Apreldə açılacaq SİRR, Bakıdan MÜHARİBƏ HAZIRLIĞI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Apreldə açılacaq SİRR, Bakıdan MÜHARİBƏ HAZIRLIĞI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Mütəmadi olaraq baş verən qarşıdurmanın hər an qızğın mərhələyə keçəcəyi gözləniləndir.

Mübariz İbrahimovun doğum günündə Çingiz Qurbanova "Milli Qəhrəman" adı verildi. Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanı münasibətləri çətinləşdirməməyə çağırıb. Kiyevdə fevralın 20-sinə genişmiqyaslı etiraz aksiyaları təyin edilib. Yəməndə ordu qüvvələrinə qarşı vuruşan Husilər Səudiyyə Ərəbistanının paytaxtını ilk dəfə ballistik raketlə vurub. İranın dini lideri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın təhdidlərinə cavab verib.

Bu gün Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə Sərəncam imzalayıb.

Ç.Qurbanov ötən il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Ç.Qurbanovun cəsədi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Şəhid Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.

Əraziləri qaytarmağa hazır olan eks-prezident GERİ DÖNÜR: Qarabağ sirləri açılacaq

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan aprelin 2-də keçiriləcək parlament seçkilərinə “Erməni milli konqresi” və Ermənistan Xalq partiyalarının (EMK-EXP) birgə yaratdığı koalisiyaya rəhbərlik edəcək.
Bu barədə “Erməni milli konqresi” partiyasının sədr müavini Levon Zurabyan deyib. Onun sözlərinə görə, namizədlər siyahısında birinci yerdə Petrosyanın, ikinci yerdə isə Xalq partiyasının sədri Stepan Dəmirçyanın adı olacaq.

Petrosyanın müavini əlavə edib ki, seçkidə onlar üçün ideologiya əsas olacaq.

“Biz Ermənistan ətrafında, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənləri təhlil edirik və görürük ki, bu məsələdə biz nəhayət xalqa həqiqəti deməyə məcburuq. Biz həmçinin, seçkiqabağı proqramda da bu məsələni əsas seçmək istəyirik”, - deyə o bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna Donetskdə separatçılara qarşı yeni müharibəyə hazırlaşır. Mütəmadi olaraq baş verən qarşıdurmanın hər an qızğın mərhələyə keçəcəyi gözləniləndir. Müharibə gözləntisi fonunda Ukraynanın Azərbaycandan silah almaq istəyi də diqqət çəkir. O da qeyd olunmalıdır ki, Bakı və Kiyev separatçılara qarşı mübarizədə birgə hərəkət etmək niyyətindədir.

A.Mişenkonun sözlərinə görə, Azərbaycan və Ukrayna Donetskdən və Dağlıq Qarabağdan gələn mallara qadağa qoyulması ilə bağlı razılaşıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Belarus Ali Məhkəməsi isə Azərbaycanın işğal altında olan torpaqlarına qeyri-qanuni səfər edən bloqger Aleksandr Lapşının Azərbaycana ekstradisiyası ilə bağlı məsələyə baxıb. Məhkəmə A.Lapşının şikayətini təmin etməyib. Ali Məhkəmənin yarım saat davam edən iclasına A. Lapşın qatılmayıb. İclasın qərar elan olunan hissəsində onun şikayətinin rədd edildiyi açıqlanıb.

Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A.Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib.

A.Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A.Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib.

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanı münasibətləri çətinləşdirməməyə çağırıb. Minskdə Rusiyanın Kostroma vilayətinin qubernatoru Sergey Sidnikovla görüşən Lukaşenkonun sözlərinə görə, Rusiya tərəfi münasibətləri çətinləşdirə biləcək hərəkətlərə təşəbbüs edir. Belarus prezidenti həmçinin Moskvanı inandırmağa çalışıb ki, Minsk Qərbə “dönməyə” hazırlaşmır və Moskva onun əsas partnyoru olaraq qalır.

