Bob Bləkmən: “Dırnaqarası prezidentin Londona səfərini eşidəndə şoka düşdüm” - ETİRAZ
Bizi izləyin

Nida.az

Bob Bləkmən: “Dırnaqarası prezidentin Londona səfərini eşidəndə şoka düşdüm” - ETİRAZ

Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya – Azərbaycan Parlamentlərarası dostluq qrupunun katibi Bob Bləkmən qondarma “Dağlıq Qarabağ Respublikası prezidenti” Bako Saakyanın Londona gözlənilən səfərini pisləyib.


Publika.az xəbər verir ki, britaniyalı deputat Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavabında “Chatham House” - Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçiriləcək tədbirdə B. Saakyanın nitq söyləmək üçün Londona dəvət olunması ilə əlaqədar institutun direktoru Robin Nibletə etiraz məktubu ilə müraciət etdiyini deyib.

“Hələ ötən həftə mən Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş kitab təqdimatında iştirak etmək nəsib oldu. Bunun fonunda Dağlıq Qarabağdakı separatçı rejiminin dırnaqarası prezidenti Bako Saakyanın “Chatham House” da nitq söyləməsi üçün dəvət olunması xəbərini eşidəndə şoka düşdüm. Böyük Britaniya hökuməti Dağlıq Qarabağdakı qeyri-qanuni rejimi tanımır. Bununla belə hökumət Saakyanın Böyük Britaniyaya səfərinin qarşısını ala bilmir. Çünki bu, qeyri-rəsmi özəl səfərdir. Böyük Britaniya – Azərbaycan Parlamentlərarası dostluq qrupunun katibi olaraq, “Chatham House” kimi nüfuzlu bir instituta belə bir arzuolunmaz şəxsin dəvət olunması məni kədərləndirir və bu tədbirin təxirə salınması üçün sizə müraciət edirəm”, - deyə Bləkmən etiraz məktubunda bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm