Rusların böyük müharibəsi və “Amerikasız dünya” PLANI
Bizi izləyin

Nida Təhlil

Rusların böyük müharibəsi və “Amerikasız dünya” PLANI

Tramp seçkiöncəsi vədinə əməl edərək, ABŞ-ın qlobal müstəviyə qayıdışına başlayacaqsa, Rusiya çətin vəziyyətdə qala bilər.

Türkiyə, İran və Rusiyanın vasitəçiliyi ilə Astanada Suriya müxalifət nümayəndələrinin Bəşər Əsəd qüvvələri ilə danışıqlar aparması Moskvanın “Amerikasız dünya” xəyalının təcəssümü idi. Astana danışıqlarında Birləşmiş Ştatları yalnız Qazaxıstandakı səfiri təmsil edirdi. Lakin Tramp seçkiöncəsi vədinə əməl edərək, ABŞ-ın qlobal müstəviyə qayıdışına başlayacaqsa, Rusiya çətin vəziyyətdə qala bilər.

Publika.az xəbər verir ki, Rusiyanın gazeta.ru saytı yeni dünya düzənində ABŞ-Rusiya qarşıdurmasını şərh edib.

“Amerikasız dünya” xəyalı

Donald Tramp Ağ Evə köçən kimi seçki kampaniyasında verdiyi vədləri bir-bir yerinə yetirməyə başladı: “Trans-Sakit Okean Əməkdaşlıq” Sazişindən çıxdı, Meksika ilə sərhəddə divar hörməklə bağlı qərar imzaladı.

İndi onun ABŞ-ın “dünya liderliyi”ni təkrar gözdən keçirməyi qalır. Bu konsepsiya SSRİ-nin dağılmasından sonra Amerika siyasətində qeyd-şərtsiz əsas istiqamət idi. Obama bunun qeyri-mümkünlüyünü elan etsə də, dolayısı ilə dünya münaqişələrində yaxından iştirak edirdi. İndi Tramp gəlib və bunu açıq şəkildə bəyan edir.

İran, Türkiyə və Rusiyanın təşkil etdiyi Astana danışıqları isə “Amerikasız dünya” xəyallarına doğru ilk addım hesab oluna bilər.

Kremlin sözçüsü Dmitri Peskov bildirdi ki, Astana danışıqları böyük uğurdur.

“Doğrudur, Suriya üzrə əsas danışıqlar Cenevrədə aparılır. Lakin orada müəyyən maneələr yarandı. Hesab edirik ki, Astana danışıqları Cenevrə müzakirələri çərçivəsində prosesin yenilənməsinə kömək edəcək”, - deyə o bildirdi.

Astana danışıqlarında heç bir nəticə əldə olunmadı, Suriya müxalifəti yekun sənədi imzalamaqdan imtina etdi və Əsədin gedişi ilə bağlı israrlarını qüvvədə saxladılar.

Bunun fonunda İran da Suriyada atəşkəsi pozmaqda davam edir və qoşunlarını bu ölkədən çıxarmaqdan qəti sürətdə imtina edir. Tehran həmçinin, Rusiyanın mövqeyinin əksinə olaraq, amerikalı diplomatları Suriyada danışıqlar prosesinə buraxmamağa çalışır.

Amerika nə edəcək?

İlk dəfədir ki, Birləşmiş Ştatların xarici siyasət sükanında biznesdən gələn insanlar əyləşir: Prezident Tramp və dövlət katibi Reks Tillerson. Gözləmək olar ki, Amerika dünya problemlərinə soyuq yanaşacaq. Bu 30-ci illərin “Böyük depressiya”sından sonra belə olmuşdu və ABŞ dünya müharibəsindən kənar qalmağı üstün tutdu.

Beləliklə, bu gün də Amerikanın “dünya polisi” olmaq istəyini arxa plana keçirəcəyini ehtimal edə bilərik. Çin də həmçinin, ənənəvi izolyasiya siyasətini seçərək, özü üçün əhəmiyyətli olan ölkələrə investisiya yatırmaq istiqamətini seçir və daha çox “yumşaq güc”lə hərəkət etməyə üstünlük verir. Pekin başqalarının işinə müdaxilə üçün alışıb-yanmadığı kimi, öz işlərinə də qarışılmasını sevmir. Nəticədə, böyük oyunçulardan meydanda yalnız Rusiya qalır. Bu ssenarinin olması mümkündür, lakin belə olanda dünyanı idarə etmək daha çətin ola bilər.

Rusiyaya qarşı yəqin ki, sanksiyalarla yanaşı, müharibənin ola biləcəyi də mümkündür. Lakin burada başqa məsələlər də var.

III Dünya müharibəsi

Böyük ölkələrin yeni dünya nizamının formalaşdırılması niyyətləri var və bunu gizlətmirlər. Bu, ehtimal ki, III Dünya müharibəsinə gətirib çıxara bilər. Lakin o da məlumdur ki, Çin, ABŞ və Rusiya bir-birinə qarşı nüvə silahını tətbiq etməyəcək. Burada çətinlik başqadır: İŞİD kimi terror qrupları onlara qarşı mübarizə aparılmadığını görəndə daha da irəliləyəcək, hətta “vahid islam xilafəti” yaratmaq cəhdlərini edəcək. Bununla yanaşı, Şimali Koreya da problemlər yarada bilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm