Nida Təhlil
Tezliklə ərazilər azad olunacaq - Sarkisyan bağlı qapılar arxasında nə deyir?
“Hazırda Ermənistanda siyasi dairələrdən tutmuş, ictimai
məkanlara qədər hər yerdə ərazilərin Azərbaycana qaytarılacağı
haqqında danışırlar. Hələlik konkret heç nə yoxdur. Lakin görünən
odur ki, ərazilərin qaytarılması tezliklə baş verəcək”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq İqor
Muradyan deyib.
Ermənistanın birinci prezidenti, Erməni Milli Konqresinin lideri
Levon Ter-Petrosyanın rayonların qaytarılmasının vacibliyi haqqında
fikirlərini şərh edən Muradyan qeyd edib ki, Serj Sarkisyan da
sələfi kimi düşünür: “Lakin o, bu haqda bağlı qapılar arxasında
danışır. Petrosyanla Sarkisyanın Qarabağ məsələsində fikirləri
üst-üstə düşür.
Sual yaranır ki, birinci prezident niyə ərazilərin
qaytarılmasının tərəfdarıdır və bu fikir ondan sonrakı
prezidentlərin fikirlərində niyə əks olunur? Erməni cəmiyyəti öz
mövcudluğunu və böyük dövlətlərin maraqlarını dərk etməyi bacarmır,
ondan nə tələb olunduğunu anlamağa çalışmır. Ermənistan yazıq
mövcudluğunu sürüməyə davam edir və artıq müstəqilliyini itirməsi
ilə barışıb. Çətin ki, bundan sonra qaytara bilər. Ermənistan
rusların vassalı oldu və bunu açıq şəkildə hiss edir. Serj
Sarkisyan və Petrosyan da eyni əhval-ruhiyəni hiss edirlər. Onlar
çıxış yolunu axtarmağa ehtiyac görmürlər. Çünki hər ikisi
cəmiyyətin düşündüyünü düşünür. İndi ərazilərin qaytarılması
haqqında müzakirələr gedir və tezliklə bu baş tutacaq”.
İ.Muradyan ərazilərin qaytarılmasına heç kimin etiraz etməyəcəyini
deyir.
“Kim etiraz edəcək? Bəzi ermənilər etiraz edə bilərlər, lakin
rusların müstəmləkəsinə qarşı çıxa bilməyəcəklər”, - deyə o
bildirib.
Asif
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi