Nida.az
Türkiyə-Azərbaycan təlimlərində iştirak edən general Baş Qərargah rəisi gətirilir – FOTOLAR
Avqustun 3-5-də toplanacaq Türkiyə Ali Hərbi Şuranın rəhbərliyində təmsil olunan yüksək rütbəli generallar arasında bir sıra dəyişiklik gözlənilir.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin hökumətə yaxın olan “Yeni Şafak” qəzeti xəbər yayıb.
Qəzet yazır ki, hazırda Türkiyə Silahlı Qüvvələri həm Suriya sərhədində baş verən hadisələrə, həm də Ali Hərbi Şuranın 3-5 avqust toplantısına ciddi şəkildə hazırlaşır:
“Türkiyənin Baş Qərargah rəisi, general Necdet Özel, Hava Qüvvələri komandanı, general Akın Öztürk, Dəniz Qüvvələri komandanı, admiral Bülent Bostanoğlu və Jandarma Baş komandanı, general Abdullah Atay bu ilin avqustunda təqaüdə göndəriləcəklər. Türkiyənin indiki Baş Qərargah rəisi Necdet Özelin yerinə isə indiki Quru Qoşunları komandanı, general Hulusi Akarın gətirilməsi gözlənilir”.
Xatırladaq ki, Türkiyə Quru Qoşunları komandanı, ordu generalı Hulusi Akar son vaxtlar bir neçə dəfə Azərbaycanda səfərdə olub, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birgə Türkiyə-Azərbaycan hərbçilərinin birgə keçirdiyi təlimlərdə iştirak edib.
Vasif Həsənli
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi