Nida.az
“Məqsəd qeyri-leqal olanda şəbəkələşməyə üstünlük verilir” – Dini ekspert
“Şəbəkələşmə daha çox siyasiləşmiş dini cərəyanlar, təriqətlər
arasında olur. Onlar birbaşa müəyyən məqsədlərə xidmət
edirlər”.
Bu barədə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin sədri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin keçmiş müavini Elçin Əsgərov Publika.Az-a açıqlamasında son vaxtlar Azərbaycanda bir sıra dini təriqətlərin dövlət qurumlarına sızması, geniş formada şəbəkələşməsindən danışarkən deyib.
Onun sözlərinə görə, şəbəkələşmiş dini cərəyanlar ilk növbədə
tərəfdar toplayır və məqsədləri dindən çox, siyasi olur: “Bu
məqsədin də həyata keçməsində təşkilatlanırlar. Şəbəkələşmə də
təşkilatlanmanın bir formasıdır. Sadəcə olaraq şəbəkələşmənin
təşkilatlanmadan bir fərqi var. Təşkilatlanmanın məqsəd və
vəzifələri açıq olur, açıq, leqal yollarla mübarizə aparılır.
Fəaliyyətin gizli həyata keçirilməsində, qarşıya qoyulan məqsəd
qeyri-leqal olanda şəbəkələşməyə üstünlük verilir. Şəbəkələşmə
zamanı təşkilatın içində ayrı-ayrı kiçik qruplar olur və çox zaman
bu qruplar bir-birini tanımır. Belə olanda üzvlərin sayını,
kimliyini saxlamaq və daha çox tərəfdar toplamaq asandır.
Şəbəkələşmə təkcə Azərbaycanda deyil, tarixən müxtəlif ölkələrdə
olub”.
Konkret nurçulara gəlincə, E. Əsgərov bu camaatla bağlı xüsusi
araşdırma aparmadığını, buna görə də məlumatının az olduğunu
bildirib: “Azərbaycanda camaat deyəndə ancaq nurçular nəzərdə
tutulur. Halbuki Türkiyədə hər bir dini icma özünə “camaat” deyir.
Nurçuların Azərbaycanda fəaliyyəti ilə bağlı məlumatım azdır. Amma
mətbuatda yazılanlardan da görünür ki, onlar təhsil, media
şəbəkələri var”.
Ekspert hesab edir ki, bu təriqətlər, icmalar qeyri-leqal fəaliyyət
göstərsə, dövlət quruluşunu dəyişmək istəsə, bu, dövlət
təhlükəsizliyinə hədədir.
“Təhlükəli məqamlardan biri də budur ki, belə camaatlar
hakimiyyətin hansısa orqanlarına sirayət etmək və onları ələ almaq,
bu vasitə ilə də dövlətə təsir etmək məqsədinə xidmət edirsə, bu
şübhəsiz milli dövlətçiliyə təhlükədir. Müvafiq orqanlar bunun
qarşısını almalıdırlar və mən ümid edirəm ki, bunun qarşısı
alınır”-deyə o vurğulayıb.
E. Əsgərov nurçularla sələfilərin bir-birinə yaxınlaşması
haqqında deyilənləri doğru hesab etmir. Onun fikrincə, bu iki
cərəyan bir-birinə rəqabətdədir: “Onlar bir-biri ilə rəqabət aparan
cərəyanlardır. Mətbuatda bu məsələnin aktuallaşmas da nurçularla
sələfilər arasında olan rəqabətin nəticəsidir”.
Asif
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı