Nida Təhlil
Yeddi il əvvəl... Heydər Camalın Qarabağ SSENARİLƏRİ
Bu gün Rusiya İslam Komitəsinin sədri, politoloq, filosof Heydər Camal 70 yaşında vəfat edib.
Heydər Camal 1947-ci il noyabrın 6-da Moskvada anadan olub. O, ictimai-siyasi fəaliyyətə hələ filosof və politoloq Aleksandr Duqinlə əməkdaşlıq vaxtı başlayıb.
Atası azərbaycanlı rəssam Cahid Camal, anası peşəkar atlı İrina Şapovaladır. Əslən şuşalı olan Heydər Camal Qarabağın məşhur Sarıcalılar nəslindəndir. Hələ uşaq ikən Şuşaya - ata yurduna köçən ailəsi burda da çox qalmır. Yenidən geri dönür.
Heydər Camal 1965-ci ildə orta məktəbi bitirdikdən sonra Moskva Dövlət Universiteti yanında Şərq Dilləri İnstitutuna daxil olub. Amma bir il sonra “burjuaziya millətçiliyinin təzahürü” ilə əlaqədar ali məktəbdən çıxarılıb. O, tokar işləyir, həmçinin xarici dillərdən dərs deyərək repetitorluqla əlavə pul qazanırdı. Camal daha sonra “Tibb” nəşriyyatında korrektor işinə düzəlir. O, orada Moskva Dövlət Universitetinin biologiya fakultəsinin məzunu İlya Moskvinlə tanış olur. O, “Tibb”də redaktor işləyir, psixiatriya üzrə ədəbiyyatla məşğul olurdu. Camal dosltlarına deyirdi ki, Moskvin ona “yeni dünya açıb”.
Duqinlə birlikdə Camal 1988-ci ilin sonunda “Yaddaş" cəmiyyətinə daxil olur. Lakin bir il sonra “mühacir dissident dairələrinin nümayəndələri ilə əlaqədə olduğu” üçün buradan çıxarılır. O, 1989-cu ildən SSRİ-də siyasi islamla məşğul olur. Heydər Camal 1990-cı ildə Həştərxanda İslam Dirçəliş Partiyasının yaradılmasında iştirak edir və partiyanın sədr müavini olur. O, həmin il “Tauxid” müstəqil informasiya mərkəzini yaradır və 1991-ci ildən 1993-cü ilə qədər “Al-Vahdat” qəzetini çıxarır. 1993-cü ildən “At-Tavhid” jurnalını çıxarmağa başlayr.
Camal 1993-cü ildə beynəlxalq müsəlman təşkilatı olan “İslam Komitəsi”nin yaradıldığı Xartum konfransında iştirak edir. 1995-ci ilin yayında "İslam Komitəsi Regionlararası" ictimai təşkilatını yaradıb.
2010-cu il martın 10-da Rusiya müxalifətinin “Putin getməlidir” adlı müraciətini imzalayıb.
Rusiya İslam Komitəsinin sədri Heydər Camal daha çox Azərbaycan və Ermənistan, o cümlədən Dağlıq Qarabağ münaqişəsi və Moskvanın münaqişənin həllində oynadığı mövqe barədə səsləndirdiyi fikirləri Azərbaycan mediasının xüsusi diqqət mərkəzində olub. O, Rusiya telekanallarında Azərbaycan mövzusunda bir çox süjetlər və müsahibələr hazırlayıb. Hətta o, bir dəfə Ermənistanın Metsamor Atom Elektrik Stansiyası ilə bağlı sərt mövqeyini bildirmiş, “İranın atom proqramından nə yapışmısınız, Ermənistanın atom elektrik stansiyası varsa, bəlkə onların kiçik, mini-atom bombaları da var” söyləmişdi. Heydər bunu dəfələrlə deyib. O, həmişə Ermənistanın çox qorxu törətdiyini, Rusiyaya gərək olmadığını bildirib.
Strateji Araşdırmalar Mərkəzində üç məruzə ilə çıxış edən Heydər Camalın bu məruzələri NABUKKO, Qarabağ və diaspor məsələlərinə aid olub.
Heydər Camalın bir çox fikirləri Moskvaya qarşı olub. 1999-cu ildə o bildirib ki, Qafqazda müharibə hər şeydən əvvəl rəsmi Krem üçün əlverişlidir. O qeyd edib ki, Dağıstanda döyüş hərəkətləri Rusiyanın əsl düşmənlərindən Rusiya cəmiyyətinin diqqətini dəyişdirməyə xidmət edir.
Onun sözlərinə görə, Moskva icazə versəydi, Dağlıq Qarabağ münaqişəsi çoxdan həll edilmiş olardı: “Əgər Ermənistana Rusiya dəstəyi olmasa, erməni dövlətinin mövcudluğu məsələsi bağlana bilərdi. Amma Moskvaya onu dəstəkləmək və erməni yarasını saxlamaq çox sərfəlidir. Bu, Azərbaycana təzyiqi göstərmək üçündür. Gürcüstan üçün Cənubi Osetiya və Abxaziya belə yara kimi Moskvaya xidmət edir.
O, həmçinin hesab edirdi ki, Amerika-İsrail tandemi də Rusiya kimi Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında maraqlı deyil. Ancaq Heydər Camalın fikrincə, dünya böhranı Ermənistanı dəstəkləyən Rusiyanın imkanlarını dağıtmalıdır. O, bununla Dağlıq Qarabağ probleminin həll ediləcəyini düşünürdü. Camala əsasən, bu, 2009-cu ilin martında olmalı idi.
Heydər Camala görə, Qarabağ münaqişəsinin həlli Ermənistanın dövlət kimi ləğvi və torpaqlarının Azərbaycana ötürülməsindən ibarətdir. Camal həmçinin hesab edirdi ki, ermənilər Allahın düşmənidir və qeyd edirdi ki, Ermənistan birmənalı olaraq məhv olmağa məcburdur.
Ömər Dağlı
-
Region10:30
Rusiya Əliyevlə Paşinyanın məşhur fotosu ilə bağlı bu addımı atdı - FOTO
-
Rəsmi xronika09:34
Prezident konfrans iştirakçılarına müraciət ünvanladı
-
MDB09:12
Putin qubernatorun kostyumu ilə niyə maraqlanıb?
-
Nəqliyyat08:46
Bu yollarda tıxac var - SİYAHI
-
Dünya08:34
İranda bu da oldu: 15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə İCAZƏ VERİLDİ
-
Maraq dünyası07:35
Əfsanəvi qala ilə bağlı maraqlı faktlar: Bayıl qəsrinin sirri - VİDEO
-
Dünya01:55
Ukrayna Rusiyanın 400 "Şahed" PUA-sını saxladığı bazaya hücum etdi
-
Hadisə01:35
Qəzada ölən polis zabitinin FOTOSU