Nida Təhlil
İlham Əliyevlə Nazarbayevin Qarabağ planı: İrəvanı qorxuya salan SÜRPRİZ
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana
səfəri Ermənistanda ciddi təşvişə səbəb olub.
Publika.az xəbər verir ki, “lragir” saytı “İlham Əliyevlə
Nazarbayev Ermənistan üçün yeni sürpriz hazırlayır” deyə yazıb.
“Ötən il Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfər
etdi. Bunun ardınca Qarabağa səfər etmiş Lapşin Bakıya təhvil
verildi. Nazarbayevin Bakı səfərindən sonra da Ermənistan üçün yeni
sürprizlərin olması mümkündür. Qazaxıstan prezidenti Avrasiya
İqtisadi İttifaqının Astana sammitində İlham Əliyevin məktubunu
oxuyaraq, Sarkisyanı pis vəziyyətə salmışdı. İndi əsas sual
belədir: Əliyev və Nazarbayev bu dəfə Ermənistan üçün hansı
sürprizi hazırlayır?”, - deyə sayt qeyd edib.
Sayt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ötən
ilin 14 oktyabrında İrəvanda keçirilən iclasını xatırladaraq qeyd
edir ki, Nazarbayev həmin vaxt Ermənistana gəlməkdən imtina etdi:
“Buna səbəb kimi onun xəstəliyi əsas gətirildi. Nazarbayev
gəlmədiyi üçün iclasda KTMT-yə erməni baş katibin təyin edilməsi
təxirə salındı. KTMT-yə erməni baş katibin təyinatı ötən ilin
dekabrında keçirilən iclasda olacaqdı. Lakin Lukaşenko gəlmədiyi
üçün məsələ yenə təxirə düşdü. İndi gözlənilir ki, erməni baş katib
KTMT-nin apreldə keçiriləcək sammitində təyin oluna bilər.
Mümkündür ki, bu təyinatın olmaması üçün Əliyevlə Nazarbayevin
hansısa planı var”.
Qeyd edək ki, Ermənistan KTMT-yə erməni baş katibin təyin olunması
ilə təşkilatın xüsusilə Qarabağ məsələsində dəstəyini qazanmaq
istəyir. Ötən il baş vermiş “aprel müharibəsi”ndə Qazaxıstan və
Belarus açıq şəkildə Azərbaycanın mövqeyindən çıxış etdikləri üçün
Ermənistan KTMT-nin dəstəyindən məhrum oldu. Rəsmi Bakı
Ermənistanın dəstək ala biləcəyi qaynaqları kəsməklə, İrəvanın
Dağlıq Qarabağ və digər ərzilərdə işğal siyasətinə son qoymağa
çalışır.
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR