yüksək vəzifəyə seçilməsinə kömək edib. Belə faktlar kifayət qədərdir. Amma Şultsa indiyə qədər “gözün üstə qaşın var” deyən olmayıb. Çünki hamiləri ondan daim təzyiq rıçaqı kimi istifadə edir, hansısa şəxsə, yaxud ölkələrə qarşı qarayaxma kampaniyanı bu şəxsin dili ilə aparır. Onun indiyə qədər Azərbaycana qarşı addımları və son dinləmələr buna konkret misaldır.
Şultsun Avropanın Ermənistana xüsusi sevgisi olan siyasətçiləri siyahısında da ilk pillələrdə qərarlaşır.

Haqqında danışmağa enerji sərf etmək istəmədiyimiz şəxs

Ulrike Lunaçek: Bu şəxs haqda danışmağın özü əlavə vaxt və enerji sərfiyyatıdır. Çünki LGBT hərəkatının hamisi olan Lunaçek lezbiyanlığın təbliği ilə Avropa Parlamentinin nüfuzunu həmişə ləkələyib. Hətta liberallığı ilə ad çıxarmış Qərb insanı belə Lunaçekin aşırı mövqeyini qəbul etmir. Belə bir şəxsin Azərbaycan haqda pis, yaxud yaxşı danışmasının heç bir mənası yoxdur. Sadəcə olaraq, Lunaçek kimilər müəyyən dairələr üçün “söyüş söyən” missiyasını yerinə yetirir.

Tarixi ləkəli olan qurum, yaxud Amerika polisinin öldürdüyü 500 insan necə “basdırılır?”

Təəssüf ki, Lunaçek kimilərin də olduğu Avroparlament anti-Azərbaycan mövqeyindən əl çəkmək istəmir. Halbuki insan haqları, azadlıq kimi məhfumları əlində afişa edən bu qurumun fəaliyyət tarixi ləkəlidir.