Nida.az
AXCP-də maxinasiyaların üstü açılır, əlbəyaxa dava yenidən gündəmdə
AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli tərəfindən döyülən partiyanın Nərimanov rayon təşkilatının keçmiş sədri Ağaşirin Tanrıverdioğlu yenidən hədə-qorxu ilə üzləşib.
Publika.az xəbər verir ki, A. Tanrıverdioğlunun
partiya rəhbərliyi haqqında kəskin açıqlamaları AXCP-də narazılıq
yaradıb.
Sosial şəbəkədə S. Kərimli ilə mübahisə edən A. Tanrıverdioğlu AXCP üzvlərinin kəskin ittihamları ilə qarşılaşıb. Partiya üzvləri onu “bomj”, “alkaş”, “satqın” və s. ağır ifadələrlə ittiham ediblər.
AXCP sədrinin əmisi oğlu İnqilab Kərimov A. Tanrıverdioğlunu
müftəxorluq və xəbərçilikdə ittiham edib.
“Ağaşirin Badamdar qəsəbəsində işlətdiyim kafeyə gələndə deyirdi
ki, mağaza toyuğu yeyə bilmir. Mən də ona yaxınlıqda satılan kənd
çolpaları kəsdirirdim. Hesabını da vermirdi. Ona nə versən yeyəcək,
təki yanında arağı olsun”, - deyə o bildirib.
A. Tanrıverdioğlu bütün ittihamları cavablayıb və qeyd edib ki, istər S. Kərimlinin “Şəki” kafesində, istərsə də digər cəbhəçilərin kafesində yedikləri yeməyin pulunu “yuxarıdan” ödəyiblər: “Mən Sahibin yanında müftə yeməmişəm. İkincisi, heç vaxt çağırılmayan yerə getməmişəm. Sahibin heç vaxt imkanı olmayıb ki, kiməsə müftə yemək versin. Əksinə, bizim hesabımıza o, böyük pullar silib”.
AXCP üzvü Ziya Zöhrab A. Tanrıverdioğlunun döyülməsinə haqq
qazandırıb: “Ağaşirin yenə döyülmək istəyir, buynuzu qaşınır”.
Asif Nərimanlı
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO