Nida Təhlil
Regionu qanda boğacaq sui-qəsd qrupu, “SEKSUAL DOSYE” bəlası... - GÜNÜN SİYASİ XÜLASƏSİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son bəyanatları erməniləri qorxuya salıb. ABŞ ordusu “soyuq müharibə” illərindən sonra ilk dəfə Rusiya sərhədinə çatıb. “Kremlin seksual dosyesi” Trampın başına bəla olub. Erməni mediası isə Sarkisyanın da Trampın taleyini paylaşdığını iddia edir. Prezident seçilməsindən sonra keçirdiyi ilk mətbuat konfransında həm Donald Trampın, həm də ABŞ dövlət katibi postuna namizəd olan Reks Tillersonun Senatda keçirilən dinləmələrdə səsləndirdiyi bəyanatlar Rusiyanın gözləntilərini doğrultmadı.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin ötən
gün keçirilmiş iclasındakı yekun nitqində dediyi fikirlər
Ermənistanda ciddi qorxuya səbəb olub. Azərbaycan
prezidenti torpaqlarımızda ikinci qondarma erməni dövlətinin
yaranmasına icazə verilməyəcəyini açıqlayıb. Dövlət başçısı
Azərbaycanın ərazi bütövlüyünü istənilən vaxt hərbi yolla bərpa
edilə biləcəyini vurğulayıb.
Azərbaycan liderinin bu bəyanatları düşmən tərəfində ciddi
narahatlıq yaradıb. Ermənistan mediasının gündəmini təhlil edərkən
bunu aydın görmək mümkündür.
Erməni politoloq Serqey Minasyan bildirib ki, Qarabağda toqquşmalar
mümkündür: “Aprel müharibəsində Azərbaycan minlərlə hektar əraziyə
nəzarəti ələ aldı. Bu, onlar üçün böyük stimuldur və istənilən an
yeni müharibənin baş verməsi labüd görünür. Bu, Ermənistana yaxşı
heç nə vəd etmir”.
Erməni jurnalist Naira Ayrumyan hazırda Bakının əlinin güclü
olduğunu yazıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Qazaxıstan və Belarusun Ermənistana qarşı çıxmasının səbəbləri haqqında analiz hazırlayıb. Analizə görə, Astana və Minsk KTMT-yə erməninin baş katiblik etməsini istəmir.
“Stratfor”un məqaləsini şərh edən rusiyalı hərbi ekspert Pavel Felqenqauer hesab edir ki, KTMT-də erməni baş katibin olmasına əsas maneə Qazaxıstandır:
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Rusiyanın ABŞ-ın yeni prezidenti Donald Trampı etibardan
salan informasiyalara malik olması haqqında iddia gündəmdən düşmür.
“Buzfid” nəşri yazır ki, Rusiya xüsusi xidmət orqanları Trampın
fahişələri dəvət etdiyi “Ritz Çarlton” otelini dinləyiblər.
Məlumata görə, yeni prezident Rusiyaya səfərləri zamanı elit
fahişələrlə “eyş-işrət” məclisləri qurub.
Bu iddialardan sonra Ermənistan mediası “Rusiyada Sarkisyan
haqqında hansı məlumatlar var” sualını gündəmə gətirib.
“Armenianreport” saytında Razmik Akopjanyan imzası ilə yayımlanan
məqalədə deyilir ki, Sarkisyanın Rusiyanın bütün təlimatlarını
yerinə yetirməsi şübhələrə yol açır.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon söhbəti olub. Telefon söhbətində Suriya böhranının həlli və yanvarın 23-də Astanada baş tutacaq Suriya ilə bağlı danışıqlar müzakirə edilib.
Türkiyə prezidenti Beştəpədə kənd icra nümayəndələri ilə görüşündə deyib ki, birinci və ikinci dünya müharibələrindən sonra olduğu kimi, indi də yeni bir dünya qurmağa, Türkiyəyə də bir rol ayırmağa çalışırlar. “Birinci dünya müharibəsindən sonra bizim üçün hazırlanan kəfəni əvvəl Çanaqqala, ardınca İstiqlal Savaşımızla cırıb atmışıq. Hər fürsətdə qarşımıza maneələr qoymağa çalışırlar. Bunu bəzən terror, bəzən xaos, bəzən də qardaş qarşıdurması ilə etmək istəyirlər. Əsl mübarizəni terror təşkilatlarının arxasında olan güclərlə apardığımızı çox yaxşı bilirik”, - deyə prezident bildirib.
Türkiyənin “Takvim” qəzetinin yazarı Ergün Diler şok bir iddia ilə çıxış edib. Dilerin anonim mənbəyə istinadən irəli sürdüyü iddiaya görə, Türkiyənin İncirlik hərbi hava bazasına xüsusi qrup gətirilib.
“Keçdiyimiz günlərdə çox xüsusi bir qrup İncirliyə endi. Xüsusi təyyarə ilə gəldilər. Neçə nəfərin olduğunu dəqiq olaraq öyrənə bilmədim. Amma gəldilər. Gələnlər hərbi sui-qəsd qrupu idi”, - deyə o bildirib.
Yazarın sözlərinə görə, qrupun əsas vəzifəsi İraq-Suriya-Türkiyə üçbucağında səs-küy yaradan sui-qəsdlər həyata keçirməkdir. Diler qeyd edir ki, Türkiyə sərhədləri xaricində olan türklər də qrupun hədəfidir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
İstanbulda tutulan Fəthullahçı Terror Təşkilatının (FETÖ) üzvü Camal Bulut PKK terror təşkilatına sızan təhlükəsizlik və Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşlarının siyahısını PKK rəhbərlərinə göndərib. Bu haqda “Anadolu” agentliyi yazıb.
FETÖ-yə qarşı 7 vilayətdə keçirilən əməliyyatda aralarında təşkilatın “təhsil üzrə məsul şəxsi” olduğu iddia edilən Camal Bulutun da olduğu 27 şübhəli saxlanılıb. İstintaq zamanı Camal Bulutun PKK-ya sızan təhlükəsizlik və MİT əməkdaşlarının siyahısını Şimali İraqa gedərək PKK-nın liderlərinə verdiyi ortaya çıxıb. Onun Şimali İraqa FETÖ-nün “Şimali İraq nümayəndəsi” T. B. və “media üzrə məsul şəxsi” ilə getdiyi bildirilir.
Prezident Vladimir Putinin tapşırığına baxmayaraq, Rusiya Suriyadakı hərbi qruplaşmanı gücləndirir. Bu haqda iki yüksək vəzifəli Amerika məmuruna istinadən “Fox News” kanalı məlumat yayıb.
Mənbələr qeyd edir ki, Rusiya bu həftənin əvvəlində Xmeymim hərbi bazasına 4 Su-25 döyüş təyyarəsi yerləşdirib. “Fox News”un məlumatına görə, bazada 36 döyüş təyyarəsi və vertolyot var.
Həmsöhbətlər əlavə edib ki, Rusiya həmçinin Suriya ilə bağlanan müqavilə üzrə nəzərdə tutulandan əlavə hərbi qulluqçular göndərib. Burada Çeçenistan Respublikasından olan hərbçilər də daxildir. “Fox News”un mənbəyi Suriyaya göndərilən hərbçilərin sayını dəqiqləşdirməyib.
Xatırladaq ki, Rusiya prezidenti 2016-cı il dekabrın 29-da xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə görüşündə Suriyada Rusiya hərbi qüvvəsinin azaldılması ilə bağlı Müdafiə Nazirliyinin təklifini qəbul etdiyini bildirb.
“Suriya Respublikasında hərbi qüvvəmizin ixtisarı üzrə Müdafiə Nazirliyinin təklifi ilə razıyam”, - deyə Putin vurğulayıb.
Ukrayna mətbuatına müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski isə söyləyib ki, Müasir Rusiya faktiki olaraq Qızıl Orda, prezident Putin isə sonuncu xan kimi qalmaqda davam edir.
“Bu gün Rusiyanın parçlanmağa hazırlanması ilə bağlı ilk işartılar görünür. Uzaq Şərq və Sibir faktiki olaraq artıq çinlilərin koloniyasıdır. Şimali Qafqaz guya Rusiyanındırmı? Mənə görə, Rusiya orada müharibəni uduzub və indi Kadırova xərac ödəyir. Tatarıstan prezidenti iki həftə əvvəl bəyan etdi ki, “Moskvanı doyuzdurmağı dayandırın”. Rusiyanın parçalanmasını artıq heç cürə saxlamaq mümkün olmayacaq. Putin sonuncu Qızıl Orda xanıdır. Onun Ukrayna və Yaxın Şərqdəki bütün oyunları bu parçalanmanı təsdiq edir”, – politoloq bildirib.
Dünyanı qarışdıran şəxs agent çıxdı - Moskvada işləyib
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla əlaqədar gizli məlumatları ortaya çıxaran şəxs keçmiş ingilis agentidir. Bu haqda “Forbes” jurnalı yazıb.
Nəşrin yazdığına görə, 52 yaşındakı Kristofer Steel adlı keçmiş MI6 (İngiltərənin Xarici Kəşfiyyat Xidməti - red,) agenti hazırda Londonda “Orbis” adlı xüsusi təhlükəsizlik şirkətini idarə edir. Jurnal onun 1990-cı ildə İngiltərənin Moskva səfirliyində ikinci katib olaraq çalışdığını, ancaq kəşfiyyatda MI6 agenti olaraq tanındığını yazıb.
İlk dəfə CNN-nin ortaya atdığı xəbərə görə, rus səlahiyyətliləri Trampı şantaj edəcək məlumatlara sahibdir. İddiaya görə, Rusiya xüsusi xidmət orqanları Trampın fahişələri dəvət etdiyi “Ritz Çarlton” otelini dinləyiblər. Məlumata görə, yeni prezident Rusiyaya səfərləri zamanı elit fahişələrlə “eyş-işrət” məclisləri qurub.
Şərqi və Mərkəzi Avropanın 17 məşhur siyasətçisi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa açıq məktubla müraciət ediblər. Siyasətçilər Trampın Rusiya ilə yaxınlaşmasının böyük təhdid olduğunu bəyan ediblər. Onların fikrincə, Trampın Rusiya ilə yaxınlaşması Şərqi Avropada destabilizasiyaya səbəb olacaq.
ABŞ Senatı ölkə prezidenti Barak Obamanın adı ilə “Obamacare” adlandırılan səhiyyə islahatının ləğvi üzrə prosesin başlanmasına səs verib. 51 senator təklifin lehinə, 48-i əleyhinə səs verib.
Bundan sonra komitələr “Obamacare”nin ləğvi haqqında qanun layihəsini hazırlayacaq.
Xatırladaq ki, ABŞ-ın yeni seçilən vitse-prezidenti Mayk Pens yanvarın 4-də bəyan edib ki, Donald Trampın prezident vəzifəsində atacağı ilk addım "Obamacare" kimi tanınan icbari tibbi sığortanın ləğvi olacaq.
Putin üçün dəhşətli savaş başlayır: Kremli şoka salan BÖYÜK SAZİŞ
Prezident seçilməsindən sonra keçirdiyi ilk mətbuat konfransında Donald Trampın, həm də ABŞ dövlət katibi postuna namizəd olan Reks Tillersonun Senatda keçirilən dinləmələrdə səsləndirdiyi bəyanatlar Rusiyanın gözləntilərini doğrultmadı. Trampın seçkiqabağı kampaniyası zamanı Rusiya ilə bağlı vədlərə uyğun olaraq, Moskva Ağ Evin yeni administrasiyasından müsbət addımlar gözləyirdi.
Reks Tillerson Trampın seçilməsinə görə Moskvanın sevincinin əbəs olduğunu nümayiş etdirdi. Ağ Evin yeni sahibi bildirib ki, Klinton onun yanında “toya getməli” ola bilər. O, Putinlə Klintondan daha sərt ola biləcəyini vurğulayıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ABŞ ordusu “soyuq müharibə” illərindən sonra ilk dəfə Rusiya sərhədinə çatıb. ABŞ-ın hərbi qulluqçuları “Atlantika qətiyyəti” (Atlantic Resolve) əməliyyatı çərçivəsində Polşaya gəliblər.
Briqada ölkədə 9 ay qalacaq. Amerika hərbçiləri Avropa müttəfiqləri ilə birgə təlimlərdə iştirak edəcəklər. Briqada döyüş qrupunun tərkibinə 4 min hərbi qulluqçusu, 87 “Abrams M1A1” tankı, 18 “Paladin” özüyeriyən qaubitsası, 400-dən çox “Humwee” döyüş avtomobili, həmçinin 144 “Bradley” PDM-i daxildir.
ABŞ “soyuq müharibə”nin başa çatmasından bu yana Avropaya ən böyük hərbi qruplaşmasını göndərir.
Ötən gün Almaniyanın Bremerhaven limanından quruya çıxan hərbi kolon bu gün Rusiya sərhədinə çatıb. ABŞ hərbçiləri növbəti həftələrdə Baltikyanı ölkələrdə yerləşdiriləcək.
NATO-nun digər üzvləri olan İngiltərə, Kanada və Almaniya da Rusiyaya yaxın ölkələrə 1000 hərbçi göndərəcək. Bu birliklər gələn ay Polşa, Bolqarıstan, Rumıniya və Baltikyanı ölkələrə yerləşdiriləcək.
ABŞ hərbi qüvvələrinin Rusiya sərhədlərində yerləşdirilməsinə Moskvadan sərt reaksiya verilib. Kremlin sözçüsü Dmitri Peskov bunun Moskna tərəfindən hərbi təhlükə kimi qəbul edildiyini bildirib.
Ömər Dağlı
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...