Nida Təhlil
Qarabağda şiddətli döyüşlər, Sarkisyanın yalvarışı, Putinin gəlişi və... FOTO
2016-cı ili başa vurduq. Bu il dünya üçün siyasi
kataklizimlərin yaşandığı dövr olaraq tarixə keçdi. Azərbaycanda
baş verən siyasi proseslər də öz çəkisi və əhəmiyyətliliyi
baxımından bu tarixin bir hissəsinə çevrildi. Xüsusilə Qarabağda
“aprel müharibəsi” və qazandığımız qələbə ilin bizim üçün uğurlu
tərəfləri ilə yadda qaldığını deməyə əsas verir.
Publika.az 2016-cı ildə Azərbaycanda baş verən siyasi
hadisələri təqdim edir.
“Dördgünlük müharibə” və Sarkisyanın
yalvarışları
1 aprel 2016-cı il: Azərbaycan Prezidenti İlham
Əliyev Vaşinqtonda səfərdə idi. Azərbaycan lideri bir sıra yüksək
səviyyəli görüşlərlə yanaşı, bu ölkənin dövlət katibi Con Kerri ilə
də görüşdü. Və ilk dəfə idi ki, Qarabağ münaqişəsi Ermənistan
prezident Serj Sarkisyan olmadan müzakirə edildi. Halbuki,
Ermənistan prezidenti də Vaşinqtonda idi.
Aprelin 2-də səhər saatlarında erməni diversiya qrupları
Azərbaycana qarşı təxribat hücumlarına başladı. Və tarixə
“dördgünlük müharibə” adı ilə düşən döyüşlər yaşandı.
Düşmən təxribatının qarşısını alan Azərbaycan Ordusunun əks həmləsi
nəticəsində“Lalətəpə” yüksəkliyi, Talış və ətrafdakı bütün
yüksəkliklər düşməndən azad edildi. Rəsmi məlumatlara görə,
işğaldan azad olunan ərazilərin ümumi həcmi 2 milyon
kubmetrdir.
Həmçinin, Lələtəpənin azad olunması Araz boyu istiqamətdə 10
kilometrlərlə məsafəni nəzarətdə saxlamaq, Füzulinin Horadiz və
Cəbrayıl rayonunun Cocuq Mərcanlı yaşayış məntəqəsində mülki
əhalinin təhlükəsizliyini təmin etmək imkanını da yaratdı.
Ermənistan tərəfinin xahişi ilə Rusiya atəşin dayandırılması üçün
vasitəçilik etdi və aprelin 5-də atəş dayandı. Bundan sonra
diplomatik danışıqlar dövrü başlandı:
Müharibədən sonrakı danışıqlar və qaytarılacaq
ərazilər
16 may, Vyana görüşü: aprel müharibəsindən sonra
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin XİN rəhbərləri,
həmçinin, münaqişə tərəfləri Vyanada görüşdülər. Bağlı qapılar
arxasında keçirilən görüşün detalları ictimaiyyətə açıqlanmadı.
Ümumi bəyanatlar qəbul edildi.
20 iyun, Sankt-Peterburq:növbəti görüşRusiyanın təşəbüsü
ilə Sankt-Peterburqda keçirildi. Bu dəfə danışıqların detalları
mediaya sızdı. Məlumata görə, Münaqişənin həlli “mərhələli həll”
planına uyğun həyata keçiriləcək. Bu plana görə, əvvəlcə 5 rayon
qaytarılır, daha sonra iki rayonun taleyinə baxılır. Dəhliz
məsələsi həll olunur, ardınca Dağlıq Qarabağın müvəqqəti statusu
müəyyənləşdirilir. Qaçqınların geri qayıdışı təmin olunur. Ən sonda
statusla bağlı referendum keçirilir.
Ermənistan tərəfi nə qədər təkzib etsə də, ərazilərin qaytarılması
məsələsinin gündəmdə olduğu məlum idi. Lakin sonrada Suriyada
müharibəsinin ön plana çıxması, həmçinin, İrəvanda keçmiş
döyüşçülərin qiyam etməsi danışıqların dalana girməsinə səbəb oldu.
İlin sonuna kimi müxtəlif cəhdlər olsa da, prezidentlərin görüşü
baş tutmadı. Hətta rəsmi Bakı Hamburqda görüşün keçirilməsini
istəsə də, qarşı tərəf qeyri-konstruktiv mövqe sərgilədi. Münaqişə
tərəfləri arasında ciddi hərbi toqquşma ilin sonuna kimi müşahidə
olunmadı. Bəzi atəşkəs pozuntularını, həmçinin, münaqişənin həlli
üçün danışıqların davam etdirilməsinə cədlərin edilməsini nəzərə
almasaq, proses dalandan çıxmadı.
Bakıya gələn ermənilər
Bu müddət ərzində Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün “Bakı prosesi”nə strat verdi. Bir sıra erməni hüquq
müdafiəçisi və jurnalist Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
konfrans keçirtdi və açıq şəkildə işğalçı Sarkisyan rejiminin
siyasətinə qarşı çıxdılar. Daha sonra Ermənistandan da bu prosesə
qoşulanlar oldu. İrəvan rejimi həmin şəxsləri nə qədər təqib etsə
də, bu, Ermənistan cəmiyyətində Qarabağın Azərbaycanın olduğunu və
Ermənistanın düşdüyü çətin vəziyyətin əsas səbəbinin məhz bu
münaqişə olduğunu düşünənlərin sayının çoxaldığını göstərir.
Putin və Ruhani Bakının qonağı oldu
Avqustda Azərbaycan üçün ən mühüm siyasi hadisə Rusiya prezidenti
Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin Bakı səfəri
oldu.
Bakıda üçtərəfli formatın yaradılması, həmçinin, “Şimal-Cənub”
nəqliyyat dəhlizinin başa çatdırılması kimi mühüm məsələlər
müzakirə olundu.
Üçtərəfli görüş həm də siyasi aspektdən diqqət çəkirdi.
Kreml regionda Azərbaycan, Türkiyə və İranın da
olduğu yeni birliyin mümkünlüyü tezisini irəli
sürür,Tehran Suriya məsələsində müttəfiq olduğu
Moskva ilə eyni cəbhədən çıxış edir, Bakı strateji
müttəfiqi olan Türkiyə ilə Rusiyanın əl tutuşmasından sonra bölgədə
baş verən geosiyasi dəyişikliklərin iştirakçısı olmağı
hədəfləyirdi.
Konstitusiyaya dəyişikliklər edildi
Sentyabr Azərbaycan üçün konstitusiyaya dəyişikliklərin edilməsi
ilə bağlı referendumun keçirilməsi ilə yadda qaldı. Lakin
referenduma qədər bir sıra daxili siyasi proseslər də yaşandı.
Müxalifət referenduma etiraz adı altında siyasi səhnədə görünməyə
başladı. Sentyabrın 11-də AXCP-nin liderliyi altında Milli Şura
“Məhsul” stadionunda aksiya keçirtdi. 17 sentyabrda eyniadlı aksiya
davam etdi. Heç bir aksiya baş tutmasa da, burada diqqət çəkən
nüans radikal dindarların siyasi meydana atılması oldu. Hər iki
mitinqdə “Allahu Əkbər” nidaları səsləndi. Lakin müxalifət iflasa
uğradı. Sentyabrın 26-da keçirilən referendumda Azərbaycan xalqı
konstitusiya dəyişikliyinə səs verdi: prezidentlin səlahiyyət
müddəti artırıldı, həmçinin, prezidentliyə (35-dən 25-ə) və
deputatlığa (25-dən 18-ə) yaş senzi aşağı salındı. Azərbaycanda
vitse-prezidentlik institutu yaradıldı. Bununla yanaşı, insan hüquq
və azadlıqlarının qorunmasında mühüm dəyişikliklər edildi.
Dailoq məkanı olan Azərbaycan
Sentyabr 29-da ayında Bakıda V Beynəlxalq Humanitar Forumu öz işinə
başladı. Forumda “Multikulturalizmin müxtəlif modelləri:
nəzəriyyədən humanist təcrübəyə doğru”, “İnsanların kütləvi
yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi
davamlı inkişafın əsası kimi”, “Jurnalistikanın informasiya dövrünə
transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin
edilməsində rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”,
“Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb
sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər”
Forumun müzakirə mövzuları olacaq. Bundan əlavə, “Texnologiyaların
konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas
çağırışları” kimi mövzular dünyanın müxtəlif yerlərindən dəvət
olunmuş ekspertlər tərəfindən müzakirə edildi.
“Hamımız qardaşıq” – Papanın səfəri
Oktyabrın 2-də isə Roma Papası Fransiskin Bakıya səfəri siyasi
gündəmdə əlamətdar hadisəyə çevrildi. “Hamımız qardaşıq” şüarı
altında baş tutan səgərdə Roma Papası Azərbaycandakı xristian
icması ilə görüşlər keçirtdi. Ölkəmizdəki tolerantlıq və
multikulturalizm mühitindən razılığını dilə gətirdi.
Bakıda münaqişələrdən danışan Papanın çıxışı xüsusilə diqqət çəkdi:
“Bu cür təhlükəli meyllərə qarşı qətiyyətlə mübarizə aparmaq üçün
sülh mədəniyyətini inkişaf etdirməliyik. Bu dialoqun aparılması
üçün bütün işlərə səbirlə yanaşmalıyıq. Bu gün ahəngdarlıqdan
söhbət gedirsə, dövlətlərarası əlaqələrdə də müdrik addımlar
atmalıyıq. Çalışmalıyıq ki, insanların azadlığı bərqərar edilsin.
Bu halda sülh təmin olunur. Azərbaycana gəlincə, səfərin ilk
dəqiqələrindən anladım ki, nə qədər insan qanlı münaqişədən əziyyət
çəkir. Arzu edirəm ki, beynəlxalq ictimaiyyət bunu daimi diqqətdə
saxlasın və yardım göstərsin. İstərdim ki, bölgədə sülh bərqərar
olsun. Arzu edirəm ki, həll variantı tapılsın, Tanrının yardımı ilə
dialoq və danışıqlar vasitəsi ilə Qafqaz regionunda münaqişələr
həllini tapsın. Qərblə Şərqin qovşağında sülh bərqərar olsun.
İstərdik ki, bu qapı hər zaman sülhün üzünə açıq olsun”.
Papa Prezident İlham Əliyevlə görüşdən sonra Şəhidlər Xiyabanına da
baş çəkdi.
“Yol xəritələri”
Bu il Azərbaycan iqtisadiyyatının inkişafı üçün dövlət başçısı
tərəfindən addımlar da diqqət mərkəzində oldu. Dünyadakı iqtisadi
problemlər obyektiv səbəblərdən Azərbaycan iqtisadiyyatına da
təsirsiz ötüşmədi. Lakin Prezident İlham Əliyevin rəhbərliyi
altında yaranmış vəziyyətdən çıxış istiqamətində mühüm addımlar
atıldı. Milli İqtisadiyyatın və iqtisadiyyatın əsas sektorları üzrə
yol xəritələrinin işlənib hazırlanması və tətbiqinə strat verilməsi
buna ən bariz nümunə hesab oluna bilər. Ekspertlər də bu addımların
bəhrəsini 2017-ci ildə hiss edəcəyimizi deyirlər.
19 il sonra bir ilk
Dekabrın 13-də İsrailin Baş naziri Benyamin Netanyahu Bakıya rəsmi
səfər gəldi. 19 il sonra baş tutan bir sıra aspektdən diqqət
çəkirdi. Xüsusilə ikitərəfli münasibətlərin inkişafı, iqtisadi
əlaqələrin artırılması, həmçinin, hərbvi sənaye sahəsində
əməkdaşlığın yüksəldilməsi kontekstində bu səfər olduqca
əhəmiyyətli idi. Səfər zamanı bir sıra ikitərəfli mühüm sənədlərə
imza atıldı, həmçinin, Dağlıq Qarabağ və İsrail-Fələstin münaqişəsi
müzakirə edildi. Netanyahunun səfəri Ermənistanı və İranı ciddi
şəkildə təşvişə saldı. İran Azərbaycanın israilə münasibətlərə lap
əvvəldən qarşı çıxır. Ermənistan isə aprel döyüşlərində İsrail
istehsalı olan silahların zərbəsindən hələ də ayıla bilməyib.
Azərbaycan və İsrail arasında hərbi müqavilələrin 5 milyard dollar
dəyərində olması isə düşmən ölkədə şok effekti yaratdı. Təsadüfi
deyil ki, Ermənistan mediası “Azərbaycan və İsrail Qarabağı
qaytarmağa hazırlaşır” manşetləri ilə çıxış etdilər.
Netanyahunun səfərindən bir gün sonra Rusiya Baş nazirini müavini,
hərbi-sənaye kompelksinin kuratoru Dmitri Roqozinin də səfəri
diqqət çəkdi. Bu səfər Bakının Rusiyanın Ermənistyana verdiyi
“İsgəndər”lərlə bağlı izahat vermək istəyindən, eləcə də Rusiya ilə
hərbi ticarət sahəsində əməkdaşlığı müzakirə etməsindən irəli
gəlirdi.
Ermənistanın son təxribatı
İlin sonuna iki gün qalmış Ermənistan hərbi birləşmələri
Azərbaycanla sərhəddə təxribata əl atdılar. Diversiya hücumu edən
düşmənin qarşısı Azərbaycan Ordusui tərəfindən qətiyyətlə alındı.
Ermənistan bir zabit və iki əsgərini itirdi. Azərbaycan Ordusunun
bir əsgəri itkin düşdü. Hazırda şəhid olmuş əsgərimizin cəsədinin
alınması istiqamətində iş aparılır. Bu Ermənistanın münaqişəsin
həllində maraqlı olmadığını bir daha nümayiş etdirdi.
İli yenə silahlı toqquşma ilə başa vurduq...
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR