Nida Təhlil
İsrailli ekspert: “Aprel müharibəsi İsrailin qardaş ölkənin arxasında olduğunu göstərdi” – MÜSAHİBƏ
“İsrailin səsi” radiostansiyasının daimi şərhçisi,
İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət
təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış
ekspert Arye Qut Publika.az-a müsahibəsində İsrailin Baş naziri
Benyamin Netanyahunun Azərbaycana səfərini şərh edib.
- Bu səfər ikitərəfli münasibətlərə necə təsir
edəcək?
- İsrailin Baş nazirinin Azərbaycana səfərini yüksək
qiymətləndirirəm. Hesab edirəm ki, bu səfərlə ikitərəfli
münasibətlərdə yeni səhifə açılacaq. Bundan sonra siyasi,
hərbi-texniki əməkdaşlıq, həmçinin, iqtisadi əlaqələr daha da
güclənəcək. Aprel müharibəsi Azərbaycanın dostunun kim, düşməninin
kim olduğunu göstərdi. Sirr deyil ki, Azərbaycan-İsrail arasında
hərbi-texniki əlaqələr yüksək səviyyədədir və bu əlaqələr bundan
sonra da davam edəcək.
- Amerikada Donald Tramp prezident seçildi. O, İranla nüvə
proqramının ləğv olunmasını istəyir. Bunun fonunda İranın
Ermənistanla əlaqələri göz qabağındadır. Necə hesab edirsiniz,
İsrailin Baş nazirinin Bakıya səfəri regionda siyasi prosesləri
hansı məcraya yönəldəcək?
- Azərbaycan-İsrail əlaqələri heç vaxt üçüncü ölkəyə qarşı
yönəlməyib. İkitərəfli münasibətlərin başında çox yaxşı siyasi
dialoq dayanır. Həmçinin, güclü iqtisadi əlaqələr mövcuddur. Eyni
zamanda, iki ölkə arasında hərbi əməkdaşlığın inkişafı da yüksək
qiymətləndirilməlidir. İranla bağlı isə hər şey aydındır. Misal
üçün, Netanyahunun Azərbaycana səfərindən sonra İran prezidenti
Ermənistana səfər edəcək. Bunun özü Azərbaycanın dostunun kim
olduğunu sübut edir. Donald Trampın prezident seçilməsinə gəlincə,
deyə bilərəm ki, bu, həm İsrail, həm də Azərbaycan üçün önəmlidir.
Çünki bu günə qədər ABŞ administrasiyası nə Yaxın Şərqdə, nə də
Cənubi Qafqazdakı hadisələri düzgün qiymətləndirirdi. Tramp İsrail
dövlətinin və yəhudi xalqının böyük dostudur. Bunu hər zaman
söyləyir. İnanıram ki, Tramp İsrail-Azərbaycan münasibətlərinin
inkişafında da böyük rol oynayacaq.
Eyni zamanda, qeyd edim ki, ABŞ-da güclü yəhudi lobbisi fəaliyyət
göstərir. Son dövrlər Azərbaycanla yəhudi diasporunun sıx
əməkdaşlığı mövcuddur. Bu ilin 12 sentyabr tarixində Ümumdünya
Yəhudi Konqresinin prezidenti Ronald Lauder Bakıya səfər etmişdi.
Azərbaycan Prezidenti ilə yüksək səviyyəli görüşlər oldu.
Netanyahunun səfərindən sonra da bu əlaqələr inkişaf edəcək.
- İki ölkə arasında iqtisadi əlaqələri necə
qiymətləndirirsiniz?
- İqtisadi əlaqələr inkişaf edir. Həmçinin, İsrail Azərbaycana
iqtisadi baxımdan çox yardım edə bilər. Həm kənd təsərrüfatı, həm
səhiyyə, həm də digər sahələrdə İsrailin innovativ işləri
Azərbaycanda da tətbiq oluna və bəhrəsini verə bilər.
- Səfər çərçivəsində Fələstin-İsrail, o cümlədən Dağlıq
Qarabağ münaqişəsinin müzakirəsi də gözləniləndir. İki lider
münaqişələrin həllinə hansı töhfələri verə bilər?
- Aydındır ki, liderlər həm Dağlıq Qarabağ, həm də Fələstin-İsrail
münaqişələrini müzakirə edəcəklər. Onu deyə bilərəm ki, İsrail hər
zaman Azərbaycanın yanındadır, onun ərazi bütövlüyünü tanıyır və
bunu ən yüksək səviyyədə bildirir. Aprel müharibəsi də İsrailin
qardaş ölkənin arxasında olduğunu göstərdi. Məhz buna görə,
Ermənistanda anti-İsrail isteriyası yaranıb. Lakin buna baxmayaraq,
İsrail-Azərbaycan münasibətləri inkişaf edir. Yəhudi lobbisi də
Azərbaycanla bağlı məsələlərdə İsrailə dəstək verdiyi kimi dəstək
verir.
- Azərbaycan Fələstin-İsrail, İsrail də Qarabağ
münaqişəsinin həllində hansısa rol oynaya bilərmi?
- Bu bir qədər çətin məsələdir. İsrailin Qarabağ münaqişəsinin
həllində nəsə edə biləcəyi çətin olduğu kimi, Azərbaycanın da
Fələstin-İsrail münaqişəsində nəsə etməsi çətindir. Fələstin-İsrail
münaqişəsi bu günün yox, 60-70 ilin münaqişəsidir. Azərbaycan bu
regiona yaxın olsa da, təsir imkanları yoxdur. Hesab edirəm ki,
Azərbaycan-İsrail münasibətlərinin özünün inkişafı hər iki ölkənin
problemlərinin həllinə gətirib çıxara bilər.
Asif Nərimanlı
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO