Böyük hücumun ANONSU, əks təqdirdə QARABAĞDA MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Böyük hücumun ANONSU, əks təqdirdə QARABAĞDA MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandya arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə görüş keçirilib. Türkiyə Silahlı Qüvvələri ilə YPG arasında Türkiyə-Suriya sərhədi boyunca döyüşlər gedir. Moskva və Ankara S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması haqqında razılıq əldə edib. ABŞ-ın Koreya yarımadasına göndərdiyi “USS Carl Vinson” və digər döyüş gəmiləri bölgəyə çatıb. Ukraynalı qubernator Rusiyaya qarşı ərazi iddiası ilə çıxış edib.

Bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandya arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə görüş keçirilib. Görüşdə 2016-cı ilin mayında keçirilən Vyana, iyununda keçirilən Sankt-Peterburq görüşlərində nail olunmuş razılıqların icrasına ehtiyac olduğu vurğulanıb.

Azərbaycan və Ermənistan XİN rəhbərləri münaqişənin həllinə kömək etdiyi üçün Rusiya xarici işlər nazirinə minnətdarlıq edib. Nazirlər bütün məsələlərin müzakirəsi üçün əlaqələrin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

Görüşdə münaqişənin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Üçtərəfli danışıqlarda Minsk qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransanın səfirləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də iştirak edib.

Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri Publika.az-a açıqlamasında Moskva görüşün şərh edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir.Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 27-də axşam saatlarında Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində “OSA” zenit raket kompleksindən buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb.

Əraziyə baxış keçirilərək 9M33M2 tipli raketin başlıq hissəsi və digər qalıqları tapılaraq götürülüb.

İlkin araşdırma Ermənistan silahlı qüvvələrinin silahlanmasında olan raketlərin köhnə və istismara yararsız olduğunu göstərib.

Bir neçə gün öncə İrəvana səfər edən Fransanın “Böyük Şərq” mason lojasının başçısı Kristof Abas Ermənistanda mason lojasını təsis edib. Abas yeni təsis olunmuş mason lojasının üzvlərini açıqlamayıb. O, Ermənistanda bu lojanın təsisini “qardaşlıq, bərabərlik və azadlıq” prinsipinə xidmət adlandırıb.

Lakin Ermənistan mediası indiki halda mason lojasının yaradılmasına şübhəli yanaşır. Bəzi media orqanları masonların Ermənistana hakimiyyət çevrilişi üçün gəldikləri iddiasını irəli sürüblər.

“Lragir” saytı da belə ehtimalların olduğunu yazıb. Sayt qeyd edib ki, Ermənistanda mason lojasının yaranması “sui-qəsd” ideyasını önə çəkir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Silahlı Qüvvələri ilə YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin hərbi qanadı - red.) arasında Türkiyə-Suriya sərhədi boyunca döyüşlər gedir. Ölkənin Şanlıurfa vilayətinin Suruç və Akçakale mahalları arasındakı əraziyə Suriyanın PYD nəzarətindəki bölgədən minaatanlardan atəş açılıb.

Bundan başqa, YPG-nin nəzarətində olan Suriyanın Afrin bölgəsindən Türkiyənin Hatay vilayətinin Hassa mahalında yerləşən Gökhan sərhəd-keçid məntəqəsi də minaatanlardan atəşə tutulub. Dünən gecə başlayan döyüşlər hazirda fasilələrlə davam edir. Son qarşıdurmalardan sonra sərhəd xəttinə əlavə güclər göndərilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Dünyamız çətin bir dövrdən keçir. Ya dəyişiklik küləyini idarə edəcəyik, ya da bunun qasırğaya çevrilərək bizi yox etməsinin izləyəcəyik. Qarşımızdakı bu mənfi tablonu çevirmək bizim əlimizdədir”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atlantika Şurası İstanbul sammitində çıxışında deyib.

Suriyadan edilən PYD hücumlarına toxunan Ərdoğan bu ölkədə terror dəhlizinin yaradılmasına əsla icazə verməyəcəklərini vurğulayb. O, ABŞ-ın YPG-yə (PYD-nin silahlı qanadı –red.) dəstəyinin ittifaq ruhunu zədələdiyini söyləyib.

Türkiyədə Fəthullahçı Terror Təşkilatına (FETÖ) qarşı son əməliyyyatın gedişatında ələ keçirilən SD kart təşkilatın bu günə qədər ortaya çıxmamış üzvlərini və planlarını deşifrə edib. Son əməliyyat FETÖ-nün dövlətin yüksək vəzifəli şəxslərinə qarşı sui-qəsd planlaşdırdığı ortaya çıxıb.

Son əməliyyatla işdən uzaqlaşdırılan polislər arasında Prezident Sarayının, o cümlədən prezident və onun ailəsinin təhlükəsizliyini qoruyan Mühafizə Xidməti, parlament və Baş nazirlik binasının təhlükəsizliyinin təmin edən mühafizə xidmətlərində çalışanlar da var. Əməliyyat həmçinin Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu öldürən FETÖ-cü polis məmuru Mövlud Mərd Altıntaş kimi bu günə qədər təşkilatla əlaqələri ifşa edilməyən polislərin də hərəkətə keçməsinin qarşısını alıb.

Əməliyyat zamanı ələ keçirilən və adı gizli saxlanılan FETÖ imamından götürülən 64 GB-lıq SD kartının parolla mühafizə olunmaması diqqət çəkib. Kartda vəzifədən uzaqlaşdırılan 9103 polisin adları və bağlı olduqları imamlara dair ətraflı məlumatlar var idi.

Moskva və Ankara S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması haqqında razılıq əldə edib. Bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu “Habertürk” qəzetinə müsahibəsində bildirib.

“Biz S-400 zenit-raket sisteminin alınması haqqında Rusiya ilə prinsipial olaraq razılaşdıq. Birgə istehsal və qiymət üzrə danışıqlar aparılır”, - o deyib.

Nazirin sözlərinə görə, Türkiyə raket hücumundan müdafiə sistemini NATO-dan almaq istəsə də, hərbi alyans buna müsbət yanaşmayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyaya verdiyi THAAD hava hücumundan müdafiə sistemlərinə qarşılıq olaraq 1 milyard dollar tələb edib. “Mən Cənubi Koreyaya xəbərdarlıq etmişəm ki, onlar ödəniş etsələr, daha yaxşı olar. Bu sistemlər 1 milyard dollar dəyərindədir”, – prezident “Röyters” agentliyinə müsahibəsində bildirib.

Seulun cavabı isə gecikməyib. Cənubi Koreya Müdafiə Nazirliyi Amerikanın THAAD hava hücumundan müdafiə sisteminin istifadə xərclərini Vaşinqtonun ödəməli olduğunu bildirib.

ABŞ-ın Koreya yarımadasına göndərdiyi “USS Carl Vinson” və digər döyüş gəmiləri bölgəyə çatıb. Döyüş gəmiləri bölgədə Cənubi Koreya və Yaponiya ilə keçirilən hərbi təlimlərə qatılacaq.

Amerikalı admiral Harris Cənubi Koreyada qurulmağa başlanılan THAAD raketdən müdafiə sisteminin bir neçə günə hazır olacağını və Şimali Koreyadan gələ biləcək istənilən hücumun qarşısını alacağını bildirib.

ABŞ-ın dövlət katibi Reks Tillerson isə söyləyib ki, Şimali Koreyanın ABŞ ərazisinə zərbə imkanı vaxt məsələsidir. ”Seul və Tokioya Şimali Koreyanın nüvə hücumu təhlükəsi realdır. ABŞ-a zərbəni vurmaq imkanı isə yalnız vaxt məsələsidir”, - Tillerson Şimali Koreya problemi üzrə BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

O, Şimali Koreyanı maliyyə baxımdan təcridini gücləndirməyə və Pxenyana qarşı yeni məhdudiyyətləri daxil etməyə çağırıb. Dövlət katibinin sözlərinə görə, Pxenyana qarşı sanksiyaların cari rejimi çərçivəsində onun davranışını dəyişdirəcəyinə ümid yoxdur.

Qeyd edək ki, Şimali Koreya Cənubi Koreya ilə sərhədə çoxsaylı hərbi texnika yerləşdirilib. Bölgədə hərbi gərginlik davam edir.

“Aprel ortasında Rusiyaya səfərimdə Moskva və Vaşinqton arasındakı heç bir məsələ həll edilmədi”. Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson NPR radiostansiyasına müsahibəsində deyib.

“Biz o görüşdə heç nəyi həll etmədik. Rusiya müəyyən etməlidir ki, qlobal dünya nizamının pozitiv hissəsi olmaq istəyirmi?” – ABŞ xarici siyasət idarəsinin başçısı bildirib.

Xatırladaq ki, Tillerson 11-12 aprel tarixlərində Moskvada səfərdə olub. O, rus həmkarı Sergey Lavrov və prezident Vladimir Putinlə görüşüb.

ABŞ prezidenti Donald Tramp Tillersonun Moskva səfərindən razılığını ifadə etmişdi. Prezident qiymətləndirməsinə görə, dövlət katibi “nəhəng iş” görüb. Kremldən isə bildiriblər ki, Vladimir Putin Tillersona Rusiya və ABŞ arasında münasibətlərin pisləşməsinin səbəblərini izah edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə danışıqları konstruktiv adlandırdı, amma qeyd etdi ki, ölkələr arasındakı münasibətlərdə irəliləyiş haqqında danışmaq hələ tezdir.

Donetsk vilayəti hərbi-vətəndaş administrasiyasının başçısı Pavel Jebrivskiy Rusiyaya qarşı ərazi iddiası ilə çıxış edib. O, bu barədə vilayət dövlət administrasiyasının kollegiya iclasında bildirib.

“Mən, əlbəttə, Rostov vilayətinin Ukraynaya qayıdışını çox dəstəkləyirəm”, - Pavel Jebrivskiy bildirib.

Qeyd edək ki, Jebrivskinin Rusiya ərazisinə iddiaları ilk dəfə səslənmir. O, 2016-cı ildə “qədim Ukrayna" torpaqları adlandırdığı Kursk, Bryansk, Voronej, Rostov və Krasnodaru Ukraynaya qaytarmağa çağırıb.

Təsadüfi deyil ki, Rusiya prezidentinin keçmiş məsləhətçisi, ABŞ-ın Katona İnstitutunun elmi işçisi Andrey İllarionov Rusiyanın parçalanacağı halda Voronej, Rostov və Krasnodar vilayətlərinin Ukraynaya keçəcəyini proqnozlaşdırır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya siyasətçisi və yazıçısı Eduard Limonov isə ölkə telekanallardan birinin efirində deyib ki, Ukraynanın ərazisini qonşu dövlətlər arasında bölməklə doqquz vilayətə qədər azaltmaq lazımdır.

“Mən Ukraynanı bölməyi təklif edirəm. Gəlin, polyaklar, rumınlar, macarlar, slovaklar və Rusiya Ukrayna ərazisinə iddiamızı irəli sürək. Beləliklə, Ukraynanın ərazisi doqquz vilayətə qədər azalacaq. Biz özümüzə dörd vilayəti götürəcəyik. Polyaklar Lvovu alacaqlar”, - o bildirib.

Limonov əmindir ki, Rusiya Xarici İşlər Nazirliyi bir həftə səy göstərsə, bu ssenari baş tuta bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm