İlham Əliyev Filippin Prezidentini təbrik edib
Bizi izləyin

Nida.az

İlham Əliyev Filippin Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Filippin Prezidenti III Beniqno Akinoya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Filippin Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Filippin arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, əlaqələrimizin genişlənməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Filippin xalqına daim sülh və firavanlıq arzulayıram".

AZƏRTAC

Oxumağa davam et
Reklam
Reklam

Gündəm