“Ölüm komitəsi”ndən PREZİDENTLİYƏ, Kreml üçün YENİ DÜŞMƏN... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

“Ölüm komitəsi”ndən PREZİDENTLİYƏ, Kreml üçün YENİ DÜŞMƏN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiyalı politoloqlar Ermənistandakı seçkilərin nəticələrinin Qarabağ münaqişəsinin nizama salınması prosesinə təsirini şərh ediblər. Ermənistanda parlament seçkilərindən sonra İrəvan mer postu uğrunda siyasi intriqalar qızışıb. Bu günlərdə beynəlxalq gündəmin əsas mövzularından biri Suriyanın İdlib vilayətində kimyəvi silah hücumu nəticəsində çoxsaylı insanın ölümü və zəhərlənməsidir. Suriya prezidenti Bəşər Əsədin özü isə ölkəsində baş verənlərə görə Avropa ölkələrini günahkar sayıb. İranda mayın 19-da keçiriləcək prezident seçkilərində mühafizəkarların namizədinin kimliyinə aydınlıq gəlib.

Ermənistanda keçirilən parlament seçkilərində Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası qalib gəldi. 49,12 faiz səs toplayan hakim partiya yeni hökuməti təkbaşına quracaq. İndi əsas suallardan biri seçkinin nəticələrinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinə necə təsir edəcəyi ilə bağlıdır.

Rusiyalı politoloqlar Ermənistandakı seçkilərin nəticələrinin Qarabağ münaqişəsinin nizama salınması prosesinə təsirini şərh ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanda parlament seçkilərindən sonra İrəvan mer postu uğrunda siyasi intriqalar qızışıb. “Qraparak” qəzeti baş nazir Karen Karapetyanın öz adamının mer postunda gətirmək istədiyini yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu günlərdə beynəlxalq gündəmin əsas mövzularından biri Suriyanın İdlib vilayətində kimyəvi silah hücumu nəticəsində çoxsaylı insanın ölümü və zəhərlənməsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib ki, dünya Suriyada insanlığa qarşı törədilən cinayətə görə cavab verməlidir. O, Suriyada öldürülən dinc sakinlərin qanının qatil Əsədin əllərində olduğunu bildirib:

“Bir müddət əvvəl Suriyanın şimalında təşkil edilən kimyəvi hücum nəticəsində 100-dən çox insan həlak olub. 50 uşaq hücumun qurbanı olub. Onların qanı qatil Əsədin əllərindədir. Biz bu hücum nəticəsində yaralanan şəxslərə lazımı yardımları edirik. Bu regiondakı qanlı planların əsas hədəfi Türkiyədir. Türkiyəni küncə sıxışdırmaq istəyirlər”.

ABŞ vitse-prezident Maykl Pens “Foks Nyus” kanalına deyib ki, İdlibdə həyata keçirilən kimyəvi hücumdan sonra bütün variantlar müzakirə olunub. O, hücuma görə Dəməşq rejimini ittiham edib. “Rusiya daha əvvəl də Əsədin kimyəvi silahdan istifadə etməməsini istəmişdi. Ancaq göründüyü kimi, Əsəd qulaq asmadı. Keçmiş Prezident Barak Obama 2012-ci ildə “Əsədin öz xalqına qarşı kimyəvi silahdan istifadə etməsi qırmızı xətti keçməkdir və onun bu addımı cəzasız qalmayacaq”, - demişdi. Ancaq görürük ki, Obamanın hər hansı bir qırmızı xətti yox imiş”, - Pens bildirib.

Suriya prezidenti Bəşər Əsədin özü isə ölkəsində baş verənlərə görə Avropa ölkələrini günahkar sayıb. Xorvatiyanın “Veçerni List” qəzetinə müsahibə verən Əsəd bildirib ki, Avropa ölkələri terrordan xilas olmaq istəyirlərsə, Suriyada quldur dəstələrinə dəstək göstərməkdəm imtina etməlidir.

“Əgər siyasi düşmənçilik mövcuddursa, terrorizmlə mübarizə üzrə əməkdaşlıqlar ola bilməz”, - Əsəd vurğulayıb.

Suriya ordusunun Rusiya, İran və “Hizbullah”ın dəstəyi ilə böyük uğurlar qazandığını deyən prezident qeyd edib ki, hazırda ölkədə 100 mindən çox terrorçu var. “Bizim qələbə qazanmaqdan başqa yolumuz yoxdur. Əks halda, Suriya Yaxın Şərqin xəritəsindən silinəcək”, – deyə Bəşər Əsəd vurğulayıb.

Rusiyanın Rostov-Don şəhərinin mərkəzində partlayış baş verib. Hadisəyə səbəb bir kişinin yerdən götürdüyü və fənərin altında gizlədilən partlayıcı qurğu olub. Fənərin qoşulması nəticəsində partlayış baş verib. Partlayış nəticəsində kişinin barmağı qopub və qarın boşluğundan yaralanıb.

Sankt-Peterburq metrosunda qatarının partladılması və “Ploşad Vosstaniya” stansiyasında bombanın qoyulması İŞİD terror təşkilatında hazırlıq keçmiş şəxs tərəfindən edilib. Bu haqda Fontanka.ru saytına xüsusi xidmət orqanlarından bildirilib.

“Stratfor” analitik şirkəti hesab edir ki, Rusiya üçün Sankt-Peterburq teraktının günahkarlarının cihadçılar olması həyəcanverici perspektivdir. “Bu, Kreml üçün yeni və tanış olmayan düşməndir. Rusiya öz daxilindəki ənənəvi terror şəbəkələri ilə mübarizədə böyük təcrübəyə sahibdir. Lakin Moskva xaricdən gələn bu cür yeni təhdidlərlə bacara bilmir. Əgər terakt Rusiyanın Suriyadakı fəaliyyətinə görə İŞİD-in cavabı olsa, o zaman Moskva özünün bu ölkədəki hərbi kampaniyasını yenidən nəzərdən keçirməli olacaq”, – deyə şirkət bildirib.

Sankt-Peterburq metrosunda baş verən partlayışdan zərərçəkəblərdən biri də Belarus prezidenti Aleksandr Lukaşenkodur. O, “Mir” teleradio şirkətinə müsahibəsində deyib ki, partlayış fonunda enerjidaşıyıcısılar haqqında Rusiya ilə mübahisələr ikinci plana keçib.

“Belarus və Rusiya münasibətlərində çoxlu ziddiyyətlər və problemlər var. Və biz görüşə hazırlaşırdıq (terror aktının baş verdiyi gün – aprelin 3-də Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburqa getmişdi –red.). Elə həmin anda terror aktı baş verdi və yaşadığımız bütün bu problemlər arxa plana keçdi. Biz bu görüşdə problemləri qətiyyətlə mübahisə etməyə tam hazır idik”, - Lukaşenko bildirib.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş verən terror aktında 14 nəfər ölüb, 50-dən çoxu yaralanıb.

Təhlükəsizlik məsələləri üzrə Kiyev forumunda çıxışı zamanı Ukrayna prezidenti Pyotr Poroşenko deyib ki, Rusiya 2018-ci il prezident seçkilərinin yaxınlaşması ilə daxili problemlərdən diqqəti yayındırmaq üçün Ukraynaya qarşı təcavüzünü genişləndirəcək. “Kreml 2018-ci il prezident seçkilərinə hazırlaşır. O zəif yerlərini gizlətmək üçün daha da təcavüzkar olur. Rusiya kvazidövlətlərin yaradılmasına qədər irəli getməklə Donbasda öz taktikasını dəyişdirib. O dissidentləri susmağa məcbur etmək üçün Krımda repressiyaları gücləndirir”, - Poroşenko bildirib.

Avropa Parlamenti Ukrayna vətəndaşlarının Avropa Birliyinə üzv olan ölkələrə vizasız gediş-gəlişini nəzərdə tutan qanun layihəsini qəbul edib. Qanun bu ilin iyunundan qüvvəyə minəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Tramp Suriya üzrə hərbi planlarını Rusiya lideri Vladimir Putinlə müzakirə etmək niyyətində deyil. Bunu Donald Trampın özü “The New York Times” nəşrinə müsahibəsində deyib.

“Mən hərbi planda etdiklərim haqqında heç vaxt danışmıram. Mən neçə illər ərzində belə yanaşmaya qarşı çıxırdım”, - Tramp bildirib.

Daha əvvəl isə ABŞ prezidenti Suriyanın İdlib vilayətində kimyəvi silah hücumu haqqında informasiyanı şərh edib. O, hücum nəticəsində çoxsaylı insanın ölümünə görə məsuliyyəti Suriya prezidenti Bəşər Əsədin üzərinə qoyub və bildirib ki, kimyəvi silahdan istifadə onun Suriya liderinə olan münasibətini dəyişdirib.

Tramp həmçinin qeyd edib ki, Əsədin “dəhşətli hərəkətləri” onun sələfi Barak Obama administrasiyasının zəif siyasətinin nəticəsidir.

İŞİD və başqa terror qruplaşmaları Əfqanıstanda yeni müharibə meydanını yaratmağa çalışır. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib:

“İŞİD və başqa terror qruplaşmaları Əfqanıstan, həmçinin mərkəzi, cənubi və cənubi-şərqi Asiyada yeni müharibə meydanlarını yaratmağa çalışırlar”

"Moskva hesab edir ki, Şərqi Qüds Fələstin dövlətinin, Qərbi Qüds isə İsrailin paytaxtı olmalıdır”. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Şərqi Yerusəlimin Fələstin dövlətinin paytaxtı kimi müəyyən edilməsi də daxil olmaqla nizamlanmanın prinsipləri haqqında BMT qərarlarına sadiq olduğumuzu bildiririk. Eyni zamanda bəyan etməyi zəruri hesab edirik ki, bu baxımdan Qərbi Qüds İsrail dövlətinin paytaxtı qismində nəzərdən keçirilməlidir”, - bəyanatda bildirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İranda mayın 19-da keçiriləcək prezident seçkilərində mühafizəkarların namizədinin kimliyinə aydınlıq gəlib. Keçmiş baş prokuror İbrahim Rəisinin Seçkilərin Müşahidə Mərkəzindəki vəzifəsindən istefa verməsi ilə onun prezidentliyə namizədliyi qətiləşib.

Gənclik illərində bir çox şəhərdə də prokuror vəzifəsini çalışan 56 yaşındakı İbrahim Rəisi İran İslam Respublikasının birinci ali rəhbəri və qurucusu Xomeyninin təlimatı ilə 1988-ci ildə qurulan 4 nəfərlik komitənin üzvü idi. Həbsdəki rejim əleydarlarının edam qərarını vermək üçün qurulan komitə müxalifət tərəfindən “ölüm komitəsi” adlandırılırdı.

2014-2016-ci illərdə İranın baş prokuroru olan Rəisi islahatçıların nümayəndəsi, hazırkı prezident Həsən Ruhaninin ən iddialı rəqibləri arasında göstərilir.

İran Seçki Komissiyasının açıqlamasına görə, prezidentliyə namizəd kimi qeydiyyata alınmaq istəyən şəxslər 11-15 aprel tarixlərində müraciət etməlidir. Seçkilərə buraxılacaq namizədlərin adları aprelin 26-da açıqlanacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm