Nida Təhlil
Putin göstəriş verdi: “Ərazilər mütləq Azərbaycana qaytarılacaq”
“Ermənistanda parlament seçkilərində iştirak edən demək
olar ki, bütün partiyalar ərazilərin Azərbaycana qaytarılması
mövqeyini dəstəkləyir”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq İqor
Muradyan çıxış edib.
Onun sözlərinə görə, seçkidə iştirak edənlər sözdə alternativ
siyasətçilər hesab oluna bilərlər: “Lakin əksəriyəti, bəlkə də
bütün hamısı ərazilərin Azərbaycana qaytarılması məsələsinə
razıdır. Bu məsələ Rusiyanın Ermənistana tələbi kimi gündəmdədir.
Siyasi partiyalar çox şey danışa, nələrsə vurğulaya bilər. Lakin
Rusiyadan gələn göstəriş qəbul edilib və əslində, məsələnin
gizlədilən tərəfi də budur”.
Muradyan qeyd edib ki, Cənubi Qafqazda Azərbaycan Rusiyanın
tərəfdaşıdır: “Ermənistan isə daha çox idarə edilən dövlətə
çevrilib. Rusiya “broker” kimi fəaliyyət göstərir, lakin faktiki
olaraq, Azərbaycanın maraqlarını müdafiə edir. Buna görə də
Azərbaycan Moskvanın strateji və siyasi tərəfdaşıdır, eləcə də
Rusiyadan silah alıcısıdır”.
Erməni politoloq bildirib ki, Ermənistanda siyasi partiyaların
Rusiyanın istəyini təmin etməkdən başqa heç bir seçimi yoxdur.
“Bu parlament seçkilərindəki mübarizədə ən mühüm amildir.
Ərazilərin Azərbaycana qaytarılması ideyasını Levon Ter-Petrosyan
açıq şəkildə irəli sürür. Hansı ki, bu, yeni deyil, hələ 1988-ci
ildən etibarən o, vəzifəsinə sadiqdir. Azərbaycana ərazilər
qaytarılacaq, hətta Dağlıq Qarabağ rəhbərliyi (işğal edilmiş
ərazilərdə yaradılan qondarma “DQR” rejimi-red) də razılaşacaq və
deyiləni yerinə yetirəcək. Heç bir əks fikir ola bilməz”, - deyə
erməni politoloq qeyd edib.
Asif
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...