Nida Təhlil
Bir neçə dəqiqə davam edəcək MÜHARİBƏ, 5-6 günə Rusiya SƏRHƏDİNDƏ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Ermənistan silahlı qüvvələrinin iki hərbi obyekti dağıdılıb. Ermənistan ordusunda itkiləri gizlətmək üçün yeni üsula əl atılıb. Beynəlxalq Böhran Qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabat hazırlayıb. ABŞ NATO-dakı tərəfdaşlarına Qafqazda və Suriyada fəallaşmağı təklif edir. ABŞ Suriyada Rakka əməliyyatı öncəsi İŞİD-lə görüş keçirib. Əfqanıstanın paytaxtı Kabildə dəhşətli terror aktı törədilib. ABŞ Suriyaya kürd döyüşçülərə silah və sursatın tədarükünə başlayıb. ABŞ prezidenti Donald Tramp ABŞ-ın Paris iqlim sazişindən çıxdığını elan edib. Şərqi Avropada NATO-Rusiya qarşıdurması ehtimalı güclənir. Moskva növbəti dəfə ABŞ-ı nüvə zərbəsi ilə hədələyib. Rusiya prezidenti Vladimir Putin isə Rusiya və ABŞ arasında olan münasibətlərin “soyuq müharibə” vaxtlarından ən aşağı nöqtədə olduğunu deyib.
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi mayın 31-də bölmələrimiz tərəfindən məhv edilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən itkilərə məruz qalıb.
İyunun 1-də isə Ermənistan silahlı qüvvələrinin iki hərbi obyekti dağıdılıb. Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmənə məxsus bölmənin mühafizə olunan komanda müşahidə məntəqəsi və müşahidə qülləsinin optik qurğusu bölmələrimiz tərəfindən atəşlə dağıdılıb.
2016-cı ilin aprelində Dağlıq Qarabağda vəziyyət gərginləşəndən sonra Azərbaycan və Ermənistan 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən bəri müharibəyə ən yaxın vəziyyətdədir. Bu barədə Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabatında deyilir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Hesabatda diqqət çəkən məqam müharibənin başlayacağı təqdirdə Naxçıvandan Ermənistana ballistik raket zərbələrinin vurulmasıdır. Qrupun hesabatı Ermənistan ictimaiyyətində qorxulara səbəb olub. Xüsusilə Naxçıvan faktoru müzakirə edilir.
Erməni siyasi şərhçi Naira Ayrumyan qeyd edir ki, Naxçıvanda Türkiyə hərbiçiləri var və müharibə olacağı halda bu bölgədən vurulacaq zərbələr Ermənistanın dövlət quruluşunun sonu ola bilər.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Rusiya hərbi eksperti Pavel Felqenqauer Ermənistanın “Jamanak” nəşrinin əməkdaşı ilə söhbətində hesabatda deyilənlərlə razılaşdığını bildirib. Hərbi ekspert qeyd edib ki, münaqişə tərəfləri ilə sıx münasibətləri dəstəkləyən Rusiya müharibə başlanacağı halda çox çətin vəziyyətdə olacaq. Onun sözlərinə görə, Rusiya Qarabağa görə Azərbaycanla münaqişəyə girmək istəməzdi.
“Mən artıq çoxdan yazıram və deyirəm ki, Qarabağın üzərində buludlar asılıb. Müharibə praktik olaraq qaçılmazdır. Yaxşı ki, Beynəlxalq Böhran Qrupu da bu haqda yazdı”, - Pavel Felqenqauer qeyd edib.
Azərbaycan Ermənistana daha bir zərbə vurub. Mayın 10-13-də BMT yanında Ümumdünya Turizm Təşkilatının (ÜTT) Madriddə 105-ci iclası keçirilib.
İclasda Ermənistan qondarma “DQR”-i təşkilatın üzvü etmək istəyi ilə çıxış edib. Azərbaycan tərəfinin etirazlarından sonra ÜTT ermənilərin istəyini rədd edib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“Qarabağda hərbi sabitlik artıq olmayacaq və gərgin vəziyyət getdikcə daha da şiddətlənəcək”. Bu baradə rusiyalı politoloq Qriqori Trofimçuk Ermənistan mediasına müsahibəsində deyib. “Məsələ ondadır ki, artıq münaqişə tərəfləri hücum etdiklərini gizlətmir və zərbələrdən sonra bu haqda açıq şəkildə danışırlar. Bu, proseslərin neqativ inkişafı deməkdir”, - rusiyalı politoloq bildirib.
ABŞ-da Erməni Milli Konqresi (ANKA) və Amerika Erməni Məclisi (AAA) haqqında Dağlıq Qarabağa maliyyə yardımlarının edilməsi ilə bağlı məhkəmə təhqiqatı başlayır. ANKA və AAA indiyə qədər ABŞ dövlət büdcəsindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma “DQR”-ə maliyyə yardımının ayrılmasına nail olub, həmçinin, Azərbaycana hər hansı maliyyə yardımının edilməsinin qarşını alıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ermənistanın Müdafiə Nazirliyində kütləvi istefalar gözlənilir. Bu barədə “Joxovurd” qəzeti hərbi mənbələrə istinadən yazıb. Qəzet qeyd edir ki, yaxın vaxtlarda Müdafiə Nazirliyinin bir sıra idarə müdirləri, həmçinin, Baş qərargahdakı məmurlar və hərbi hissə komandirləri vəzifələrindən çıxarılacaq.
Bu prosesin əsas səbəbinin son dövrlər Ermənistan ordusunun verdiyi itkilər və Azərbaycan Ordusunun endirdiyi zərbələrin qarşısını ala bilməmək olduğu deyilir.
Qəzet yazır ki, Müdafiə Nazirliyində “təmizləmələr” haqda qərar mayın 25-də Serj Sarkisyanın Müdafiə Nazirliyində qapalı toplantıda verilib.
Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə etmək üçün daha yüksək səviyyədə - ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirləri və prezidentlərinin iştirakı ilə danışıqlar aparılması lazımdır. Bunu ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza deyib. Onun sözlərinə görə, ABŞ və Rusiya prezidentləri nizamlama prosesində həlledici rol oynaya bilər.
M.Brayza danışıqlar prosesinin çərçivəsinin və bu çərçivənin Madrid sənədi olduğunu, lakin prosesin sonradan irəliləmədiyini xatırladıb: "Xarici oyunçular bir yerə toplaşıb tərəfləri qəti barışığa çağıracaq və bu zamana qədər əldə olunan nizamlama çərçivəsində prosesin həllini tələb edəcək üçüncü ölkələrin liderlərinin iştirakı vacibdir".
Bir müddət öncə Rusiya Liberal-Demokrat Partiyasının lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinoviskinin “Abxaziya yemək üçün ermənilərə verilib” sözləri mediada geniş yayıldı. Olduqca sərt danışan Jirinoviskinin bu sözlərinin əslində Kremldə də ciddi qəbul edildiyinə dair informasiyalar var. Hətta Kreml rəhbərliyinin vəziyyətlə yaxından maraqlandığı deyilir.
Problem Abxaziyanı qarış-qarış işğal edən erməni diasporudur.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ABŞ NATO-dakı tərəfdaşlarına Qafqazda və Suriyada fəallaşmağı təklif edir. Bu barədə Avrasiya İqtisadi İttifaqının Yaxın Şərq və Avropa institutunun direktoru Vladimir Lepexin ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistan səfərinin nəticələrini şərh edərkən deyib.
V. Lepexin hesab edir ki, Tramp NATO-nun Yaxın Şərqdə və Qafqazda aktivləşməsini istəyir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ermənistan ordusunda itkiləri gizlətmək üçün yeni üsula əl atılıb. İrəvan təmas xəttində verdiyi itkilərin sayını açıqlamamaq, həmçinin, vurulan obyektlər haqda məlumat verməmək barədə qərara gəlib. Ermənistan hərbi rəhbərliyi hesab edir ki, bu məlumatların açıqlanması Azərbaycana artilleriya atışları və snayper vuruşlarının dəqiqliyindən əmin olmağa kömək edir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ermənistanın “politiko” saytı erməni hərbi birləşmələrinin yaşayış məntəqələrini atəşə tutmasının ağır nəticələrinin olacağını yazıb. “Azərbaycan xəbərdarlıq etdi və onların cavabı ağır olacaq”, - deyə sayt qeyd edib. Erməni saytı həmçinin, Azərbaycan Ordusunun artilleriya təlimləri keçirməsinə də diqqət çəkib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Türkiyə, Yaxın Şərq
Avropa İttifaqı (Aİ) Suriya hökumətinə qarşı tətbiq etdiyi sanksiyaların müddətini daha bir il uzadıb. "Şura 2017-ci ilin mayın 29-da Suriya rejiminə qarşı məhdudlaşdırıcı tədbirləri 2018-ci ilin iyunun 1-dək uzatmaq barədə qərar verib", -deyə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
ABŞ Suriyada Rakka əməliyyatı öncəsi İŞİD-lə görüş keçirib. Bu barədə İsrail kəşfiyyatı MOSSAD-a yaxın olan “Debka” saytı yazıb. Sayt qeyd edir ki, Pentaqonun məqsədi Rakkanı döyüş olmadan xilas etməkdir. İŞİD-lə görüşən ABŞ-ın məqsədi zaman qazanaraq, İraq və Suriya sərhədinə ikitərəfli hücum etmək və İranın Aralıq dənizindən açmaq istədiyi yolu bağlamaqdır.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Bret Makqark Rakka əməliyyatının tezliklə başlanacağını deyib. Demokratik Suriya Qüvvələri (SDQ) ilə əməkdaşlıq etdiklərini vurğulayan ABŞ rəsmisi şəhərə 2 km məsafədə olduqlarını bildirib.
PKK terror təşkilatının nəzarətində olan İraqın Sincar bölgəsinin cənubundakı bəzi yaşayış məntəqələrini ələ keçirən “Haşdi Şabi” qruplaşması Suriya-İraq sərhədində yerləşib. İsrailin “Jerusalem Post” qəzeti isə bir analizində olduqca təhlükəli prosesin baş verdiyini yazıb. Nəşr bu vəziyyətin İsrail üçün bir təhlükə yaradacağını qeyd edib. Bildirilir ki, Livanın “Hizbullah” şiə təşkilatı Suriyadan İrandan silah almaq üçün dəhliz kimi istifadə edir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Mayın 31-də Rusiya “Admiral Essen” freqatı və “Krasnodar" sualtı qayığından “Kalibr” qanadlı raketlərlə İŞİD-in Palmira ərazisindəki obyektlərinə zərbələr endirib. Raketlər Aralıq dənizinin şərq hissəsindən atılıb. Atılan hər dörd raket hədəfləri müvəffəqiyyətlə vurub. Məlumata görə, İŞİD-in Rakkadan çıxarılan ağır texnika və döyüşçüləri Palmiradan şərqdə toplanırdı.
İdarədə bildirilib ki, raket zərbələri barədə ABŞ, Türkiyə və İsrailin hərbi komandanlığı məlumatlandırılıb. Həmçinin, Rusiyanın müdafiə naziri Sergey Şoyqu müvəffəqiyyətli raket zərbələri barədə prezident Vladimir Putinə məlumat verib.
Rusiya Hərbi-Hava Qüvvələri mayın 29-dan 30-na keçən gecə Rakkanı tərk etməyə çalışan İŞİD terror qruplaşmasının 80-dən çox terrorçusunu məhv edib. Mayın 29-daisə Rusiyanın xarici işlər naziri Sergey Lavrov YPG-nin (PKK terror təşkilatının Suriya qolu olan RYD-nin silahlı qanadı –red.) İŞİD terror təşkilatı ilə Rakka mövzusunda razılaşdığını bildirib. Onun sözlərinə görə, razılaşmaya əsasən, İŞİD terrorçularının Rakkadan çıxmaları üçün dəhliz açılıb.
Rusiya xarici siyasət idarəsinin başçısı bununla da İsrail kəşfiyyatı MOSSAD-a yaxın olan “Debka” saytının iddiasını təsdiqləmiş olub.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“Suriyada dörd təhlükəsiz zonanın yaradılması haqqında razılaşma çox əhəmiyyətli idi. Çünki qan tökülməsi dayandırılmasa, siyasi proses haqqında danışmaq mümkün deyil”. Bunu Rusiya prezidenti Vladimir Putin Fransaya səfərinin gedişatında “Le Figaro” qəzetinə müsahibəsində deyib.
Putinin sözlərinə görə, o çox istəyir ki, bu zonalar Suriya ərazisinin bölünməsi üzrə gələcəkdə hansısa bir nümunə olmasın.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ABŞ Suriyaya kürd döyüşçülərə silah və sursatın tədarükünə başlayıb. Bu barədə Pentaqonun iki məmuruna istinadən "NBC News" telekanalı bildirib.
“YPG mövzusunda bizim mövqeyimiz dəqiqdir. Prezidentimiz Vaşinqton səfərindən Türkiyənin narahatlığını dəqiq şəkildə dilə gətirdi”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu təşkil etdiyi mətbuat konfransında deyib.
“YPG-yə verilən silahların Suriyanın gələcəyi üçün nə qədər təhlükəli olduğunu vurğulayırıq. Bir terror təşkilatı ilə mübarizədə YPG kimi bir təşkilatla əməkdaşlığın doğuracağı mənfi nəticələri izah etdik. Avropanın bir çox ölkəsinin də bu mövzuda naharatlığı var. Suriyanın bütövlüyü bərabərliyi baxımından da bu addımlar son dərəcə təhlükəlidir. Bu səhvi tezliklə düzəltmək lazımdır”, - Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib.
ABŞ Prezidenti Donald Tramp ölkənin Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsini yarım il müddətinə dondurub. Qeyd edək ki, ABŞ Konqresi Amerikanın İsraildəki səfirliyinin Qüdsə köçürülməsi haqqında qanunu 1995-ci ildə qəbul edib. Lakin o zamankı prezident Bill Klinton Yaxın Şərqdəki vəziyyəti gərginləşdirməmək üçün bu qanunun reallaşmasına veto qoyub. Onun bu siyasətini Corc Buş və Barak Obama da davam etdirmişdi.
ABŞ-Rusiya, Qərb-Rusiya, Avropa-ABŞ münasibətləri
“Rusiya prezidenti Vladimir Putin dünya ölkələri üçün İŞİD-dən daha çox təhdid yaradır”. Bunu ABŞ prezidentliyinə keçmiş namizəd, Arizona ştatının senatoru Con Makkeyn Avstraliyanın “ABC” dövlət telekanalına verdiyi müsahibəsində bildirib.
Con Makkeyn deyib ki, Putin İŞİD-dən daha çox təhlükəlidir: “Ona görə də bizim üçün ən böyük problem İŞİD deyil, Rusiyadır. Hesab edirəm ki, ABŞ Senatı Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar tətbiq edilməlidir. Bu zaman Rusiyanın təhdidlərinin qarşısı alına bilər”.
Amerika xüsusi xidmət orqanları ABŞ-da seçkiqabağı prezident kampaniyası dövründə Rusiya rəsmi şəxsləri arasında danışıqları ələ keçirib. Bu haqda ABŞ Konqresindəki mənbələrə və kəşfiyyatın keçmiş əməkdaşlarına istinadən CNN telekanalı bildirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Almaniyanın xarici işlər naziri Simger Gabriel ötən həftənin sonunda keçirilən G7 sammitindən sonra dünyadakı güclərin balansının dəyişdiyini açıqlayıb. Alman nazir ABŞ prezidenti Donald Trampın öz ölkəsinin maraqlarının düşündüyünü, beynəlxalq maraqları kənara atdığını bildirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Almaniya ilə aramızda böyük ticarət defisiti var. Bu sözləri öz Tvitter səhifəsində ABŞ Prezidenti Donald Tramp paylaşıb. “Almaniya ilə aramızda böyük ticarət defisiti var. Üstəlik, onlar NATO-ya lazım olandan daha az ödəniş edirlər. Bu, ABŞ üçün çox pisdir. Bu dəyişəcək”- prezident bildirib.
"Rusiyanın Strateji Təyinatlı Raket Qoşunlarının (nüvə qüvvələri bu qoşunların tərkibindədir - red.) tərkibindəki qurğuların 99 faizi döyüşə hazırdır". Bunu ölkənin Müdafiə Nazirliyinin kollegiya iclasında müdafiə naziri Sergey Şoyqu söyləyib.
Şoyqunun sözlərinə görə, Strateji Təyinatlı Raket Qoşunlarının demək olar ki, bütün raket qurğuları, 99 faizi döyüş hazırlığı vəziyyətindədir, onlardan 96 faizi isə təcili işə salınmaq üçün daimi hazırlıqdadır. Şoyqu bildirib ki, bundan başqa, raket əleyhinə müdafiəni təşkil etmək, həmçinin nüvə zərbələrinin qarşısını almaq üçün perspektivli raket komplekslərinin hazırlanması təşkil edilir.
ABŞ Prezidenti Donald Tramp Qərb dəyərlərini məhv edən insandır. Bu sözləri Almaniya Sosial Demokratlar Partiyasının (SDP) lideri Martin Şults deyib.
“Tramp ölkələr arasında yaradılan dostluq və yoldaşlıq ənənələrini məhv edir. Yenidən silahlanma ideologiyasına sahib belə bir adamın qarşısı alınmalıdır”, - Şults bildirib.
ABŞ hökuməti Balkan yarımadası və Şərqi Avropada fəaliyyət aparacaq yeni kəşfiyyat xidməti yaratmağı planlaşdırır. RT televiziyası artıq ABŞ dövlət satınalmalarının saytında bununla bağlı müqavilənin yerləşdirildiyini bildirib.
Müqavilədə yeni yaradılacaq qrupun əsas fəaliyyətinin məlumatların analizi, kəşfiyyat əməliyyatlarının təşkili və planlaşdırılmasından ibarət olacağı vurğulanıb.
“Kuril adaları Yaponiyaya verilsəydi, orada Amerika qoşunlarının yerləşdrilməsi imkanı yaranardı”. Bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, bu, “müqavilələr və imzalanmış protokollar”da əksini tapmışdı.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“Hərbi potensialın genişləndirilməsi Rusiyanın təşəbbüsü deyil”. Bunu Sankt-Peterburq beynəlxalq iqtisadi forumunda beynəlxalq informasiya agentliklərinin başçıları ilə görüşündə Rusiya prezidenti Vladimir Putin deyib.
Putin qeyd edib ki, Rusiya Cənubi Koreyada yerləşdirilən THAAD sistemləri də daxil olmaqla, öz sərhədlərində Amerika raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinə reaksiya verir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ABŞ prezidenti Donald Tramp iyunun 2-də ABŞ-ın Paris iqlim sazişindən çıxdığını elan edib. Ağ ev rəhbəri bunu mətbuat konfransında deyib.
"Biz Paris sazişindən çıxırıq. Lakin Amerika biznesi, işçiləri, insanları və vergi ödəyiciləri üçün ədalətli şərtlər əsasında yenidən ya Paris sazişinə, ya da tamamilə başqa bir sövdələşməyə daxil olmaq üzrə danışıqlara başlayırıq", - deyə ABŞ prezidenti söyləyib.
Tramp qeyd edib ki, Birləşmiş Ştatların bundan sonrakı fəaliyyəti onların "ədalətli sözləşmə" imzalaya bilib-bilməyəcəklərindən asılı olacaq.
ABŞ prezidenti Donald Trampın siyasi addımları Rusiya və Çinin qələbəsinə imkan yaradır və Amerikanin dünya liderliyinin itirilməsinə gətirib çıxarır. Publika.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə sabiq məsləhətçisi Süzan Rays “New York Times” nəşrində dərc olunan məqaləsində bildirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Donald Trampın prezidentliyinin birinci həftələrində ABŞ administrasiyasının nümayəndələri Dövlət Departamentinin əməkdaşlarına Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaların ləğvi üzrə planı hazırlamağı tapşırmışdılar. Bu haqda “Yahoo News” portalı mənbələrə istinadən bildirir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
NATO-nun Baltikyanı ölkələrində genişmiqyaslı hərbi təlimləri Moskvanın demarşına - Rusiyanın qərbində planlaşdırılan Rusiya-Belarus hərbi təlimlərinə cavabdır. Bunu “Ukrayna NATO-da” Ümumukrayna ictimai təşkilatının sədri, Ukraynanın Atlantika Şurasının sədri Yuri Romanyuk “Obozrevatel” nəşrinə deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti bu il uzun illər ərzində ilk dəfə Baltikyanı ölkələrlə sərhəddə və Belarus ərazisində genişmiqyaslı Rusiya-Belarus hərbi təlimlərini planlaşdırıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Rusiya və ABŞ arasında olan münasibətlər “soyuq müharibə” vaxtlarından ən aşağı nöqtədədir. Bunu Rusiya prezidenti Vladimir Putin deyib. Putin qeyd edib ki, möhkəm ikitərəfli ticarət əlaqələri siyasi şəraitin tərəddüdlərindən sığortanı təmin edə bilər.
Kremlin başçısı Rusiyanın müxtəlif meydançalarda, istər BMT, istərsə də G20 səviyyəsində ABŞ-la dialoqu dəstəklədiyini bildirib.
“Ancaq qarşılıqlı əməkdaşlığın bünövrəsi dağıdılıb”, - dövlət başçısı vurğulayıb.
Putin əmin edib ki, Moskva ikitərəfli münasibətlərin normallaşması üzrə ABŞ prezidenti Donald Trampla dialoqu davam etdirəcək: “Ancaq bunun üçün Vaşinqtona siyasi iradə lazım olacaq”.
ABŞ biznesmenləri Rusiyaya Moskva-Vaşinqton siyasi dialoqunu bərpa etməyə yardım etməlidirlər. Bunu Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin söyləyib. “Bizə normal siyasi dialoqu bərpa etməyə yardım edin. Mən sizdən Rusiya adından xahiş edirəm”, – deyə o bildirib.
“Əgər ABŞ və ya NATO qoşunları işğal edilmiş Donbas ərazisinə girərsə, Rusiya cavab olaraq nüvə silahından istifadə edə bilər”. Bunu Slovakiyanın paytaxtı Bratislavada keçirilən “GLOBSEC 2017” forumunda Rusiyanın Dövlət Dumasının deputatı Vyaçeslav Nikonov bildirib.
“NATO sərhədlərimizə yaxın ərazilərdə genişlənir. Hərbçilərimizin sözlərinə görə, əgər ABŞ və NATO gücləri Krımda və ya Ukraynanın şərqində ortaya çıxarsa, onda münaqişənin erkən mərhələsində Rusiya nüvə silahının tətbiqi olmadan müdafiəsiz olacaq”, - Nikonov deyib.
Xatırladaq ki, daha əvvəl də Rusiya dəfələrlə nüvə zərbəsi haqqında xəbərdarlıq edib.
Koreya yarımadası böhranı
Şimali Koreya mayın 29-da ən azı bir ədəd qısa mənzilli "Skud" tipi balistik raketi sınaqdan keçirib. Yaponiya raketin məhdudlaşdırılmış iqtisadi zonaya düşdüyünü açıqlayıb. Rusiya da Şimali Koreyanın yeni raket sınağını qınayaraq tərəfləri təmkinli olmağa çağırıb.
Şimali Koreyaya ballistik raket sınaqları və nüvə proqramları ilə bağlı ciddi xəbərdarlıq etmək üçün Vaşinqton Sakit okeanın qərb sahillərinə “USS Nimitzsi” adlı üçüncü təyyarədaşıyan gəmini göndərib. Bölgəyə daha əvvəl USS Karl Vinson ve USS Ronald Reyqan gəmiləri regiona göndərilmişdi.
Cenevrədə keçirilən beynəlxalq silahsızlaşdırmaq üzrə konfransda Şimali Koreya nümayəndəsi ABŞ-ı hədələyib. Pxenyanın nümayəndəsi ABŞ-ın Şimali Koreyanı əsassız yerə təcrid etdiyini, ballistik raketlər və nüvə sınaqlarına haqqı olmadan qarışdığını deyib. Əlavə edib ki, ABŞ-ın təzyiqləri artdıqca, Pxenyan silah arsenalının müasirləşdirilməsini ikiqat artıracaq.
ABŞ prezidenti Donald Tramp Tvitter sosial şəbəkəsi üzərindən paylaşdığı statusları ilə daim gündəmi zəbt etməyi bacarır. Tramp, Şimali Koreyanın həyata keçirdiyi üçüncü nüvə raket sınaqlarının Çinə qarşı böyük hörmətsizlik olduğunu düşünür.
Bu barədə o, özünün tivitter hesabında yazıb: "Şimali Koreya həyata keçirdiyi raket sınaqları qonşusu Çinə böyük hörmətsizlikdir. Çin buna cavab verməmək üçün özünü təmkinli aparmağa çalışır".
Koreya Xalq Demokratik Respublikasının ordusu istənilən vaxt qitələrarası raketi sınaqdan keçirməyə hazırdır. Bu haqda hakim Koreya Əmək Partiyasının mətbu orqanı olan “Nodon Sinmun” qəzeti bildirib.
Nəşr qeyd edir ki, ordu yalnız respublikanın ali rəhbərliyinin əmrini gözləyir.
“Şimali Koreyanın fitnəkar hərəkətlərinə cavab olaraq ABŞ-ın hərəkətləri tamamilə haqlıdır. Koreya sahillərində ABŞ-ın təyyarədaşıyan qruplaşması fövqəladə dərəcədə effektiv qabaqlayıcı tədbirdir”. Bunu Ukraynanın ehtiyatda olan general-leytenantı Dmitri Umanes “Obozrevatel” nəşrinə deyib.
General hesab edir ki, Koreya sahillərində olan təyyarədaşıyan qruplaşma Koreya Xalq Demokratik Respublikasını təxminən 15-20 dəqiqə ərzində məhv edə bilər.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib. Təhlükəsizlik Şurasının üzvləri ABŞ tərəfindən hazırlanan qətnaməni yekdilliklə dəstəkləyiblər.
Qərarla Şimali Koreyanın iqtisadi sanksiyalara məruz qalacaq təşkilatlarının və nümayəndələrinin siyahısı genişləndirilib.
Mayın 29-da Şimali Koreya növbəti raket sınağı keçirib. 450 kilometr məsafə qət edən raket Yapon dənizinə düşüb.
Donbas münaqişəsi
Ukrayna Ali Radasının üzvü Dmitri Tımçuk Ukrayna ordusunun 5-6 gün ərzində “DXR” ordusunu sındıracağını bildirib. “Ukrayna ordusu 5-6 gün ərzində Rusiya Federasiyasının sərhədinə çıxa bilər. Mən hələ orta ssenarini götürürəm. Optimist ssenaridə, sərhədə qədər olan kiçik məsafəni nəzərə alaraq, hər şey daha sürətli ola bilər”, - o qeyd edib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ukrayna hakimiyyəti Donbasda yeni hərbi əməliyyatlara hazırlaşır. Bunu mətbuata açıqlamasında ukraynalı deputat Vadim Denisenko söyləyib.
“Donbasda hərbi əməliyyatları iki-üç həftə ərazində keçirmək lazımdır. Biz irihəcmli zərbələr endirib, Ukrayna ordusunun Donbasda nəzarət zonasını genişləndirməliyik. Ukraynanı gələcəkdə müharibənin qaynar fazası gözləyir”, – deyə o bildirib.
Digər ölkələr
Mayın 31-də səhər saatlarında Əfqanıstanın paytaxtı Kabildə Almaniya səfirliyinin binası qarşısında partlayış törədilib. Son məlumatlara görə, hadisə nəticəsində 90 nəfər ölüb, 380-i yaralanıb. Partlayış baş verən ərazinin yaxınlığında prezident sarayı və xarici səfirliklərin binaları, o cümlədən İran səfirliyi yerləşir. Polisin məlumatına görə, minalanmış avtomobil partladılıb.
İŞİD terror qruplaşması Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
İyunun 1-də Filippinin paytaxtı Manilada “Resorts World Manila" mehmanxana kompleksinə silahlı hücum olub. Otelin qumarxanasına daxil olan naməlum şəxslər insanlara atəş açmağa başlayıb. Atışmada 36 nəfər ölüb.
Moldova 5 rus diplomatı ölkə ərazisində arzuolunmaz şəxs elan edib. Moldova Baş naziri Pavel Filip söyləyib ki, Rusiya diplomatları xüsusi xidmət orqanlarından alınan məlumatlar əsasında arzuolunmaz şəxs elan olunublar.
O, məhz hansı informsiyaya görə diplomatların ölkədən qovulmasını açıqlamayacağını bildirib: “Qanunlar bunu etməyə imkan vermir. Bu, mənim deyə biləcəyim yeganə şeylərdir. Xüsusi xidmət orqanlarının informasiyasını sizə söyləyə bilmərəm”.
Ölkə Prezidenti Dodon bunu Rusiya ilə ikitərəfli əlaqələrin inkişafına mane olmaq üçün atılan addım adlandırıb.
Qeyd edək ki, Dodon rusiyayönlü, Baş nazir Filip isə qərbyönlü siyasətçi hesab edilir. Rusiya da cavab olaraq 5 moldovalı diplomatı ölkədən çıxarıb.
Ömər Dağlı
-
İdman12:57
Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR
-
Hadisə12:00
Generala ağır itki üz verdi - FOTO
-
Qoroskop11:12
Ən uğursuz bürclər açıqlandı: Onlar həyata geridə başlayırlar
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, "Hizbullah" isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”
-
MDB09:18
Rusiyada böhran: Rekord sayda insan müflis oldu
-
Elm və təhsil08:22
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO
-
Sosial07:15
Ermənilər oğlunun cəsədini vermək üçün nə istəyiblər? - Şəhid anası DANIŞDI