“Bəlkə, həqiqətən də Rusiyada Belarusu itirməkdən qorxurlar? Biz Avropaya nə ilə gedəcəyik? Onlar avtomobil və dəzgahları istehsal edirlər, nefti yenidən emal edirlər. Və onlarda keyfiyyət iki dəfə çoxdur. Orada Lukaşenkoya qucaq açıb gözləyirlər? Məni heç kim gözləmir”, - deyə son zamanlar Belarus və Rusiya arasında münasibətlərin soyumasını şərh edən Lukaşenko deyib.

Prezident vurğulayıb ki, Belarus-Rusiya mübahisələrinin məntiqini anlamır: “Heç olmasa, kimsə izah edərdi ki, məsələ nədir? Cavab yoxdur, səbəbini tapmağı bacarmıram”.

Türkiyə, Rusiya və İranın liderliyi ilə fevralın 6-da Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya üzrə toplantıda İŞİD, “Fəth əl-Şam” və loyal müxalifətin olduğu bölgələr xəritə üzərində ayrılıb. Bu haqda toplantının nəticələri ilə bağlı “Rossiya 24” kanalına müsahibə verən Rusiya nümayəndə heyətinin başçısı Stanislav Gacimaqomedov deyib.

Azad Suriya Ordusuna bağlı qrupların Hələb və İdlibdə “Fəth əl-Şam”a qarşı döyüşdüyünü deyən rusiyalı səlahiyyətli bildirib ki, bunun Suriyanın cənub və mərkəzi bölgələrində də etmək lazımdır. O, Astanadakı toplantıda Suriya konstitusiyasına aid müzakirələrin aparılmadığını bildirib.

Rusiya, İran və Türkiyənin Astanada keçirəcəyi növbəti toplantının 15-16 fevral tarixlərində keçirilməsi planlaşdırılır. Cenevrə görüşü isə fevralın 20-də təşkil ediləcək.

Beynəlxalq Əfv Təşkilatı Suriyada həlak olan insanlarla bağlı hesabat hazırlayıb. Hesabat 2011-2015-ci illəri əhatə edir.

Hesabatda qeyd olunur ki, 2011-ci ilin noyabr ayından 2015-ci ilədək olan müddətdə Suriyada yerləşən gizli həbsxanalarda 13 min insan öldürülüb: “Öldürülən insanların əksəriyyəti Suriyada müxalifətə dəstək verən vətəndaşlar olub”.

Hesabatda deyilir ki, hər həftə Suriyanın Saydnaya hərbi həbsxanasında insanların kütləvi şəkildə edamları həyata keçirilir: “Bu cür edamlar Bəşər Əsəd hərbiçiləri tərəfindən edilir. Bu məsələ ilə bağlı beynəlxalq təşkilatlar Əsəd hökumətinə dəfələrlə xəbərdarlıq etsə də, ancaq müraciətlər müsbət nəticə verməyib”.

Yəməndə ordu qüvvələrinə qarşı vuruşan Husilər hökuməti dəstəkləyən Səudiyyə Ərəbistanının paytaxtını vurub. İran tərəfindən dəstəklənən Husilər Ər-Riyadda yerləşən hərbi bazanı ballistik raketlə hədəf alıb.

Husilər həmçinin Ər-Riyada yeni zərbələr endirə biləcəyini açıqlayıb. Qiyamçılara bağlı SABA agentliyi Ər-Riyadda vurulan Əl-Mazahmiya bazasının Yəmənin paytaxtı Sanadan təxminən 1000 kilometr uzaqlıqda olduğu yazıb.

Ərəb KİV-i Ər-Riyada atılan raketin keçmiş SSRİ istehsalı “Scud” raketlərinin bənzəri olan “Borkan-1” tipli olduğunu və Yəməndə hazırlandığını yazıb.

İranın dini lideri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın təhdidlərinə cavab verib.

“Tramp “məndən qorxmalısınız” deyir. Xeyr. İran xalqı 10 fevralda (İran İslam İnqilabının ildönümü) onun sözlərinə cavab verəcək və bu cür təhdidlərə qarşı mövqeyini göstərəcək. Hansısa düşmən İran xalqını qorxuda bilməz”, - deyə o bildirib.

Qeyd edək ki, fevralın 10-da 1979-cu ildə baş vermiş İran İslam İnqilabının 38-ci ildönümüdür.

Kiyevdə fevralın 20-sinə genişmiqyaslı etiraz aksiyaları təyin edilib. Ukraynanın “Vesti” nəşrinin məlumatına görə, müddətsiz aksiyalarda banklar tərəfindən aldadılmış əmanətçilər, kiçik biznes federasiyaları və radikal sağçı təşkilatların, həmçinin “Hajdak” hərəkatı və "Ukrayna xalq özünümüdafiəsi" Ümumukrayna ictimai təşkilatının (UNA-UNSO) millətçi döyüşçüləri iştirak edəcəklər.

“İndiki hökumət Ukraynanın bütün tarixi üçün ən iyrənc hökumətdir. Əgər hakimiyyət 20-ci parlamentdə yeni seçkilərə getməsə, qətiyyətli hərəkətlər olacaq”, - deyə “Najdak” hərəkatının lideri Nikolay Dulskiy söz verib.

O əlavə edib ki, Ali Radadakı mövcud parlament koalisiyası sıfır reytinqi olan güclər tərəfindən yaradılıb və qanunsuzdur.

İsraillə ABŞ-ın Ərdoğanı devirmək üçün ŞOK PLANI - Yeni metod işə salındı

Ankara Böyükşəhər Bələdiyyə başçısı Melih Gökçek Türkiyənin Çanaqqala vilayətində dünən və bu gün baş verən zəlzələlərlə əlaqədar maraqlı bir iddia irəli sürüb. Bələdiyyə başçısının sözlərinə görə, İstanbul ətrafındakı zəlzələlərlə Türkiyə iqtisadiyyatını çökdürmək istəyirlər.

Onun sözlərinə görə, Çanaqqalada baş verən zəlzələlər hökuməti devirməyə çalışan “xarici güclər”in işidir. Gökçek Türkiyə Silahlı Qüvvələri başda olmaqla, səlahiyyətliləri Egey dənizində təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.

Qeyd edək ki, bu, bələdiyyə başçısının ilk analoji bəyanatı deyil. Melih Gökçekötən ilin oktyabr ayında Habertürk TV-yə müsahibəsində ABŞ və İsrail gəmilərinin Türkiyədə zəlzələ yaratmaqla məşğul olduğunu deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında bu gecə yerli vaxtla saat 00:05-də telefon danışığı olacaq. Telefon danışığının 55 dəqiqə davam edəcəyi qeyd edilib.

Rusiya prezidenti Vladimir Putin “Türk axını” qaz kəməri layihəsi üzrə Türkiyə ilə imzalanan razılaşmanın təsdiqi haqqında qanunu imzalayıb. Sənəd rəsmi internet portalında dərc edilib.

Qeyd edək ki, “Türk axını” qaz kəməri layihəsi 2015-ci ilin noyabrında təyyarə böhranından sonra təxirə salınsa da, iyul ayından yenidən gündəmə gəlib. Layihə haqqında razılaşma 2016-cı il oktyabrın 10-da İstanbulda imzalanıb. Layihə 13,6 milyard avroya başa gələcək.

Qaz kəmərinin 30 dekabr 2019-cu ilə qədər istismara verilməsi planlaşdırılır.

Əfqanıstanın paytaxtı Kabildə Konstitusiya Məhkəməsinin avtoparkında kamikadze hücumu təşkil edilib.

Kamikadze iş gününün sonunda məhkəmə binasından çıxan işçiləri hədəf seçib.

Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri terror aktı nəticəsində 25 nəfərin öldüyünü, 45-nin isə yaralandığını açıqlayıb. Hələ heç bir terror qruplaşması hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm